Kəşfül-Həqayiq/Şükür Sözü

ən-Nas Surəsi Kəşfül-Həqayiq
Şükür Sözü
(1904)
Müəllif: Mirməhəmməd Kərim Bakuvi
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. III cild. səh. 688-689. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9


Bizə bu yolu göstərən Allaha həmd olsun ki, əgər o hidayət etməsəydi biz doğru yolu tapmazdıq. Dinin və həqiqətin göstərdiyi, Allahın kəlamına və onun geniş rəhmətinə sığınıram. Əzəli və xaliq olan Mövladan xüşu ilə, boyun əyərək, zəlil bir bəndənin istədiyi kimi diləyirəm. Ona, günah dənizinə batanların yalvarışı kimi yalvarıram. Qəflət və xətalarımdan keçməsi üçün ən səmimi və sadiq dostun köməyini ümid edirəm . Tüğyan edən qələmin zəlalət və xətalarımı yazmaqdan yan keçməsini, nazil olmuş kəlamın məna və məqsədinə müxalif düşüncələrimin əfvini istəyirəm. Xeyir yollarının aydınlanlanmasında məni müvəffəq qılmasını, bəndələri cəhalət yanğınından xəbərdar etmə işində və onları ayələrin nuruna qovuşdurmaqda məni irşad etməsini diləyirəm.

Ya Rəb! Sənin möhkəm qulpundan yapışmışam. Həyatım boyu sənin böyüklüyünə bənd olmuşam. Ondan ayrıla bil mərəm. O sənin ap-açıq Furqanın və sarsılmaz kitabındır ki, açıq ayə lərin və güclü dəlillərindir. Öldükdən sonra nə övladların, nə də mal-dövlətin fayda verməyəcəyi o ehtiyac günündə bunu bi zə qənimət qıl!

Bu kitabın ərsəyə gəlməsində niyyətimi şirkdən və riyadan uzaq eylə! Vəchi-kərəminlə niyyətimi xalis eylə! Ey Cəlal və İkram sahibi! Sənə təvəkkül edir və sənə həvalə edirəm.

Mən günahlkar bəndə, Məhəmməd Kərim ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Rəhmətullah ibn Məhəmməd ibn Həsən ibn İbrahim ibn Cəfər ibn Hüseyn ibn Yəhya ibn Mənsur ibn Abdullah ibn Məhəmməd ibn İsmail ibn Fəzl ibn Əli ibn Həmmad ibn Cəfər ibn Həşim ibn Hüseyn ibn Abbas ibn Qasim ibn Məhəmməd ibn Həsən ibn Fəyyaz ibn İbrahim ibn Əli ibn Abdullah ibn Əli ibn İsmail ibn Əli ibn Zeyd ibn İbrahim ibn İmam Musa Kazım ibn İmam Cəfər Sadiq ibn İmam Məhəmməd Baqir ibn Zeynəlabidin ibn Şəhid İmam Hüseyn ibn İmam Əli ibn Əbi Talib. Allahın salamı onların üzərinə olsun!

Bir insanın öz nəslinin elm və irfanda dərəcə olaraq çox yüksək olması ona hər hans bir fayda verməz. Həmçinin bir insanın elm əhli, irfan sahibi ataları və keçmişilə də fəxr etməsi xoşagələn bir şey deyil.

Fəqət mən səmimi bir şəkildə ataların fəziləti və şanı haqqında Fərəzədkin bu şeirini dəlil göstərirəm:

“Onlar mənim atalarımdır ki, ey Cərir;
Toplaya bildiklərin içərisindən mənə onlar kimisini gətir.”

Kiçik yaşlarımdan bəri elm-irfan təhsili ilə məşğul oldum və bir çox alimlə görüşdüm. Axırda bu qənaətə gəldim ki, bütün elmlərin açarı, bəşəriyyətin mədəniləşmə təməlləri və əxlaqi prinsipləri sadəcə Qurani-Kərimdədir ki, doğru yolu tapanlar onunla hidayət olunurlar. Bu səbəblə əziz vətən övladlarının yatdıqları qəflət yuxusundan oyanmaları üçün türk azərbaycan dilində təcvid, bəyan, sərf və nəhv qaydalarına müvafiq olaraq onun təfsirini, işarələrini, incəliklərini və ayələrini açıqlanmaq qərarına gəldim. Onun hər zamana olan lazımi hökmünə bağlı qalaraq var gücümlə aydınlaşdırmağa və təfsir etməyə çalışdım. Əziz Quranda qeyd edilən digər müxalif hökümlərin də izahını verdim. İmkan dairəsində ayələrin nazil olma səbəblərini hər cəhətcə qısaltdım.

Bu yazdıqlarıma hüsn-rəğbət göstərmələrini, əsərimizdə hər nə qədər vaqe olan xəta və səhv varsa, işin ərbabından düzəltmələrini təvəqqe edirəm. Belə olacağını da ümid edirəm. “Kəşfül-Həqayiq an Nukətil-Ayati vəd-Dəqayiq” adlanan bu gözəl kitabın ələ-ərsəyə gəlməsini başa çatdırdım. Cümə axşamı saat on ikiyə on dəqiqə işləmişdi. Mübarək zülqadə ayının 22-si 1323-cü il idi. Allah yardım edəndir və təvəkkül də onadır.