Kitabi-tarixi Qarabağ/İyirmi üçüncü fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi ikinci fəsil Kitabi-tarixi Qarabağ İyirmi üçüncü fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi dördüncü fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


MEHDİQULU XANIN HÖKUMƏTİ-ƏYYAMINDA

QARABAĞDA VƏ SAİR ƏTRAF VİLAYƏTLƏRDƏ
VAQE OLAN BƏZİ ƏHVALATI VƏ MÜHARİBATI
VƏQAYEYİ-MÜTƏFFƏRRİQƏTLƏRDƏN

BƏYAN EDİR

Çün, səneyi-məsihiyyə 1808 tarixdə və islamiyyə tarixi ilə 1222-ci il hicridə sərdar qraf Qudoviç təyin olub, Gürcüstana gəldi. Tiflis şəhərində rəxti-iqamət salıb, əyləndi. Bir neçə müddət keçmişdi ki, sultani-Rum ilə ədavət və müharibə vaqe oldu. [1] Sərdar qraf dəxi general Nesvetayevi qoşun ilə Gömrüdə qoyub, özü əsgərləri ilə Axan kəklik (Axalkalaki) sövbünə rəvan oldu. Orada Axısqa hakimi Xümşizadə Səlim paşa ilə davalar edib, Axan kəklik (Axal-kalaki) qalasına yürüş elədilər. Axır mətləb hasil olmayıb, yenə məqsədə yetmədən Tiflisə müraciət qıldı. Sonra xəbər gəldi ki, Yusif paşa sərəsgər olub, əzmi-müqabilə üçün Qarsa gəlibdir. Pəs qraf tədarük görüb, Gömrüyə azim oldu. Arpa çayında sipahi-Rumiyyə ilə təlaqi olub, hər iki qoşun orada düşüb, əyləndilər. Bir neçə gündən sonra əzmi-meydan edib, tərəflər davaya başladılar. Bir gün əsr vaxtınadək cəng və guşiş əmələ gəlib, axır osmanlı qoşunu məğlub olub, axşamçağı fərar elədilər. [2] Sərdari-qanim və müzəffər çox qənimət və axtarma, böyük topları osmanlıdan ələ gətirib, fəth və nüsrət ilə qayıdıb, yenə Tiflisə gəldi. Qışı Gürcüstanda qalıb, bahar fəslində İrəvan və Naxçıvanı təsxir etmək üçün o tərəfə hərəkət elədi. Qabaqca general Nebolsini cunidi-məsud ilə Qarabağdan Naxçıvan təsxirinə mərsum və müqərrər etdi. Sonra özü dəxi tədarükü-şayan və əsakiri-firavan ilə İrəvan üstünə getdi. Naxçıvan müsəxxər olundu. Amma İrəvan qalasma müddəti-mühasirədən sonra yürüş elədilər. Çox qoşun tələf oldu. Axır, bineyl məqsud müraciət edib, oradan yenə Tiflisə gəldilər. Ondan sonra qrafı Rusiyaya izhar etdilər. Yerinə general adinfanter Tormasovu mənsub qıldılar. Bu canibə gəldi və sülh məsləhət bilib, dövləti-osmaniyyə ilə sülh və müsalihə elədilər. Amma İran dövləti ilə həmişə dava-dalaş var idi. Pəs məsihiyyə tarixi 1811-ci ildə olan vaxtı, naibüssəltəneyi-İran Abbas Mirzə qoşun ilə Bazar çaymda ki, Zəngəzur mahalatının Sisyanında vaqedir, gəlib düşüb ordu eləmişdi. General Xanveysov dəxi onun müqabilində var idi. O vaxtda Hacı Məhəmməd xan Mustofı ki, bir qoçaq və kardan və fəribəndə xan idi, Qaradağ vilayətində hakim idi. Xəlvət kağızlar yazıb, yollayıb Dizaq mahalında olan cəbrayıllı bəylərini təhrik edib və naibüssəltənə tərəfindən onlara ümid-nəvidlər verib ki, köçüb Qaradağa gedələr. Onlara kəndlər və mahallar və ənamlar verilib, xoşgüzəran olalar. Çünki Mehdiqulu xan ilə Cəfərqulu ağanın aralarında necə ki, fövqdə mərğul oldu, həmişə küdurət və daimi sitizə var idi. Cəbrayıllı bəyləri və sairlər üçün ki, Cəfərqulu ağanın mənsub və tabeliyində idilər, xoşgüzaranlıq məqsədəuyğun ola bilməzdi. Pəs, cəbrayılh bəyləri ki, Mahmud ağa, Lütfəli minbaşı, Yaqub ağa və Hüseyn bəy və qeyrə onun yazmağına və sözünə etimad edib, Qaradağa köçmək fikrinə düşdülər. Bu əhvalı Cəfərqulu ağa bilib, o vaxtlarda ki, Mehdiqulu xan və Cəfərqulu ağa bir parayi-sayir bəylər Zəngəzur mahalında general Xanveysovun yanında idilər, oradan generaldan mürəxxəs olub, şöylə fəsadı sakit etmək üçün Qarabağın bu tərəfinə gəldilər. Bu heynlərdə naibüssəltənə Bazar-çayından köçüb, Təbrizə getdi. General Xanveysov dəxi qayıdıb, geri gəldi. Mehdiqulu xan dəxi gəlib, qışlagi-Qırçıda batalyon ilə sakin olurdu. Cəbrayıllı bəyləri və xalqı dəxi tamam orada idilər. Hacı Məhəmməd xan məzbur dəxi qafil deyildi. Həmişə adamı və kağızı Cəbrayıllı bəylərinin yanına gəlib-gedirdi. Dürüst onları aldadıb və xatircəm edib, Qaradağa getməye raqib olmuşdular. Hərçənd Cəfərqulu ağa sayıq oldu ki, onlara mane olub, qoymaya, məqdur olmadı. Bu əsnada üç fərman, naibüssəltənədən bir bəyzadə ki, Mehdiqulu xanın nökəri idi, qaçıb Qızılbaş dövlətinə gedib, qulluq edirdi, gətirib öz əmisinin evində qoyub ki, bir əmizadəsi dəxi Cəfərqulu ağaya nökər idi. Ona verələr ki, fərmanları Cəfərqulu ağaya yetirə. Bu xəbəri Mehdiqulu xana hali ediblər. Xan bilib, adam göndərib ki, o fərmanları götürün. Adamı tutub və fərmanları dəxi hüzuruma gətirə. Çün haman adam qayıdıb getmişdi. Əmisini və fərmanları və Cəfərqulu ağanın nökərini xanın hüzuruna gətirdilər. Pəs, xan da o adamları və fərmanları müşkteristki (atıcılar) batalyonunun böyüyü mayor Jenyaya verdi. O, dəxi adamları dustaqxanaya salıb, fərmanları da Şuşa qalasında olan podpolkovnik Jenkoviçə yolladı. O podpolkovnik dəxi bir kamil adam deyildi. Qızılbaşın hiylələrindən xəbərsiz idi. Lazım idi ki, həqiqət oluna, ayə Cəfərqulu ağanın ittilai və getməyə meyli vardırmı, ya nə? Heç həqiqət etməmiş hökm yazdı ki, Cəfərqulu ağanı tutub, məhbus edə. Mayor Jenya da adam göndərib, Cəfərqulu ağaya demişdilər ki, mayor səni tutub, dustaq edəcəkdir. Demişdi ki, mənim nə xəlafım var ki, məni dustaq edələr. Qızılbaşın bu növ hiylələri çox olacaqdır. Ondan ötrü mən ki, getməyə mail deyiləm. Nədən ötrü məni tutacaqdır. Haman saat mayorun evinə gəlmişdi. Haman ki, Cəfərqulu ağa daxil olacaq, qarovullar qapını tutub Cəfərqulu ağa həbsdə qalmışdı. Hərçi mayora dəlil və dəlaillər demişdi, mayor baxmayıb, o günü Qırçı qışlağında batalyonun içində dustaq saxlamışdı. [3] Ondan sonra bir gecə bir rota soldat ilə bir kapitana tapşırıb, Tiflisə yola saldı. Cəfərqulu ağa çox dedi ki, qarovul lazım deyil. Mən evimi və uşağımı və istəyən nökərlərimi zamin verib, özüm Tiflisə gedirəm. Məni bu xalqın içində dustaq göndərmə. Ya möhlət ver, ərizə yazım Tiflisdən cavab gəlsin. Əməl elə, əlac olmadı. Cəfərqulu ağa sübh açılanda Tərtər çayından keçən vaxtda belindəki xəncərin alt bıçağını çıxarıb, atın cilovun kəsib, dalısındakı soldatı ki, Cəfərqulu ağa ilə bir ata süvar olmuşdu, dalısından salıb, atı çapıb soldatın içindən çıxıb getmişdi. Gedib, qışlağa mayor kağız yazmışdı ki, mən dustaq kimi getməyi, ar bildim. İnşallah özüm sərdar hüzuruna gedirəm. Naibüssəltənə dəxi şul vaxtda ki, Mişkin mahalında Talış tərəfınə gedirmiş, naibüs-səltənə oradan Qarabağa gəlməyə təəhhüd edib, Cəbrayıllı bəylərinə adam göndərib, ümid və nəvidlər vermişdi. Cəfərqulu eşitmişdi ki, sərdar markiz Pauluççi Badkubədə olur və Şirvana gələcək. Pyotr Stepanoviç dəxi hüzurundadır. Pyotr Stepanoviçə və şirvanh Mustafa xana kağızlar yazıb ki, mənim haqqımda belə işlər tutarlar. Orada sərdara ərz edin ki, izin versin hüzuruna gəlim. Pəs Mustafa xan da belə şəxslərin Rusiya dövlətindən uzaq olmağını və xain olmağını həmişə istərdi. Cəfərqulu ağanın adamlarına yəs və naümidlik cavabı deyib, geri qaytarıb və demişdi ki, mən sənin gəlməyinə izin verə bilmənəm. Çünki sən soldatın içindən qaçıbsan. Müşküldür. Qərəz, Cəfərqulu ağanın adamları o naümidlik xəbərləri ilə qayıdıb, bu günə yəs və xofnak xəbərləri gətirmişdilər. Cəfərqulu ağa ondan sonra qəti-ümid və məyus olub, İran tərəfınə getməyi azim oldu. Bu əsnada Abbas Mirzə naibüssəltənə qoşun və sərbaz və topxana ilə Araz kənarına yetişib, Cəfərqulu ağaya adam göndərmişdi ki, mən onun xilasından ötrü bu qış günü səfər etmişəm. Arazdan keçib, güclü atlı ilə öz dayısı Əmirxan sərdarı dəxi, Cəfərqulu ağanın yanına göndərib. Bir vaxtda Cəfərqulu ağa xəbərdar olub ki, Əmirxan atlı ilə daxili-qışlaq olub. Cəbrayılılar fövqfövq köçüb, Araz tərəfə getməyə başlayıblar. Abbas Mirzə bu növ ilə Qarabağa daxil olub, hərçənd ki, Mehdiqulu xan naibüssəltənə Qaradağda və Mişkində olanda günbəgün əhvalatı qalada olan böyük Rifkoviçə və mayor Jenyaya məlum edib, yazırdı ki, naibüssəltənə qoşun ilə gəlir. Mütləqa mayor Jenya inanmazdı. Hətta, şul gündə ki, qışlağın və batalyonun üstünə gəldi. Ona da inanmazdı, ta ki, ləşkəri-qızılbaş gəlib, Qırçıda qışlağı və batalyonu əhatə elədi. Mehdiqulu xan öz hüzurunda olan bəylər ilə labüdən öz evlərini qoyub, batalyonun içinə qışlağa daxil oldular. Soldatlar ilə Qızılbaş qoşununa tüfəng atıb, dava edirdi. Tamam xanın atları və qatırları və hamı bəylərin at qatırlarm və məcmu yanlarında olan əcnas və əşyaları küllən qarətə getdi. Savayı səkkiz at əldə, batalyonun içində saxlamışdılar. Bir gün sübhdən axşama iki saat qalanadək dava olub, mayor Jenya ilə bir əlahiddə mayor və kapitan və neçə afiserlər qətlə yetişdilər. Batalyonun yarısı qırılıb, əksəri yaralı oldular. Bu əsnada Abbas Mirzə tərəfindən bir çinovnik ki, Rus dövlətindən qaçıb Abbas Mirzənin hüzuruna getmişdi, qışlağm kənarma gəlib, afiserlər ilə sülh və itaət kəlamatı aralığa salıb, itaətə təklif elədi. Çün mayor Jenya öləndən sonra bir kapitan ki, Cəfərqulu ağanı Tiflisə aparırdı ki, yolda Cəfərqulu qaçmışdı. O kapitanı o vaxtda dustaq etmişdilər. Afiserlər o halda gedib, onu dustaqxanadan çıxardıb, gətirdilər. Qalan afiserlər və soldatlar ona müti oldular. Qızılbaşın sərbazları az qalmışdı ki, qışlağın evlərinə daxil olalar ki, kapitan soldatlar ilə həmlə edib, sərbazlardan öldürüb, qışlaqdan onları kənar eylədi. Naibüssəltənə baxıb gördü ki, əgər zor ilə dava olunar çox sərbaz tələf olunur. Müsalikə danışmağı bu səbəbə məsləhət bilmişdi. Əlqissə, afiserlər cavab verib, neçə şərtlər aralığa qoydular. Kapitan Mehdiqulu xana təkid elədi ki, sən bəylər ilə əgər imkan olsa, qışlaqdan çıxıb, qalaya get. Bizlər hər neçə tədbir edər olsaq, bəlkə iki günədək bizə kömək də gələ. Ona görə də gecədən iki saat keçmiş xan ilə on iki nəfər bəylər və mülazimlər haman səkkiz at ilə süvar olub, Qırçıdan batalyonun içindən çıxıb dağ tərəfinə, Tərtər çayına səmt qaçdüar. Mirzə Camal mərhum yazar ki, mən özüm də orada var idim. [4] O gecə vaxtı qaçdıq. Sübh vaxtı idi, Qəsdabad kəndinə gəlib, daxil olduq. Oradan kağızlar yazıb, Tiflisə və Gəncə şəhərinə göndərdik. Çox təkid ilə kömək istədik. Qala böyüyü podpolkovnik Brikoviç dəxi neçə gün irəlidən xanın yazmağı ilə iki yüz soldat Məlik Vanyanın bələdliyi ilə batalyonun köməyinə göndərmişdi. Onlar Şahbulağa gəlib, oradan xəbər bilmişdilər ki, batalyon pozulub, yolları tamam Qızılbaş qoşunu kəsib və tutublar. Gedə bilməyib Şahbulaqda qalmışddar. Xan o gecə Qırçıdan gələndən sonra kapitan naibüssəltənə hüzuruna gedib, şərt ilə qayıdıb, sübhdən təmam soldatlar və afiserlər ilə naibüssəltənə xidmətinə getmişdilər. Naibüssəltənə oradan köçüb Şahbulağa yaxın gəlib, Şahbulaqda olan (rusların) böyüyünün yanına adam göndərib, təklif etmişdi ki, itaətə gələlər. Onlar da bir aydın cavab deməyib, möhlət istəmişdilər və haman gecə Məlik Vanyanın bələdliyi ilə Şahbulaqdan çıxıb, xəlvət yol ile qalaya gəlmişdilər. Ondan sonra naibüssəltənə köçüb Təbrizə getmişdi. Qarabağın tamam ilatı köçüb Cəfərqulu ağanın hüzurunda Arazın o tərəfinə getdilər ki, məcmu Arazdan Goran çayınadək Qarabağın torpağı xali qaldı. Məgər bir para cüzvi ilat ki, qaçıb dağlara getmişdilər, orada qalmışdüar. Orada Cəfərqulu ağaya xanlıq fərmanı verib, çox hörmətlər edib, Qaradağın məcmu Taxta qapı olan mahallannı və Əhər qəsəbəsini ona vermişdilər. Hər nə ki, Qarabağdan gedən ilatlar var idi, onlar da təmam xalisə özününkü idi. Əlavə ki, lazımeyi-tədarük var isə, nağd və cins və çadır və otaq və əsbabi-fərş və qab və tədarükat və taxıl və düyü ve sair lazımi mayəhtaclar verib, o ki hörmət rütbəsində heç bir qüsur qoymadılar. Cəfərqulu ağa sonra da qoşun ilə gəlib, Qarabağdan Tuğ kəndini köçürüb Araz kənarına apardı. Cəbrayıllı və sair xalqlar Arazın bu Qarabağ tərəfındə rus qoşunundan ehtiyat etməyib, qışlaqlar tutub və tabei-qızılbaş olub, oturdular.

Qeydlər

redaktə
  1. Müəllif səhv edir. Rus-türk müharibəsi hicri 1221 (1806)-ci ilin sonunda başlanmışdır.
  2. Ruslarla türk ordusu arasında Arpa çay döyüşü 18 iyun 1807-ci ildə baş vermişdır.
  3. Əlyazmanın 91b vərəqinin haşiyəsində eyni xətt və qələmlə yazılmış bir qeyd vardır. Qeyddə deyilir ki, Cəfərqulu ağa ilə birlikdə Lütfəli minbaşını və daha 2 nəfəri dustaqxanaya saldılar. Bu əhvalat Cəbrayıllı bəyləri naibüssəltənə Abbas Mirzənin hüzuruna ərzidəşt etmişdilər.
  4. Bu yeri Mirzə Camalın "Qarabağ tarixi"ndə tapa bilmədik. Ola bilsin ki, Xəzani Mirzə Camalın başqa əlyazmasını nəzərdə tutur.