Hanı o malı ilə mən işrət etdigim gecələr
Hanı o malı ilə mən işrət etdigim gecələr Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Hanı o malı ilə mən işrət etdigim gecələr,
Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Gedəndə yar, durub naz ilə kənarından
Alıb ələ ətəgin, minnət etdigim gecələr.
Düşəndə xatirimə göglərə çıxır ahım,
O mahparə ilə xəlvət etdigim gecələr.
Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,
Təvafi-kuyi üçün niyyət etdigim gecələr.
Gəlib nihani dəri-yarə, üz qoyub xakə,
Qübarın öpməgə ol cürət etdigim gecələr.
Düşərmi bir də olə, ey xudayi-həyyü əhəd,
O sərvqamət ilə ülfət etdigim gecələr,
Deyəndə yar mənə dərd, mən deyərdim can,
Məzaqə təlx sözün şərbət etdigim gecələr.
Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,
Özüm-özümə dönüb ləzzət etdigim gecələr.