Kitabi-tarixi Qarabağ/İkinci fəsil

Kitabi-tarixi Qarabağ/Əvvəlinci fəsil Kitabi-tarixi Qarabağ İkinci fəsil

Kitabi-tarixi Qarabağ/Üçüncü fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
ƏSARİ-SABİQDƏ QARABAĞ VİLAYƏTİNİN

ADƏTİN VƏ QAYDALARIN VƏ TƏBƏƏLİYİN

BƏYAN EDƏR

Cənnətməkan Səfəviyyə padşahlarının əsrlərində xəvanini-Gəncənin əsilləri Qacariyyədir və məşhur Ziyadoğluna aid edirlər idi. Həmə vəqt onlar şahaniSəfəviyyənin müxlis dövlətxahları və xeyir-xahları və safül-əqidə dərgahları var idilər və daim o dudman rüfət bünyanə xülumi-tam ilə xidmətgüzar və sədaqətşüar olduqları səbəbinə əksəri-övqat onların əhdlərində bəylərbəyi sahibikar və sərdari-külli-ixtiyar həm olardılar. Belə ki, Sınıq körpü yuxarı Sürüdaş Gürcüstan ilə və puli-Xudafərin və Araz çayı Azərbaycan [1] ilə onların sərhədləri olub və həmişə Gəncədə sakin və hakim olublar. Və bəzi zaman Azərbaycana dəxi hökumət ediblər. Çün 1148-ci ildə Nadir şah özünün səltənətinə cülus edib məmaliki-İrana padişah oldu. [2] Əvvəl səhrayi-vəsi ül-fəzayi-Muğanda qışlaq və binayi çadır və otaq qoyub tamami-məmləkəti-İranın üməra və üləmasın və əyan və əkabir və ərkani-dövlətin o məkanə cəm edib onlara dedi ki, əyyühənnas Sizlərə vazeh və rövşəndirlər ki, məmaliki-İranı hər tərəfdən əcnəbi və biganələr əl tapıb qarət və viran və tarü mar etmişdilər. Həqq-təala tofiqi ilə təmamitəvayifı biganələrdən xilas etdim və səy ehtimam edib təsərrüfə getdim, şimdi həm həzrəti şah Təhmasibi-Səfəvi hazır və məlum və həm oğlu Abbas Mirzə əgərçi tifli çahar salədir, yenə mövcud və mənzur hansı birisin layiq və məsləhət bilirsiniz təhti-səltənətdə mütəməkkin edin. Mən özüm də sizinlə ittifaqi-kəmər xidmətlərin miyançecanə üstüvar edib, xülusi-təmam ilə xidmətgüzar və cansipar olaq. Pəs əhaliyi İran hamı əyan və əkabir təmamən müttəfıq ülləfz və lisan bu kəlamatı təqrir və bəyan etdilər: “Çün bizim can və malımızı və namus əyalımızı müxaliflər çəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyid və məhbus və biəmir ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vücudiməsudinizdən qeyri heç kimsə səltənəti-İranı vərtəq və fətəqi-mümümmaticahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz”.
Hərçənd Nadir şah üzv və təhaşa edib, qəbuli-əmri-səltənət eylə-məzdi, amma xəlaiq qəbul etməyib, israr və ilhahı həddən keçirdilər. Axır ki, qəbul edib məzkur sənədə evrəngi-səltənətə cülus edib, məsnədi-şahlıqda mütəməkkin oldu. Pəs şul məclisi-üzəma və məc-məyi-kübərayi-şura Muğanda bu güftəgu və mühavirə və müşavirələr müddəti bir ay və bəlkə ziyadə çəkdi. Haman vaxtlarda Gəncə xanı Ziyadoğluları pünhan və aşkar çox səy və təlaş edirdilər ki, Səfəviyyə nəslindən qeyri heç kəs kimsə əcnəbilərdən İrana şah olmasın və sair əsnafi-biganə balişi-səltənətə söykənməsin. Bunların bu gunə fıkir və təlaşın tamam Nadir şaha xəbər aparmışlar. Elə ki Nadir padişah oldu və təxti-səltənətdə qərar qıldı, Ziyadoğlular nəzərdən düşüb, Nadir şahın məğzubi oldular və əz bəs ki, ocaqi-əzim və dudmani-qədim var idilər, o səbəbə görə bunlara qeyri-tənbeh və siyasət rəva görməyib həmin məratib və mənasiblərin və nemət və təvabelərini alıb əfsurdəhal və məqsurulcəlal etdi. Belə ki, Qazax Borçalını ki, ilati-mötəbər idilər, xəvaniləri ilə Gürcüstan valisinə təfviz etdi və Qarabağın ilatın ki, Kəbirli və Cavanşir və Otuziki ola, sürüb Xorasana aparıb Sərəxs torpağında məskun etdi. Xəmsə əraminə mahalların dəxi alıb, mütləqül-inan qılıb buyurdu ki, lazım olan mühümmatlarını vəqti-ləvazimdə özləri əlizəcat ilə məzuri-pişgahi-hüzur etsinlər. Pəs xəvanini-Gəncənin hamı ixtiyarları əllərindən gedib, məslubül-ixtiyar və mütkəsirül-bal oldular. Amma Nadir şah əsrindən irəli Qarabağın tamam ilatı və Xəmsə mahalları və Bərgüşad və Həkəri çayları əgər ki, kiçik xanlar Cavanşir və Otuziki və Bərgüşad ellərinin içində olublar, amma hamıları tamamən Gəncə bəylərbəyisinə tabe olubdurlar. Gah zaman dəxi Azərbaycan sərdarının ziri-hökmündə olublar. Bəd öz an ki, Nadir şah Gəncə və Tiflis və Qarabağ və İrəvan və Naxçıvan və Şirvanatı Rum əhlinin qanunlarını təsəllüblərindən çıxarıb öz təsərrüfünə götürdü. Bir qəlil müddətdə bu vilayətlər Gəncə hakiminə baxdılar. Amma sonra Azərbaycan bəylərbəyisinə tabe oldular. Belə ki, hər mahalların və ellərin içində xanlar və məliklər və mübaşirlər olardılar. Amma xədamati-divani və fərmayişi-padişahi-sərdari-Azərbaycanın əmri və mərifəti ilə əncamə yetirdilər. Tainki Nadir şahı 1160 cı ildə cəmadül-axır ayının on beşinci gecəsi ki, yekşənbə gecəsi idi [3], Fəthabad mənzilində Məhəmməd bəy Qacar, Qacar İrəvanlı və Musa bəy Gündüzlü, Əfşar Qarimi və Qoca xan Əmirli, Əfşar Urmulu, Nadir şahın qardaşı oğlu Əliqulu xanın işarəsi ilə və Qırqulu Saleh xan Əbivərdinin və Əfşar Məhəmmədqulu xan Keşikçibaşının və hafeyi-keşiklərinin ittifaq və icvaları ilə öz ordusunda sərapərdə içində yatmış yerdə başını kəsib kuyi-baziye-tiflan eylədilər və o baş ki, xaqan və qeysərə sərəfrazlıq edirdi, ayaqlar altında paymali-ətfal etdilər. Pəs ondan sonra vilayətlər məğşuş və pərişan və məmalik xərab və viran olub, zəmanə qeyri nəsəq və siyaqə mübəddəl oldu. Bilmüəllifəhu:

Övzai-dəhrü kari-cahan dövri-ruzigar,

Daim təğyir ilə təbdil qılıb şüar.
Bundan qiyas eylə ki, gör gahi-yay olur
Gah xəzanu, gahi zimistanu, gahi bahar.
Gah səfavu eyşü təravətdədir çəmən,
Məcmu səbzü xürrəm olur dəştü kuhsar.
Gah fəsürdəxatir üşşaq tək zəmin,
Fəsli xərif cümlə nəhifu fükaru qar.
Güldən gedər ətrü səfa gördüyün təmam
Biçarə əndəlib olur bağdan kənar.
Gəh bir zəlili qaldırubən bəhr edər əziz,
Eylər cahanə xosrovi-sultani-tacidar.
Gəh bir əzizi-sərverü sultanu xan inək
Eyler bu ruzigari-cahanda zəlilü xar.
Ari, Xəzani dehrdə bu rəsmdir qədim,

Əlbəttə bu fənayə könül vermə zinhar.

Qeydlər

redaktə
  1. Cənubi Azərbaycan nəzərdə tutulur.
  2. Miladi tarixi ilə 1736-cı ildə Muğan qurultayında Nadir özünü İranın şahı elan etdi.
  3. Nadir şah 1160/1747-ci ilin iyun ayının 25-də öldürülmüşdür