Kəşfül-Həqayiq/Fələq Surəsi
←İxlas Surəsi | Kəşfül-Həqayiq Fələq Surəsi (1904) Müəllif: Mirməhəmməd Kərim Bakuvi |
ən-Nas Surəsi→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. III cild. səh. 682-683. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9 |
113-cu surədir. Mədinədə nazil olub, 5 ayə, 23 kəlmə və 74 hərfdir.
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (١) مِنْ شَرِّ مَا خَلَقَ (٢) وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (٣) وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (٤) وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (٥)
Allah-Təala bu mübarək surədə bütün məxluqatın şərirlərinin şərin dən və bəzi xüsusi şərlərdən Allah-Təalaya sığınıb, pənah aparmağı peyğəmbərinə əmr edir, lakin həqiqətdə bunu ümmətinə əmr edib, belə xə bis işlərdən çəkinib, onları tərk etməyi tövsiyə və təlim edir.
1-2) (قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ مِنْ شَرِّ مَا خَلَقَ) - (Ey Məhəmməd), vird edib, qeyd olunan şərirlərin şərindən Allah-Təalaya pənah apar. Lakin sadəcə dillə vird etmək kifayət deyil, qəflət içində olan şərirlərdən də qaç ki, onların şəri sənə toxunmasın. De ki, qaranlığı yarıb işıqlıq verən şəxsin rəbbi Allah-Təalaya özünün yaratdığı şərirlərin şərindən pənah aparıb, yardım istəyirəm. (Ayədə sübhün qeyd edilməsi nur və hidayət tərəfinə meyl etməyə, xüsusən surədə qeyd olunan pisliklərə agah olub, onlardan qaçmağa işarədir. Qurani-Şərifin açıq-aydın ayələri nə gözəl işarələri ehtiva edir. Amma bəsirətimiz kor olub, onları dərk etməkdən acizik. Hər bir şeydə elm lazımdır, o pisliklərdən agah olmayan şəxs onlardan çəkinməyib, bilmədən şər əməllərə düçar olub, dünya və axirətdə fəlakətə məruz qalar).
3) (وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ) - (Ey Məhəmməd), yenə de ki, aləmi bürüyən gecənin zülmətindən Allah-Təalaya pənah aparıram. (Pisliklərin əksəriyyəti gecə vaxtı, xüsusən gecənin qaranlığında vaqe olduğundan müsəlman şəxs özünü o pisliklərdən mühafizə edib, gecənin qaranlığından çəkinməlidir).
4) (وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ) (Yenə de ki, Ey Məhəmməd), falçılıq edib, düyünlərə üfürüb bağlayanların, xalqı aldadanların şərindən Allah-Təala ya pənah aparıram. (Həqiqətən, adlarını falçı, sehrbaz, ya da ki, kitaba ba xıb dua yazanlardan artıq şərir və fasiq şəxslər yoxdur. Bunlar quldurlardan, qatillərdən, sərxoşlardan daha artıq şərir və fasiqdirlər. Çünki quldur və qa tillə rin əməllərinin zərəri ancaq insanlara və onların mallarına olub, xalqın din və ayininə onlardan ziyan gəlməz. Lakin falçıların zərəri islama olub, camaatı tövhiddən küfr və şirkə çəkib, zülmət və cəhalətə düçar edirlər. Bir gün boşanma davası ilə əlaqəli bir şəxs yanıma gəldi, ərizəsini təqdim edəndən sonra bəyan etdi ki məni filan ağa sizin yanınıza göndərdi. Mən o şəxsə dedim: “Sizin o ağa ilə nə əlaqəniz vardır? Dedi: “Bizim bir uşağımız vardır, naxoşdur, hər iki gündən bir gərək onun yanına aparım. Ağa mənə dedi ki, əgər istəyirsən uşağın tam yaxşı olsun, gərək on beş manat verəsən, dua yazım. Mənim on beş manatım olmadığından məcburam ki, iki gündən bir onun yanına aparım. Ya Allah, bundan da artıq zəlalət və cəhalət olarmı? Belə yalan və batil sözlər və əməllər xalqın qəlbinə elə yayılıbdır ki, onları təmizləmək də mümkün deyildir və bu səbəbdən Allah-Təala bu mübarək surədə onların şərindən qorunmağı əmr edir. Bundan artıq pislik və zəlalət olmaz).
5) (وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ) (Bir də de ki, Ey Məhəmməd), paxıllıq edən şəxsin paxıllıq etməsindən Allah-Təalaya pənah aparıram. (Həqiqətən, xəbis sifətlərin ən pisi həsəd etməkdir. Həsəd etmək, yəni başqalarında olan nemətlərin yox olmasını istəyib, onlara pis gözlə baxıb, məhv etməyə çalışmaq böyük bir xəstəlik olub, ilk öncə paxılın özünə zərərdir, belə xəstəliyi müalicə etmək lazımdır. Nə gözəl öyüd-nəsihətləri ehtiva edən və əxlaqsızlığı tərk etməyə çağıran bir surədir. Biz müsəlmanların belə ayələrin uca məzmunundan qafil olması təəccüblüdür. Allah-Təala yuxarıda qeyd olunan şeytan sifətli zəlil və rəzil hiyləbazların kökünü biz müsəlmanların arasından yox etsin. Amin!)