Kitabi-tarixi Qarabağ/Amma müqəddimə. Bu hekayətlərin əsil əvvəl raqım və ravilərin bəyan edər

Bismillah ər-Rəhman ər-Rəhim Kitabi-tarixi Qarabağ Amma müqəddimə. Bu hekayətlərin əsil əvvəl raqım və ravilərin bəyan edər

Kitabi-tarixi Qarabağ/Əvvəlinci fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


AMMA MÜQƏDDİMƏ. BU HEKAYƏTLƏRİN

ƏSİL ƏVVƏL RAQİM VƏ RAVİLƏRİN

BƏYAN EDƏR

Çün mərhum Mirzə Camal qalabəyi Məhəmməd xan bəy oğlu Cavanşir Dizaği [1] əlli il qədri mərhumeyi-İbrahim xan və Mehdiqulu xan xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət əmrində olub və xanların hökumət əyyamı münqəzi olandan sonra müddəti-mütəmadi yenə Rusiya dövlətində xidmətkar və kargüzar olub qocalmışdı [2] və özü dəxi ülumi-ərəbiyyə və farsiyyə və türkiyyədən xəbərdar və təvarix kitablarında və müsini və kardan kəslərdən təfəhhüs qılmaqda və hər gunə işlərdə kamil və huşyar idi və Qarabağın cəmi əhvalatına və hər növ nağıl və hekayətinə dürüst müttələ və xəbərdar idi. 1847 tarixi-məsihiyyədə ondan sərdari-sabiqi-məmaliki-səneyiQafqaziyyə general-adyunfanter sahibi-ənvayi-həmayilat knyaz qraf Mixail Semyonoviç Voronsov əhvalati-xəvanini-sabiqəni xahiş buyurmuşdu. Mirzə Camal dəxi onun fərmayişinə görə əhvalati-Qarabağı və parəyi-vəqayeixəvanini-mərhumani-mütəfərri-qədən müfəssəl edib ona mərğum və mərsul qılmışdı. Onun köhnə və faris nüsxəcatı mütəfərriqə mənim yanımda hazır idi. Həmçinin kapitan Mirzə Adıgözəl Göranlı Haqverdi bəy oğlu, Qazaxi-ül-əsl dəxi özü bir zirək və kamil adam idi ki, o da mərhum Mehdiqulu xanın hökuməti- əyyamında onun hüzurunda hörmət və ixtiyar sahibi olmuşdu və ondan sonra sərhədlərdə nayiblik edib və sabiq komendantlar və naçalniklər yanında kargüzar olmuşdu və özü dəxi erməni və rus və gürcü dillərin və ərəbi və farsi istilahatın yaxşı bilirdi [3]. Haman Mirzə Adıgözəl dəxi, Rusiya hakimlərinin bəziləri ondan xahiş etməyinə görə, o da yenə bir para güzarişaş və vəqayei ki, məzkur xanların əsrlərində Qarabağda və Gəncə və Tiflis və Şirvanatda vaqe olmuşdu, bir kitabça tərtib edib yazmışdı. Onun həm surəti yanımda var idi və bunlardan əlavə təvarixi-qədimlər həm mövcud idi. Bu kitabı onlardan məxuz və mərqum edib tərcümə və təlif etdim. Ümid ki, xilafı olmaya. İnşallah təala.

Qeydlər redaktə

  1. Azərbaycan tarixçisi, “Qarabağ tarixi” müəllifi Mirzə Camal Cavanşir (1773-1853) nəzərdə tutulmuşdur.
  2. Mirzə Camal 1840-cı ildə qocalığı ilə əlaqədar olaraq istefaya çıxmışdır
  3. Söhbət ilk dəfə “Qarabağnamə” yazmış görkəmli Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəydən (1780-1848) gedir.