Hanı?
Hanı? Müəllif: Nizami Gəncəvi |
Qəzəl |
Könlüm evi xarab olub, dilbəri-cansitan hanı?
Oğru xəzinə yardı bəs, qorxulu pasiban hanı?
Qafilə getdi, cərgədən mən necə qalmışam geri,
Cəld miniyim deyin hanı, arxalı sarıban hanı?
Mən gecəni sabahadək dost qapısında yatmışam,
Yolçu isəm payım hanı, yoxsa ki, üstüxan hanı?
Toplamısan, Nizami, bol ruzini bu cahanda sən,
Bəs o cahan üçün nəyim var, elə bir əyan, hanı?