Kitabi-tarixi Qarabağ/Əvvəlinci fəsil
←Kitabi-tarixi Qarabağ/Amma müqəddimə. Bu hekayətlərin əsil əvvəl raqım və ravilərin bəyan edər | Kitabi-tarixi Qarabağ Əvvəlinci fəsil |
Kitabi-tarixi Qarabağ/İkinci fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
VƏ SINUR-SƏRHƏDİNİ VƏ ONDA OLAN
QƏDİM ŞƏHƏRLƏR VƏ NƏFLİ KÖHNƏ
O ki qədim təvarixə görə Qarabağ vilayətinin sınur və sərhədi budur: Cənub və qiblə tərəfi Araz çayıdır ki, Xudafərin körpüsündən gedir ta Sınıq körpüyə ki, Dəmirçi-Həsənli və Qazax əhlinin içində vaqedir ki, əmnayi-dövləti-Rusiya ona Krasmy most adı qoyublar, yəni Qızıl körpü derlər. Şimal tərəfi Kür çayıdır və məşriq tərəfi Cavad qəryəsidir ki, orada Araz ilə Kür suyu bir-birinə mülhəq olub gedib dəryayi-Xəzəriyə müttəsil olurlar və məğrib tərəfi böyük dağlardır ki, Qarabağın və Gəncənin və Qazax Şəmsəddin xalqının yaylaqlarıdır. Amma keçən əsrlərdə bəzi zamanlar iğtişaşlıq çox olub, bəzi övqat İran və Rum və Türküstan padşahları bu vilayətlərə təsəllüt tapıblar. Övzai-zəmanə mütəğəyyar olduğu səbəbə bəzi məkanlarda qalalar salıb və qeyri-sayaq abadanlıq edib, əlahəddə sərhədlər qoyublar və qeyri-ismlər ilə mövsüm ediblər.
Daim təğyir ilə təbdil qılıb şüar.
Bundan qiyas eylə ki, gör gahi yay olur,
Gahi xəzanü, gahi zimistanü, gahi bahar.
Gah səfavü eyşü təravətdə gülü çəmən,
Məcmu səbzü xürrəm olur bağu laləzar.
Gah fəsürdəxatir üşşaq tək zəmin,
Fəsli-xərif cümlə nəhifü fükarü qar.
Güldən gedər o ətrü səfa gördüyün tamam,
Biçarə əndəlib olur bağdan kənar.
Gəh bir zəlili qaldırırbən dəhr edər əziz,
Eylər cəhanə xosrovi-sultani-tafdar.
Gəh bir əzizi sərvərü sultanü xan ikən,
Eylər bu ruzigari-cahanda zəlilü xar.
Ari Xəzani dəhrdə bu rəsmdir qədim,
<poem>Şimdi Qarabağda sərhəd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin körpüsünün ta Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə (kimi). Şərqiyyən Kür suyudur. Qərbiyyən kühüstanatü-əzimi-Qarabağdır ki, Köşbək və Salvartı və Ərikli dağlarıdır. Şimaliki, Gəncə ilə Qarabağın sərhədidir, Göran çayıdır. Bu Qarabağ vilayəti Aran məmləkəti cümləsindədir. Ol zaman ki, Nuh peyğəmbər əleyhissəlam əsrində tufan oldu, tufan keçəndən bir müddəti-mütəmadi keçəndən sonra Nuh peyğəmbərin övlad və əhfatından bir kimsə Aran adlı gəlib bu vilayətlərdə malik və hökmran olub, bu məkanları abad edibdir və Kür suyu ilə Araz çayının arasında vaqe olan şəhərlərə və vilayətlərə ki, ibarət ola Tiflis və İrəvan və Naxçıvan və Gəncə ki, imdi Yelizavetpol ad qoyulubdur və Qarabağ vilayətində vaqe olan Bərdə və Beyləğan şəhərlərinə ki, imdi hər ikisi də xarabalardır, tamam bunlara öz ismini qoyub Aran müsəmma edibdir. Buna görə ki, onun öz adı Aran imiş və dəxi əvvəl şəhər və qala ki, Qarabağda bina olunub Bərdə şəhəridir ki, Tərtər çayının üstə və Kür suyunun üç ağaclığında və qiblə tərəfində vaqedir və ol şəhərin əhli qədim sabiqdə xaçpərəst imişlər. Xulafayi-sabiqi bəni Abbasiyyə ki, şəhri-Bağdadı bina və abad edib və darül xəlafə qılıb əyləşdilər. Həmin əsrdə ki, tarixi-islamiyyə sənə 306 hicridə mütabiqi-sənəyi-məsihiyyə 889 sənədə o şəhərin əhli müsəlman oldular [1] və ondan sonra Beyləğan şəhəri Qarabağda səmti-Araz da bina olub. Onu da Qubad padşah ki, İran və fars padşahlarının cümləsindəndir o, bina edibdir ki, təxminən min beş yüz il olur və bəlkə daha dəxi ziyad ki, haman Qubad padşah rudi-Arazdan [2] bir əzim arx götürüb səhrayi-vəsiül-fəzayi Beyləğanda şəhər bina eyləyib Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı kəndlər salıb, əmlak və məzrəələr rəiyyətlərə təyin və təqsim etdirib, abadlıq və məmurəlik qaldırıbdır ki, hamı o aralıq bağ, ziraətgah və abadlıq imiş və qədimül-əyyamda o arxın adı Bərlasdır ki, imdi Govur arxı kimi məşhur olubdur.
Dəxi haman şəhər və nəhr və kəndlər abad idilər, tainki islam tarixi 695-ci hicridə Çingiz xanın qoşunu [3] gəlib o şəhəri mühasirə eylədilər və bir neçə aydan sonra oranı təsəllüt tapıb, o şəhəri qətliam buyurub şul arxı və şəhəri viran və xak ilə yeksan etdilər. Əhaliyi-Qarabağ dəxi təmamən mütəfərrin olub dağlara və Şirvanat vilayətlərinə dağıldılar və Çingiz xanın əhvalı budur ki, yazıblar: Çingiz xan ibn Yəsukay Bahadur ibn Bərtan ibn Fil - əvvəl adı Temuçin idi. Səneyi 649- cu tarixdə Zilqədə ayının 26-cı günündə anadan mütəvəllüd olub [4] ta otuz yaşına yetişənədək işi çox tənəzzüldə idi. Elə ki (yaşı) otuzdan təcavüz eylədi, günbəgün əhvalı və bəxti-dövləti və calalı qəvi olub ismi Çingiz xanı ona itlaq olundu. Əzəmət və şövkəti qayətdə tərəqqi bulub, tamam məmaliki-Quran və Xatay və Xubən və Çin və Maçin və Dəşti-Xəra və Seqestin və Bulqar və Valan və Rusiya, dəxi qeyri müsəxxər edib sahib oldu. Dəxi şul zamanda İran padşahı Sultan Məhəmməd Xarəzmşah idi. [5] Müddətlər Çingiz xan ilə mabeynlərində ülfət və saziş və dostluq var idi, tainki Xorasan hakimi Sultan Məhəmməd Xarəzmşahın ittilai və izni ilə beş yüz nəfər tüccadi Türküstani Çingiz xanın tabelərindən olalar, Xorasan diyarında qətlə yetirib çox əmval və əcnas və nəfanelərini qarət və təsərrüf etdilər. Bu səbəbə Çingiz xan əzim qeyznak olub, bihədd olan qoşun çəkib İran məmalikinə mütəvəcceh oldu. Dəxi hər tərəfdən əsakiri-naməhsur İran hüduduna məmur və müqərrər özü dəxi Muğan və Mazandaran səmtindən hərəkət eləyib əsgəriməmaliki-İrana qalib oldu və qətli-am eylədi. Yazıblar ki, məcmui İranı müsəxxər qılıb, bir növ qətlü-am eylədi ki, heç bir təvarixdə belə iş görülməmişdi. Həmin ildə adı çəkilən Beyləğan şəhərini dəxi şöylə qətlü-am və şəhər və arxını viran və yer ilə yeksan etdi. 711-ci ildə yenə Turana müraciət qılıb müddəti-iyirmi beş il tamam məmalikə padşahlıq edib axır ki, 724-cü tarixdə Ramazan ayında dari-qüruri-fənanı vida edib vəfat etdi. [6]
Bəli, belədir rəsmü-ayini-dəhr
Əlqissə, çox müddətlər Qarabağın Beyləğan şəhəri və o nəhri-əzim xaraba qaldı.Tainki Teymur padşahi-Qurqani ki, məmaliki-Türküstandan Rum məmləkətinə ləşkər çəkib və Rum məmalikinin sultanı İldırım Bəyazid ilə cəng və davalar eylədi və sultani-Ruma qalib olub [7] oradan müraciət edən zamanda bu sərzəmin cənibindən qayıdıb gəlib bu vilayətlərə. Güzarı Muğan və Beyləğan şəhərinə düşüb bir neçə müddət Arazbar səmtində əylənib təfərrür və tamaşa edərkən o məkan qayətdə xoşuna gəlib, dübarə onun abad olmağına əmr eylədi və dəxi ətraf və cəvanibdən rüaya və xalqları cəm etdirib, yenə Beyləğan şəhərini abad qılıb və haman arxı təmir edib suyun o şəhərə cari eylədi və ondan bir müddət abad olub. Pəs Səfəviyyə padşahları əsrlərinə yavuq, İran əsgərləri Rum və Gürcüstan və Şirvanat tərəfinə gəlib-getməkdən və tərəddüd etməkdən yenə oralar xarab olub, sakinləri dağılıb pərakəndə oldular; ondan ta indiyədək o şəhər və nəhr bərbad və viranə olub, hənuz qalıbdır. Fil həqiqətə o arx çox böyük və əzim arxdır və çox mənfəətli və mədaxilli arxdır. Əgər təmir oluna, onun altında hər qəsmi ziraat və məhsulat əmələ gələndir. Bağ və əbrişəm, çəltik, taxıl, pambıq, bostan, maş, küncüt və hər növ məhsul yaxşı əmələ gəlir. Əgər bir çetvert buğda ziraət olunsa otuz çetvert [8] Müqayisə üçün bax: Mirzə Camal Qarabaği, Qarabağ tarixi, səh.12. , bəlkə ziyadə əmələ gəlir və cəmin-əqsami-məhsulat və hübubat orada olandır. Xüsusən darı və çəltik ki, təxminən əgər bir çetvert əksələr olur ki, bəlkə əlli çetvert ya ziyadə əmələ gələ və ziraət olunmağı dəxi asandır ki, iki öküz ilə yaxşı əkmək olur, əgər bu arx yaxşı təmir olub yaxşı nizam və zabitə ilə ola, əlbəttə ki, əqəllən altı, yeddi min ev dəxi ziyadə orada rifahallıq ilə və fəraqəti-tamam ilə güzəran və təiş edə bilərlər ki, kəndlər salıb və bağ və ziraət qaytarıb ənva və əksam mədaxillər hasil edib nəfbərdar olarlar və vüsət ilə güzəran qılalar Dəxi bu Govur arxı məşhur və məzkur olandan əlavə yenə neçə arxlar vardır ki, Arazdan Beyləğan şəhərinə və səhrasına qədim zamanlarda çıxarıblar ki, hər bir arxın üstündə yaxşı böyük kəndlər abad olub mərğub güzəran edə bilərlər ki, hər birisi yüz, iki yüz ev ola. Qəllədən və çəltikdən və bağdan və ipəkdən və pambıqdan və sair ənva mədaxilatdan gəlirlər hasil edib, çox yaxşı kamil vüsət ilə məişət və güzəran edərlər. Əgərçi şəhriBeyləğan təxminən dörd-beş yüz ildən ziyadə olur ki, xarab olubdur, amma o qeyri kiçik arxlardan mərğumeyi-Pənah xanın və İbrahim xanın əvail hökumətlərində abad olanı var idi ki, xanlar həm nəfbərdar olardılar. Haman kiçik arxların adları bu təfsil ilədir: Kürək arxı, Meymənə arxı, Luvar arxı, Gəmiçi arxı, Sarı arx, Ayaz arxı, Xan arxı, Taşqay arxı.
Qeydlər
redaktə- ↑ Miladi tarixi düzgün göstərilməmişdir. Hicri 306-cı il - 14/VI - 918-3/VI - 919 ili əhatə edir. Müəllif burada Mirzə Camalın səhvini təkrar etmişdir. Bax: Mirzə Camal.Qarabağ tarixi, Bakı, 1959, səh.12.
- ↑ Mirzə Camal “Araz” əvəzinə “Kür” yazmışdır (Qarabağ tarixi, səh.12).
- ↑ Xəzani Çingiz xanın qoşunlarını Azərbaycana gəlməsini səhv olaraq 695 hicri göstərir, bu da miladi tarixi ilə 1295/1296-cı illəri əhatə edir. Məlumdur ki, monqol dəstələri Beyləğanı 618-1221-ci ildə qarət edib dağıtmışlar.
- ↑ Müellif burada da tarixi düzgün göstərmir. Çingiz xan 649/1251-ci ildə yox, təqribən 550/1155-ci ildə anadan olmuşdur.
- ↑ Sultan Məhəmməd Xarəzmşah İranın yox, Xarəzm dövlətinin padşahı idi. İranın ancaq bir hissəsi 1194-cü ildə Xarəzmşahlar tərəfindən zəbt edilmişdir.
- ↑ Bu tarixlər də səhvdir. Çingiz xan 724/1328-1329-cu ildə deyil, 624/1227-ci ildə vəfat etmişdir. Görünür bu səhvlər müəllifin yox, əsərin üzü köçürülərkən buraxılmışdır.
- ↑ Teymur 1402-ci ilin 28 iyulunda Ankara yanındakı döyüşdə İldırım Bayazidin (1389-1402) osmanlı qoşunlarını məğlubiyyətə uğratdı
- ↑ Bir çetvert 250 puda bərabərdir. Bu hissəni Xəzani Mirzə Camaldan istifadə edərək yazmışdır.