Kitabi-tarixi Qarabağ/İyirmi dördüncü fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi üçüncü fəsil Kitabi-tarixi Qarabağ İyirmi dördüncü fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi beşinci fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
HÜSEYN XAN SƏRDARİ-İRƏVAN

MƏĞLUB OLMAĞIN VƏ NAİBÜSSƏLTƏNƏ
ASLANDUZDA ORDU QILMAĞIN VƏ
PARAYİ-VƏQAYE ƏMƏLƏ GƏLİB VƏ
DÖVLƏTEYN ARASINDA GÜLÜSTAN

SÜLHÜ BÜQU BULMAĞINI BƏYAN EDƏR

Çün Qızılbaş dövləti və naibüssəltənə dail-ül-övqat həngameyi-cəng və cidalı əfsürdə, məhfili-niza və qitalı pəjmürdə qoymazdı, Rusiya dövləti ilə daima bu ətraflarda davaları var idi. Bir dəfə dəxi bu həngamələrdə şahzadə Məhəmmədəli Mirzə xəfiyyətən sərhəddən ürub edib, Gürcüstan səmtinə mahali-Borçalını nəhib və qarət edib, ziyadə xəsarətlər yetirib, hədsiz olan əsir və kəsib aparmışdüar. Ondan bir az sonra irəvanlı Hüseyn xan sərdari-Gürcüstan valisinin ittifaqı ilə Gürcüstan tərəfinə təyin və rəvanə etmişdilər ki, Axısqa tərəfindən gedib, Gürcüstana iğtişaş salsınlar. Çün sərdar Tormasov xəbərdar olmuşdur, qoşun ilə Şəmkürdən (Şamxordan) keçib, təcili-təmam ilə Sədra körpüsünün yanında düşüb, general-leytenant Pau-luççiyə və general Lisaneviçə qoşun verib, Axısqadan Hüseyn xan sərdarın qənşərinə göndərmişdi. Onlar oraya yetişib bir gecə nisfi-şəbdə Qızılbaş qoşununa qəfil hücum edib, çox adamlarını qətlə yetirmişdilər. Ləşkəri-qızdbaş sərasimə olub, atlı və piyada həzar fəlakət ilə nicat tərəf üçün oradan azimi-vadiyi fərar olmuşdular. Ərzirahda dəxi osmanlı əsgərləri düçar olub, onların əksəriyyətini lüt və qarət edib bəqiyətül-seyfi oradan mühayəti-zillət ilə qaçıb, daxili sərhədi-İrəvan olmuşdular. Hüseyn xan sərdar dəxi bu səbəbə şərmsar olub, dövləti-qızılbaşdan xofnak olduğuna görə fərar edib, gedib Koroğlu qalasında mütəvari oldu. Bir müddətdən sonra (onu) yenə xatircəm edib, öz yerinə aparmışdılar. Onun sonuncu ili idi ki, sərdar Tormasov gedib yerinə knyaz Pauluççi sərdar olub, Tiflisə gəldi. Haman ilin qış mövsümündə idi ki, Cəfərqulu ağanm Qızıl-başa getməyi və Qırçıda müşktristki (atıcılar) batalyonu dağılmağı vaqe oldu. Sərdari-məzbur Tiflisdən Badkubəyə səfər əzmi ilə Gəncə vilayətinə gəldi. Cavad xan gəncəlinin əhli və əyalı və övlad və ətfalı ki, bir neçə nəfər Qızılbaş xanları ilə məhbus var idilər, onları mürəxxəs edib, oradan Badkubə tərəfinə getdi. Bu heyndə Kaxet və Qısıq bunt etdilər. Cəfərqulu ağanm Qızılbaşa getməyi vaqe oldu. Qarabağın elləri sınıb, Qızılbaşa getdilər. Qırçıda batalyon dağıldı. Bu müqəddimələrə görə sərdar knyaz Pauluççi Badkubə səfərini bərhəm edib bu gunə dəhşətli əhvalata görə qayıdıb, Şirvana Mustafa xanın yanına gəlib və oradan - Şamaxıdan Qarabağa - Şuşa qalasına gəldi. Pyotr Stepanoviç dəxi yanında idi. Gəlib bir para adamlara və Mehdiqulu xana çox itab-xətablar etdi. Xanı hökumətdən məzur etmək (işinə) başladı. Amma neçə gün ki, qalada qaldı kağızlara və işlərə baxıb gördü ki, Mehdiqulu xan heç gunə təqsir etməyib, tamam əhvalatı naibüssəltənə Təbrizdən çıxıb, ta Mişkindən Qarabağa gələnədək xan günbəgün qaladakı böyüyə və mayor Jenyaya məlum edib və təkid edib ki, batalyonu Şahbulağa apara. İlatı köçürüb dağlara apara. Mayor Jenya razı olmayıb və təqsir eləyibdir. Pəs bir neçə gündən sonra yenə sərdar Mediqulu xana nəvaziş və hörmətlər edib, Pyotr Stepanoviç dəxi vəsatət qılıb dübarə hökumətdə mənsub eylədi. Mığrı kəndində bir batalyon var idi ki, o zamanda Mığrıda olurdu. Onlar üçün taxıl və tədarükat bina edib, mayor Rüstəm bəy və podpolkovnik Cəmşid bəy özlərindən və kəndlərindən iki yüz çetvert buğda sərdarın təmənnasma görə mühəyya edib, Mığrı qəryəsinə mərsul qıldı. Ondan sonra Şirvan və Şəki və Qarabağ və Lənkəran və Talış vilayətlərini Pyotr Stepanoviçə təfviz edib, özü darüssürur Tiflisə azim oldu. Amma rəşid və kamil olan Pyotr Stepanoviç əvvəl öz zirdəstində olan qoşunu ilə Araz kənarında olan Cəbrayıllı və sair xalqlara çapavül edib, çox mal və qoyun qarət və kəsib elədi. Tuğ kəndinin xalqını ki, Araz kənarında idilər, hənuz o taya getməmişdilər, köçürüb geri yenə özlərinə gətirdi və öz ziri-hökmündə olan polku götürüb Ağoğlanda ordu elədi. Həmişə irəliki böyüklər, general Nebolsin və general Xanveysov həmə il qoşun ilə Əsgəran qalalarının yanında ordu edərdilər. Amma Pyotr Stepanoviç Araza yavuq ordu elədi ki, sərhəd tərəfindən Arazdan keçib, quldurluğa və düşmənliyə gələn qoşunlardan tez xəbərdar olmağa ki, Ağoğlandan Araz kənanna altı ağac olub, o ilin bahar fəsli olanda, naibüssəltənə gəlib Araz kənarında Aslanduzda ordu elədi. Haman ildə fransızın Rusiyaya gəldiyi şöhrət buldu. [1] Sərdar markiz Pauluççi məzur olunub Rusiyaya çağırdılar. Əvəzində general Rtişşev sərdar olub, bu məmalikə gəldi. Yenə haman ildə İran dövləti ilə saziş və müsalihə nağılı aralığa düşüb, sərdar Rtişşev Qarabağa gəldi. General Haqverdiyev Araz kənarına gedib, vəziri-qayimməqam Mirzə Əbülqasım ilə orada güftəgular elədilər. Əvvəldən Pyotr Stepanoviç müsalihə etməyə razı deyildi. İstərdi ki, Qırçı müqəddiməsinə bir əvəz çıxa. Amma sonra yenə şöylə oldu ki, Haqverdiyev ilə qayimməqamın güftü guları mütabiq gəlməyib, o dəfə müsalihə surəti əmələ gəlmədi. Pyotr Stepanoviç Ağoğlanda ordu ilə qaldı. Sərdar Rtişşev dəxi qayıdıb, Tiflisə getdi. Bu əsnada qayimməqam Mirzə Əbülqasım 200 atlı zübdə süvarilərdən xəlvət yollamışdı ki, Ağoğlandan Rusiya qoşununun ilxı atlarını qovub aparalar. Dəxi əlavə atlılardan xəlvət yerlərdə qoyub ki, əgər Qazax polku haraya gəlsələr, onlara həmlə edib, şikəst eliyələr. Pəs, rəşid olan Pyotr Stepanoviç xəbərdar olub, bir növ nizam ilə Qazax polkunun təyin eylədi ki, təmam Qızılbaşm o atlılarını basm, əlli-altmış nəfərdən ziyadə onlardan qətlə yetirdilər. Qalam bineyl məram həzimət qılıb, qayimməqamın o tədbiri özünə zərər etməkdən qeyri bir nəf hasil eləmədi. Əlqissə, haman Rtişşev sərdarın vaxtında idi ki, İran dövlətindən Mirzə Əbülhəsən xan əmri-müsalehədən ötrü məmur və təyin olub, gəldi Şəb torpağına və Rusiya dövlətindən dəxi mötəmid gedib, orada izdihami-təmam və cəmiyyəti-məlakəlam ilə bənayimüsaliheyi-üstüvar və istiqrar tapdı. O müsalihəyə "Gülüstan sülhü" [2] adı qoydular. Ondan sonra müddəti-fəraqət və əmniyyət hasil oldu... Hicri 1229 (1813)-cu ildən ta 1242/1826 tarixədək aləmi-pürfıtnə aram qıldı. Ta ki, bir müddət keçəndən sonra general Rtişşev sərdarlıqdan çıxdı. Əvəzində general Yermolov mənsub olub, Tiflisə gəldi. Bundan sonra təmam vilayətlərin işlərinə diqqət yetirib, Yermolov təzə qanunlar qoydu. Hər vilayətin tələbinə görə zabitlər icad edib, bəzi vilayətlərdə qəribə görünən işlər və səyaqlar başladı. Pyotr Stepanoviç məzur olub, general Mədətov Şəki və Şirvan və Qarabağ və Talış və Lənkəran vilayətlərinə okrujnoy naçalnik mənsub oldu. Dəxi qoşun ilə Qarabağda sükunət edib, Mədətov həm pareyi-işlər əmələ gətirdi ki, şul zabitə və ixtiraata mütəhhəmmil ola. Bilməyib, o illərdə Qarabağ hakimi mərhum Mehdiqulu xan və Şirvan hakimi Mustafa xan Qızılbaşa fərar etdilər. Şəki xanı İsmayıl xan həm vəfat etdi. Bu üç xannəşin vilayətlər 1822-ci ildə dövləti-Rusiya təhtinə daxil oldular. Sərdar Yermolov dəxi bu yerlərdə divanxanalar açdı. Divanbəylər tikdi (seçdi), komendantlar təyin eylədi. Təmam işləri özü ixtira etdiyi qanun və zakona mühəvvəl və mərcu etdi.

Qeydlər redaktə

  1. Napoleon qoşunlarının 1812-ci ildə Rusiyaya hücumu nəzərdə tutulur.
  2. Gülüstan sülh müqaviləsi 12 oktyabr 1813 -cü ildə Qarabağın Gülüstan kəndində Rusiya ilə İran dövləti arasında imzalandı. Bu müqaviləyə görə Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqlan Rusiyaya qatıldı.