Hammalın vəqəsi
Hammalın vəqəsi Müəllif: Seyid Əzim Şirvani |
Bir səbət şişə bir nəfər həmmal,
Aparırdı dalında malamal.
Nagəhan rast gəldi bir əşşar,
Bir dəmiri əlində əsbsüvar.
Səbətə vurdu mili ol sərməst,
Şişənin əksərini qıldı şikəst.
Dedi ondan: - Nədir bu, ey həmmal?
Dedi ki, vurmamış gərəkdi sual.
Bir də vursan, dedi, deyil bir şey,
Hər nə var idi, oldu cümləsi teyy.