Kitabi-tarixi Qarabağ/İyirmi ikinci fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi birinci fəsil Kitabi-tarixi Qarabağ İyirmi ikinci fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi üçüncü fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


MEHDİQULU XANIN QARABAĞDA VARİS VƏ

VƏLİƏHD OLMAĞINI VƏ PADŞAHİ-İMPERATOR
FƏRMANI İLƏ ONU XANLIQ VƏ VARİSLİK VƏ
HÖKUMƏTDƏ TƏSDİQ QILMAĞINI VƏ
İBRAHİM XANIN MALKARLIĞINI

BƏYAN EDƏR

Çün yuxarıda səmti-güzariş tapdı ki, İbrahim xan sərdari-əzəm Sisianov ilə əvvəl Kürək çayında mülaqat edib, əhdnamə yazıb, dövlətə, itaəti-möhkəm etdikləri zamanda, çünki Məhəmmədhəsən ağa xanın böyük oğlu və nəzərkərdəsi idi, varislik və vəliəhdlik onun adına hesab olunurdu. O səbəbə onun oğlu Şükrulla ağam sərdari-əzəmə girov və zaval rəsmi ilə vermişdilər ki, Gəncə şəhərinə aparmışdı. Çün generalmayor Məhəmmədhəsən ağa general-leytenant mərhum İbrahim xanın hali-həyatında vəfat etdi. Ondan sonra Mehdiqulu xan İbrahim xanın oğlanlarının böyüyü olduğuna görə və o zamanda dəxi hərçənd ki, Məhəmmədhəsən ağa varis hesab olunurdu, amma dürüst sərahətən adı vəliəhd yazılmışdı. Həmçinin qeyd olmuşdu ki, İbrahim xandan sonra böyük oğlu varisdir. Qəzadan iş ki, bu növ oldu və böyük oğlu Məhəmmədhəsən ağa özündən əvvəl vəfat elədi. Pəs İbrahim xan o ildə ki, səneyi-islamiyyə 1220-ci il hicridə idi zilhəccə ayının 4-cü günündə [1] 1 varislik və vəliəhdlik kağızı yazıb və möhür eləyib və tamam Qarabağ bəylərinin və əyan və əşxasm möhürləri üstündə, öz hali-həyatında cənab general-mayor Mehdiqulu xana verib, onu varislik və xanlıq xitabı ilə müxatəb elədilər. Bəd əz an ki, İbrahim xan vəfat etdi. Mayor Lisaneviç bu kağız ilə sərdarm canişini olan general-mayor Nesvetayev hüzuruna yazmışdı ki, təklif olub imperaturi-əzəm Aleksandr Pavloviç tərəfindən qızda bəzənmiş və ələmi-padşahi və Qarabağın xanlıq və hökumət fərmanı miladi 1806-cı tarixdə olanda, yəni sentyabr ayının onuncu günündə yazılıb və verilib general-mayor mərhum Mehdiqulu xana (fərman) gəlib yetişdi və (Mehdiqulu xan) Qarabağın əyalətinə mənsub oldu.
Sərdar Sisianov ki, Badkubədə məqtul oldu. Bu tərəflərin xəlayiqi çün dövləti-əleyhi-Rusiyanın qanun və zabitəsinə xəbərdar deyildilər, şöylə təsəvvür eylədilər ki, Rusiya dövlətinin nizam və qaydalarına xələl gətirir. Vaxt keçdikcə çoxlu iğtişaşlar və qarışıqlıq olur. İran şahı və Qızılbaş qalib (gələcək) və buralara şəksiz malik olacaqdır. İransayağı güman və təsəvvür edirdilər. Çünki İranda əgər şöylə sərdari-əzəm və hakim, sərdari-müəzzəm vəfat etsə, bir müddət nizami-ləşkər və qanunqayda vilayətlər üçün tamamilə pozulur. Bunu bilməmişdilər ki, əgər neçə nəfər sərdar və sərkərdələrdən düşmənlər ilə müqatilə edən zamanda məqtun və ya hakimi-vilayətdən neçəsi vəfat qılsa qətiyyən dövlətibehiyeyi-Rusiyanın zakon və nizami-məhkəminə xələl və qəvaidivilayətinə iğtişaş və zərər hasil olmaz. Sərdar Sisianov vəfat edəndən sonra yenə general Nesvetayev canişin var idi. Tiflis şəhərində qoşunun və vilayətin nizam və intizamıyla iştaqal edərdi və sərdarhq ümuratını dolandırardı. Xalqa ürək-dirək və təsəllilər verib, Gürcüstanda Pənbəkdə əyləşmişdi. İbrahim xanın elçisi və səmimi məktubları gedib və gəlirdi. Hər halda xatircəmlik hasil olurdu. Pəs, haman 1806-cı ildə bahar fəsli olan kimi naibüssəltəneyi-İran Abbas Mirzə qoşunlar cəm edib və tədarüklər görüb. Qarabağa köçmək binasmı qoydu. Haman dəmlər Mirzə Əli bəy, İbrahim xanın əmizadəsi xandan xəlvət adam göndərib, oğlu Behbud bəyi ki, sərdar Sisianov zaval aparıb Gəncə şəhərində qoymuşdu, oradan oğlunu götürüb və Rusiya dövlətindən əl çəkməyi zahir edib və Feyzi bəy də ki, Mirzə Əli bəyin qardaşı oğlu idi və Mirzə Əli bəydən heç vaxt da ayn olmazdı, köçüb Qarabağdan Qızılbaşa və Arazın şul tərəfinə getdilər. Bəd əz an rəxnə düşüb xırda-xırda xalqdan çəpavül və qarət qorxusundan Qızılbaşiyyə canibinə azim olmağa başladılar. Tiflis və Gürcüstanda dəxi bir sərdari-məşhur olmamağa görə İbrahim xan mülahizə elədi ki, əgər Qızılbaş qoşunları Qarabağa gəlsə, mayor Lisaneviç bir batalyon ilə qaladan çıxıb, onlara cavab verə bilməz. Qarabağın şöylə ümdə bəyləri dəxi Qızılbaşa getdilər. Çoxusu dəxi üz rugərdanlığa mayil idilər. Aşikara, Əbülfət xan tamam xalqı və əhaliyiQarabağı köçürüb aparacaqlar. Hər kəs də getməsə, (evini) çalıb-çapıb xarab edərlər. İlat və dihati-Qarabağ tamam pamal və qarət olar. Qəllə məhsulunun dəxi vədəsi yetişirdi. İbrahim xan Qızılbaş ilə müdara etməyi lazım və səlah bildi. Hər gunə ümurat və məsləhətlər mayora dəxi hali edərdi. Mayor da bu tədbiri səlah bilib, xana ürək-dirək verirdi ki, tezlik ilə dövlət tərəfindən qoşun bu tərəfə gəlir. Vədə və təəhhüdlər edirdi. Əlhəqq, qoşunun gəlməyi dəxi çox təxib və taliq oldu. Qızılbaş əsgərləri və Abbas Mirzə naibüssəltənə dəxi gəlib, Arazı keçib qalanın iki ağaclığına varid oldular. İbrahim xanı itaətə dəvət qılıb, xan da mayora məsləhət elədi. Mayor dedi ki, sən müdara etgilən, şimdi sərdarm yerində general Nesvetayev olur ki, Tiflisdə canişindir, ənqərib Qarabağın mühafızətinə qoşun gəlir. Bu növ ilə müdara olunub İbrahim xan Abbas Mirzəyə cavab verdi ki, mən İran dövlətindən bilmərrə məyus deyiləm. Əgər xatircəmlik olsa, itaətimdə varam. Əlhasil, be heynlərdə İbrahim xanın evi və külfəti Xan bağında olurdu. Oradan köçüb, qalanın iki verstliyinə gəldilər. Xan orada evində idi. Mehdiqulu xan ki, xidmətində idi. Bir gün irəli qalaya göndərib, vədə elədi ki, sübhdən oradan xan özü həm külfəti ilə köçüb qalaya gələlər. Pəs, şul gecə şeytanlıq peşəsi olan şər adamlar mayora şərarət edib, deyiblər ki, İbrahim xanın Qızılbaşla güftü gusu var. Bu gecə xanın yanında çox cəmiyyəti-külli və qoşun var ki, Qızılbaşdan gəlib, hazırdılar. Bu gecə gedəcəklər. Qərəz şul gecə, şeytan və bədxah adamlar mayoru fərağət qoymayıblar. Xüsusən, Miraxor adlı bir gürcü böyüyü var idi ki, mayorun yanında olurdu. O çox bais olmuşdu. Əlqissə, haman gecə, sabaha üç saat qalmış, mayor iki rədə soldat ilə qaladan çıxıb, xanın evi olan məkana gedirlər. Xəlvət xanın mənzilinə yavuq olub, mülahizə edirlər ki, görələr nə qədər cəmiyyət var və nə işlədirlər. Baxıb görüblər ki, tamamən rahat və fərağət yatıblar. Bir əlavə qoşun və biganə adam da yoxdur. Orada mayor gəlməkdə dəxi peşman olub, xan bidar olub rus qoşununun orada gəlməyindən xəbərdar olub, acıqlanıb, səslənib mayora ki, bu nə qismi gəlməkdir ki, bu gecə vaxtında övrət və uşağı qorxudursan. Bu əhvalat xanın yanında olan adamların içinə inqilab və vahimə düşüb, sərasimə yerindən qalxan hər kəs bir tərəfə qaçmağa başlayıblar. Əz qəza o ki, müqeddər olmuşdur, olacaqdır. Bu əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. Tökülüb ələ düşəni qətlə yetiriblər. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişdilər. Xana əvvəl bir güllə dəyib, yıxılıb, bir övrəti ki, Səlim xan şəkilinin bacısı idi və bir Nəcibə qızı ki, Bikə ağadan olmuşdu və bir oğlu ki, Göhər ağanıv anasından olmuşdu, bir nəcib oğlan idi. On üç yaşında orada qətlə yetişib, övrəti və qızı yaralı qalaya gəlib, qalada mərhum oldular. Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökər qətlə yetişmişlər ki, adları bu təfsil ilədir:
- İbrahim xan özü, Tubu bəyim - şəkili Hüseyn xanın qızı - Hərəmi xan, Səltənət bəyim-səbiyeyi-xan, Abbasqulu ağa-fərzəndi-xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Hümmət bəy Cavanşir, Həsənağa Gülməli bəy Sarıcah, Mirzətağı Əfşar, Əli-pənah-pişxidmət, Xacə Həsən Əcəm oğlu Kəbirli, Qaranm iki oğlu, başqa iki nəfər, birinin adı Teymur, iki nəfər də şuşalı. Mehdiqulu ağa və sair xanlar bu müqəddimədən bixəbər, qalada asudə və fəraqət vardılar. Sübhə bir saat qalmış bu faciəli hadisə üz verib və mayor Lisaneviç xanın divanxanasına gəlib, qala xalqını cəm edib, Mehdiqulu ağanı xanlığa mənsub edib, bir para təkib elədi. Mehdiqulu xan dəxi Qarabağın vilayət əhlinə ki, səhrada idilər, mahal bemahal təliqələr yazıb, o tövr vəhşətki olmuşdu, fərağət olmağa hökm eylədi, hamılara təsəlli və xatircəmlik verirdi. O halda, Cəfərqulu ağa varislik barəsində zahirən bir cavab demədi. Amma batinən dilxor idi. On beş gün bu müqəddimədən keçmişdi ki, general Pyotr Petroviç Nebolsin qoşun ilə gəlib, Əsgəran yanında düşüb, ordu elədi. Mehdiqulu xan dəxi Qarabağın bəyzadələrindən yaxşı atlılardan götürüb, generalın hüzuruna getdi. Mayor (Lisaneviç) qalada qaldı. İki-üç gün general Əsgəranda var idi. Naibüssəltənə həm qoşun ilə Ağoğlanda ordu eləmişdi. General gördü ki, Abbas Mirzə döyüş meydani-rəzmə qədəm qoymağa hərəkət eləməz. Qoşun ilə o səmtə hərəkət edib, Xanaşen mənzilinə yavuq Abbas Mirzə qoşunu ilə müqabilə gəlib bir şiddət ilə əzim dava oldu. Pyotr Stepanoviçin bahadur şul mənzildə hər yerdən qoçaq soldatlar ilə qabaqda davada var idi. Yeddi saat qədəri dava olub, 30-40 nəfərdən ziyadə soldat və 4-5 əfsər məqtul və zəxmdar oldular. Pyotr Stepanoviç də özü dəxi o davada qıçmdan zəxmdar oldu. Axırül-əmr Qızılbaş əsgərləri məğlub olub, fərar ixtiyar etdilər. General dallarınca Quru çayın Təxti-tavus mənzilinədək gedib, məlum oldu ki, naibüssəltənə Arazı keçib, Arazın şul tərəfində ordu edibdir. Elə ki bu xəbər məlum oldu, Əbülfət xan və sair Qarabağın Qızılbaş dövlətinə gedən bəyləri ki, Zəngəzur və Qapan səmtlərində var idilər, yaylaqdan Qarabağın tamam ilatmı və dihatını həm bəzilərini Naxçıvan və Ordubad tərəfinə köçürüb aparmağa məşğul oldular. Buna görə, cənab general-mayor Cəfərqulu ağa mayor Lisaneviç ilə soldat qoşunu və ilatın yaxşı məlum və namlı atlılarından həm götürüb, Qarabağın ellərini qaytarmaq üçün Zəngəzur mahalatına azim oldular. Gecə-gündüzə baxmayıb, səyi-tamamilə ilqar etdilər. Qapanın böyük olan dağlarında Cəfərqulu ağa atlıları ilə qabaqca gedib, Qızılbaş qoşunlarına yetişib, çünki soldat piyada olmaqlarına görə dalda qalmışdılar. Qarabağ atlıları ilə general Cəfərqulu ağa Qızılbaş ilə davaya başladılar. Orada bir yaxşı mərdanə savaş edib, iki min qədəri səvarə və piyada Qızılbaşdan basıb və sındırıb zir-zəbər elədilər. Əksərin lüt və qarət edib, daldan soldat həm gəlib çatdılar. Qızdbaşı basıb, dağıdıb, Ələngəz adlı böyük yaylaq dağdan ki, Ordubadın üstüdür, oradan ilatı qaytarıb götürüb Qarabağda yenə öz yurd və yaylaqlarından sakin və cabəca və fəraqət eylədilər. Həqiqət orada Cəfərqulu ağa xeyli rəşadət isbat etmişdi. Əlqissə, general Nebolsin Quruçay və Dizaq tərəfindən qayıdıb gəlib, qoşun ilə qala səmtindən keçib, yenə Əsgəran yanında ordu elədi. Özü oradan Şuşa qalasma Mehdiqulu xana qonaq gəlib, iki gün qalada var idi ki, Mehdiqulu xan kağız ilə yazıb, general hüzuruna hali etdi ki, çün mayor Lisaneviç İbrahim xanın haqqında bu tövr nahəqq iş elədi ki, özünü və övrətini və oğlu və qızmı yeddi nəfər yaxm adamları ilə qətlə yetirdilər. Təmam evi və əcnası qarət olundu. Ehtiyat edirəm ki, bu hərəkətə görə Qarabağın cahil-cühulundan bir yerdə mayora zərər hasil ola. Ya qətlə yetirələr. Səlah budur ki, bir qeyr hüznlük batalyona böyük ola, onu buradan kənar etməyə binagüzarlıq edəsiniz. Pəs, general Nebolsin qəbul edib, hökm yazıb, Lisaneviçi məzul etdi. Pyotr Stepanoviç Kotlyarevskini batalyona böyük elədi. Çün mayor Lisaneviç Kotlyarevski ilə çox yeganə dost idilər. Pyotr Stepanoviç bu səbəbə Mehdiqulu xan ilə ədavət və rəncidəliklər elədi. Onu məzul etdirmək istədi. Cəfərqulu ağa ilə dostluq edib, onu təhrik etdi. Mehdiqulu xan ilə ədavət və küdurət başlayıb, iddia qıldı ki, varislik mənim haqqımdır. Amma, çünki Lisaneviç necə ki, yuxarıda məğrum oldu, əvvəl dəfə ərizə yazıb, general Nesvetayevə təqdim eləmişdi ki, İbrahim xan öz həyatında Məhəmmədhəsən ağanm vəfatından sonra Mehdiqulu ağanı kağız ilə varis və vəliəhd edibdir. Nesvetayev ki, canişin və əvəzi-sərdar idi, padşah hüzuruna yazmışdı. Dəxi orada iş təsdiq olub, qurtarmışdı. Buna görə Cəfərqulu ağanın iddiası məqbul olunmadı. Əlqissə, bu ilin qış mövsümündə ki, sərdari-əzəm knyaz Sisianovun məqtul olmaq müqəddiməsindən yeddi-səkkiz aydan ziyadə keçmişdi. General feldmarşal qraf Qudoviç sərdarlıq əmrinə mənsub olub gəldi. Hənuz Tiflisə yetişməmiş yoldan Mehdiqulu xana kağız yazıb, məlum eləmişdir ki, imperaturi-əzəm Aleksandr Pavloviçdən fərmani-hümayun sədr olub sizi Qarabağın əyalət və hökumətinə mənsub edibdir. Mən darüssürur Tiflisə varid olandan sonra sizi Tiflisə çağınram. Gərəkdir ki, padşahın ələminin altmda qəsəm yad etdirib fərmanı sizə və Qarabağın əhlinə təqdim edəm. Pəs bu xəbər məlum olan kimi Cəfərqulu ağa tədarük görüb, Mehdiqulu xandan irəli, qraf Qudoviç sərdar Tiflisə gəlməmiş Tiflisə getdi. Qudoviçin gəlməyi bir ay müddəti təxir oldu. Cəfərqulu ağa o biri ayı orada məəttəl qaldı. Qudoviç Tiflisə varid olan günü Cəfərqulu ağa istiqbal etməmişdi. Qraf hörmət edib, buyurmuşdu ki, Mehdiqulu xan sizi nə mətləb üçün buraya göndərib? Cəfərqulu xan demişdi ki, mən özüm gəlmişəm. Məni Mehdiqulu xan göndərməyib. Sərdara məlum olmuşdu ki, mətləbi özgədir. Pəs buyurmuşdu ki, mayor Lisaneviç sizi on yeddi yaşında yazıb varisliyə layiq bilməmişdi. Şimdi imperaruri-əzəmdən fərman sadir olub, dəxi bərhəm etmək mümkün olmaz. Pəs, qraf Tiflisə varid olandan sonra bir mötəmid müqərrər buyurmuşdu ki, gəlib Mehdiqulu xanı apara. Ona binaən Mehdiqulu xan tamam Qarabağ bəylərini və əyanlarını, hətta kənd yüzbaşılarını dəxi özü ilə bir yerdə aparıb, Tiflis şəhərinə daxil oldu. İki gündən sonra qraf ümumi məclis qayırıb, Mehdiqulu xana aman verdirib, Qarabağın hökumət fərmanını ki, xanın adına və əhaliyi-vilayəti-Qarabağa yazılmışdı orada təslim elədi. Pəs Cəfərqulu ağa əhvalı belə görəndən sonra orada sərdara məlum elədi ki, xan mənə 36 para kənd verdi. Mən artıq təmənna elədim. Şimdi o hal ilə qalır. Qraf da xandan dil cavabı təvəqqe etdi ki, şul kəndləri Mehdiqulu xan Cəfərqulu ağaya maaş güzəran versin. Bu şərtlə ki, Cəfərqulu ağa və şul kəndlər Mehdiqulu xanın ixtiyarından xaric olmayıb, cüzvi divanların Cəfərqulu ağa kəssin. Amma ümdə təqsirlərinə yenə xan yetişib, qət qılsın. Tövci məsələlərin dəxi xanın əmri ilə əncam və məmun etsinlər. Hərçənd Cəfərqulu ağa israr edib, xahişmənd olmuşdu ki, təmam onun tabelərin ixtiyarı məhz öz əlində ola. Sərdar qraf razı olmamışdı ki, bir vilayətdə iki hökm ola bilməz. Cəfərqulu ağa qayıdıb, oradan Qarabağa gəldi. Mehdiqulu xan dəxi bir neçə gündən sonra Qarabağa gəlib, öz hökumətində müstəqil olub əyleşdi. Altı aydan sonra dəxi Mehdiqulu xana imperaturi-əfxəm tərəfindən cavahir qılınc və ələm mərhəmət olub, qraf sərdar yolladı, gəldi. Mehdiqulu xana kağız yazmışdı ki, Cəfərqulu ağaya vədə elədiyi kəndlər ki, bundan əqdəm Məhəmmədhəsən ağanın əlində olarmış və ixtiyarında imiş, onları Cəfərqulu ağaya versin. Çün, Mehdiqulu xan ilə Cəfərqulu ağanın arasında əzim, ədavət və küdurət var idi, dəxi kəndləri verməyib, xan bəhanə və dəstaviz qayırdı ki, şul kəndlər Məhəmmədhəsən ağanın əlində və ixtiyarında olmayıb, mən özüm ona verərdim ki, mənə itaət və xidmət edə. Şimdi ki, razı olmadı, mən də vermənəm. Bu növ ilə şərir və bədxah adamlar bayislik edib, Cəfərqulu ağanı qızışdırıb, arada söz-söhbət gəzdirib, küdurətlər saldılar. Lazım idi ki, çün varislik olmadı, bari xoşhallıq ilə 36 para kəndləri ki, ümdə mədaxil idi, alıb, xoşgüzəranlıq və rəfəhət edərdi. O tövr daimi savaş və küdurət arada olmayıb, şeytanət pişə adamların dilxahmda rəftar etmiyəydi. Çe fayda ki, küdurətdən bir nəfı olmadı ki, zərər və nidamət hasil oldu. Dəxi haman küdurət və dava-dalaş bais olub, Cəfərqulu ağaya və qardaşı Xancan ağaya ki, mütləqa ağlagəlməz idi ki, Qızılbaş dövlətinə gedələr. Çünki Qarabağın Urus dövlətinə itaət etməyinə səbəb və bais Məhəmmədhəsən ağa idi. Fətəli şahın dəxi ümdə rəncidəliyi və qəzəbi ona idi. Axır şöylə oldu ki, Mehdiqulu xanın küdurəti səbəb oldu ki, onlar hər ikisi Qarabağdan fərari olub Qızılbaşa getdilər.

Qeydlər

redaktə
  1. Hicri 1220-ci il, zilhiccə ayının 4-ü, miladi 1806-cı ilin fevral ayının 24-nə təsadüf edir