Kitabi-tarixi Qarabağ/Dördüncü fəsil
←Kitabi-tarixi Qarabağ/Üçüncü fəsil | Kitabi-tarixi Qarabağ Dördüncü fəsil |
Kitabi-tarixi Qarabağ/Beşinci fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
ƏSİL VƏ NƏSƏBLƏRİNİ BƏYAN EDƏR
Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar, çünki bu mahalati-məzkurə ədəd heysiyyəti ilə beş olmağına görə Xəmsə deyiblər. Zira ki, ərəb dilində beş ədədə “Xəmsə” itlaq edirlər və şul mahalatdan birisi Dizaq mahalıdır və məlikləri Məlik Yegan idi, əsilləri Loridən gəlmədirlər və keçmişdən ixtiyar sahibi mötəbər məliklərdirlər. Xüsusən, mərhum Nadir şahın əsrində və onun səltənət əyyamında çox tərəqqi və təmtəraq ilə olublar və Nadir şaha Məlik Yegan çox şayəstə xidmətlər edib və ixlas və sədaqətlər zühura yetiribdir. Nadir şah ona çox iltifat və nəvazişlər edib, həttadır ki, Məlik baba xitab edərmiş və şul Yeganın övladı çox müddəti-mütəmadi Pənah xan ilə ədavətlər edib, yaği oldular. Çox zamanlar cəng və münaziə qıldılar. Aralarında uzun zamani-təvil və naireyi-qətl və atəşi-cidal-müştəil olub, gahi qalib və gahi məğlub olub. Axırül-əmr Pənah xanın özünə və övladına haqq-taala yarlıq edib, onlan məğlub və mənkub qıldılar və təsəllüti-tamam ilə qalib və faiq oldular. O nəsildən neçə nəfəri məqtul edib və neçə nəfəri dəxi hifzi-bədəni lazım bilib, bəsti-darüləman imanə mültəği olub nicat tapdılar. Əgərçi, irəli çox zəif hal və münkəsirül bal olmuşdular. Amma sonra mərhum Mehdiqulu xan əsri və dövləti-Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları tərəqqilər bulub mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən məhsub oldular.
İkinci Vərəndə mahalıdır. Məlikləri Məlik Şahnəzərgillərdir ki, onların əsli dəxi Göyçə nücəbalarındandır. Oradan fərar edib gəliblər və Qarabağın Vərəndə mahalında məlik və hökmran olublar. Məlik Şahnəzər Pənah xan əsrində çox mütəməvvil və dövlətli və varlı idi. Əvvəl keyfıyyəti bu növdür ki, Məlik Şahnəzərin əmisi Məlik Hüsü Vərəndə mahalında məlik idi. Məlik Şahnəzər bir para səbəblər cəhətinə əmisi Məlik Hüsünü qətlə yetirdi və özü onun yerində məliklik məsnədində oturdu. Bu səbəbə görə tamam Xəmsə məlikləri onun bu növ hərəkəti səbəbinə ona müddəi və düşmən oldular və onun dəf və rəfini vəcheyi-hümmət qıldılar. Hamısı ittifaq edib, cəmiyyəti tamam ilə onun üstünə gəldilər. Pəs Məlik Şahnəzər dəxi Çanaxçı qəryəsində qala tərtib edib onlar ilə dava başladı. Məliklər qoşun ilə gəlib onu mühasirəyə saldılar. Səylər edib qalanı o dəfə almağı başarmadılar. Məlik Şahnəzərin tavabeində olan kəndləri yəğma və qarət edib, müahidə etdilər ki, əyyami-zimistan münqəzl olub bahar fəsli olanda, dübarə ittifaq ilə qoşunlar fərahəm qılalar. Gəlib qəleyi-Çanaxçını alalar və Məlik Şahnəzərə nə ki əldən gəlir eyləyələr. Elə ki onlar müraciət qıldılar və hər kəs öz məqər və məqamına varid oldular, pəs Məlik Şahnəzər fikir və əndişələr edib, məsləhət vaxtı səlahkarı belə gördü ki, Pənah xan ilə ki, o şol vaxtda cülusi-vilayətdə təzə və şöhrəti və tərəqqisi bülənd avazə olmuşdu, binayi-ülfət və itaət və rüsmü-ixlasi-müvafiqət möhkəm edə, tainki onun müavinəti və yarlığı ilə düşmənlərinə faiq gələ. Bu tədbiri xatirində müsəmmim edib tühəf və hədayalar və layiqli sovqatlar ilə Çanaxçıdan süvar olub, Pənah xanın hüzuruna getdi və ona itaət etdi. Elə ki mərhum Pənah xan dəxi bu növ görəndə qayətdə xoşhal və fərəhnak olub, şöylə böyük sahibi-hörmət və sahibi-dövlət şəxsin itaətini özünə səadəti-əhval və amədi-iqbal bilib, ziyad olan izzət və hörmət və nəvazişlər eylədi və günbəgün dəxi hörmət və ehtiramın mütəzayid edib, heç bir mütalibatın müzayiğə etməz idi. Əlqissə, Məlik Şahnəzər ki, çox danəndə və sahibi-tədbir və huşmənd və zirək adam idi. Bu tədbir ilə müddəilərinə qalib oldu. Dəxi ondan sonra Xəmsə məlikləri ona səmt getmədilər və müzahim və mütəərriz olmağa cürət etmədilər. Əlhəqq, Məlik Şahnəzər həmişə oğlu Məlik Cəmşid ilə Pənah xana və İbrahim xana sədaqətlər göstəriblər və onların yanında mənzuri-nəzəriatifət olublar və heç vaxt xanlara bir ədavət və xəyanət etməyiblər. Hətta ki, Məlik Şahnəzərin bir qızı Hurizad xanım İbrahim xanın kəbinli zövcəsi olub, aralarında ülfət və sədaqət birlə qürabət həm hasil olmuşdu.
Üçüncü Xaçın mahalıdır.
Qədimdən məlikləri Məlik Həsən Cəlalyan övladı olub və o nəsil aradan gedəndən sonra bir müstəqil məlik olmayıb və hər vaxtda bir kimsəni məlik ediblər. Ta Pənah xan əsrinədək və şul əsrdə Xaçın mahalında məlik Ulubab nəvadəsi ixtiyar idi. Çün Pənah xan əzm-cəzm eylədi ki, əhaliyi-mahali Xaçını öz itaətinə gətirsin. Əvvəl onlara təklif edib, dəvət eylədi. Elə ki gördü rahatlıq ilə icabət və itaət qəbul etməzlər və ta quşmali-bəliq olmayınca rəftar ilə yol getməzlər, ondan sonra süvarilər cəm edib onların qətlü qarətinə əl açdı. Əhaliyimahali Xaçın övzai bu növ mülahizə edib, Ballı qaya müsəmma olan məkanı ki, bir möhkəm və qayətdə müstəhkəm məqam idi, özlərinə məlaz və mömən edib və səngəri möhkəm qayırıb orada sığınaq eylədilər. Və yaxşı çabun olan tüfəngçilərdən iki minə yaxın cəm edib mühəyyai-cədal və müdafiə oldular. Pəs Pənah xan mərhum pareyi-rəşid və nami olan atlı və piyadələrdən götürüb onların səngərlərin qəl və bərhəm və maddeyi-fəsadların dəf və dərhəm etməyi lazım və əhəmm büib haman səngərlərinə yürüşə başladı, dəxi üç gün və üç gecə müavidət qılmayıb, atəşi-peykar və naireyi-cəngü cüdal tərəfeyndən təskin bulmayıb, mərdanə səy və guşişlər etdilər. Üçüncü günü həməlati-dəmiranə ilə onları səngərdən çıxarıb sındırdılar və basıb dağıdıb çox adamların məqtul, övrət və uşaqların küllən əsir və dəstgir, əmval və əsbablarını hamı tarac və kəsib edib, kamil olan qətlü qarət zühura yetirdilər. Bədəz an mənsur və müzəffər oradan aşağa gəlib dəxi sair camaatlar üçün ibrətün-nazirin olmaqdan ötrü Xaçın çayının başında şol məqtul olanların başlarından bir kəllə-minar qayırıb, üç yüzdən ziyadə baş o minarədə kəsb eylədilər. Elə ki bu müqəddimə vaqe oldu və mərhum Pənah xandan şöylə növ rəşadət və siyasət zühura gəldi ki, o tövr səb və möhkəm məkanda və şöylə düşvar dağın qülleyi-kuhda vaqe olan möhkəm səngərdə iki mindən ziyadə çabun tüfəngçini və sığınaqlarını dağıdıb, qətlü qarət edib şöylə kəllə-minarə tikdilər. Pəs tamami-xəlayiqi-ətraf xaif və hərasan olub məcmu ətrafın əhliləri və Xəmsə mahalının qalanları qorxuya düşüb, tamami Pənah xanı sayardılar. Dəxi əhaliyi-mahali-Xaçm Pənah xana müti olub, bir dəxi tüğyan və üsyan təriqinə getmədilər və ondan sonra bir də təmərrüd və müxalifət xəyalı etmədilər. Bəd əz an Xızınstanlı məlik Mirzəcanı [1] onlara malik mənsub etdi ki, sonra onun oğlu məlik Allahverdi və ondan nəvadəsi məlik Qəhrəman məliklik camından sərməst oldular.
Dördüncü Talış mahalıdır. Əyyami sabiqdə məlikləri var idi, Şirvandan gəlmə. Amma onlar münqəriz olub sonra məlik Usubgillər cülus etmişdilər. Gülüstan qalasını məlik Usub təhdi-təsərrüfə gətirib orada sükunət ixtiyar qılmışdılar ki, haman məlik Usubun orada ixtiyar və məlik olduğu illərdə Pənah xan cülus edib, onlar ilə davaları başladı və axırda məlik Usub tənha əhdə eyləməyib Çiləbörd məliki Məlik Hatəm ilə həmdəstan və müttəfiq oldu və Pənah xan ilə cəng və davalar qıldılar. Dörd ilə müddəti çalışdılar və hərçi səy və guşiş etdilər, axır bir zat başarmayıb fərar qıldılar. Mülk və mahallarına Pənah xan mütəsərrif və malik oldu. Onlar müzməhil və münqəriz oldular. Necə ki zeyldə müxtəsər mərqum olacaqdır. Beşinci Xəmsə mahallarından Çiləbörd mahalıdır. Məlikləri məlik Allahqulugillərdir ki, onlar da əlhəqq qədimi-ocaq və sahibi-təmtəraq imişlər. Əsilləri Mağavizdən gəlmədir. Gəlib Çarmıx qalasını ki, Tərtər çayının arasında vaqedir, özlərinə məlaz və məskən qayırıb maliki bilistiqlal olublar və çox şöhrətlər qılıblar. Belə ki, Nadir şah ilə Osmanlı dövlətinin sərəsgəri Abdulla paşa Köprülü oğlu dava və müharibə etdilər. O davalarda Məlik Allahqulu çox rəşadətlər göstərib və xidmətlər zühura yetirib. O səbəbə Nadir ona sultanlıq verib, xələt və ənam və mənsəb sahibi eyləmişdi və şul Allahqulu sultan məliki mahali- Çiləbörd, Pənah xanın təzə əvvəl cülusunda ki, Ağdamda olurmuş, xanı görməyə gedib və o halda Heydərqulu xan-hakimi-Naxçıvan dəxi Pənah xana mehman gəlmiş imiş. Orada mülaqat hasil olub, bu Allahqulu sultanı ki, Heydərqulu xan Naxçıvani bu calal və təmtəraq ilə görüb Pənah xana xatirnişan edib işarə qıldı ki, bu tövr sultan bu təşəxxüs və hişmət və dimağ ilə sənə itaət etməz və iki sahibi-iddia və sahibi-calal bir şəhərdə yola getməz. Səlah budur ki, bu dəfə bunu buradan getməyə qoymayasan ki, sonra öhdəsindən gəlmək müşkül olur. Və bir də bunu belə dama salmaq çətin hüsul qılır. Pəs Pənah xan Heydərqulu xanın bu səlahdidini eyni-səvab bilib haman vaxt Allahqulu sultanı orada qətlə yetirdi və maneyi-vücudunu aralıqdan götürdü. Və dəxi ondan qardaşı Məlik Hatəm onun məsnədi-məlikliyinə malik olub, Talış məliki Məlik Usub necə ki, fövqdə işarə olundu, ittifaq edib öz əmisini dəxi həla-kətə yetirib, Məlik Usub ilə həmdastan və həmraz olub, Pənah xan ilə nəğmeyi-müxalifəti saz etdilər və Çarmıx qalasını ki, bir möhkəm qala idi, özlərinə mömən və məskən edib, ədavət və nifaq rəyətini əfraştə qaldırdılar və müddəti dörd il təpuri-müharibələri əfsurdə olmayıb, atəşi-müharibələri müştəil var idi. Hər qədər ki, Pənah xan onlara təklif və tədbir etdisə, itaətə gəlmədilər və kərrat ilə qoşun yığıb onların üstünə - Çarmıx qalasına yürüş edib həmləavər oldusa, qalanın möhkəmliyi səbəbinə ala bilmədilər. Axırül-əmr onları təngnayi-mühasirədə təngə gətirmək və cana yetirməyi məsləhət bilib hər nə ki, dağdan aşağa məhsul və ziraətləri var idi, qarət və pamali-mərakib eylədilər və güzəran və məişətlərini kəsib can və cəzana yetirdilər. Hər nə qədər, o iki mahalın məlikləri ki, çox sahibi-dövlət və sahibicəmiyyət idilər səy və cəhd edib cəng və rəzmlər sözü məğatla və davalar ağaz etdilərsə, axır aciz olub Pənah xanın qoşununun və adamlarının əlindən və qətlü qarət qorxusundan vaxtında ziraət və maaşgüzarlıq bilməyib, gördülər ki, asayiş və dolanmaq qeyri-mümkün və mütəzzir oldu və diriliyi onlara təng və haram qaldı. Əksər zamanlarda möhkəm dağlarda və dişvar dərələrdə olub və sərgərdan qalıb, axır hər iki məliklər ev və əmlaklarını, bağ və məzrəəcatların tamam cabəca qoyub, külfətlərini götürüb fərar və cılayivətən ixtiyar etdilər və Gəncə vilayətinə gedib Şəmkir mahalında bir para dağlarda övqat keçirdilər və yeddi il müddəti dəxi orada olub zəhmətlər və əsrətlər çəkdilər. Ancaq şul müddətdə Pənah xanın üstünə hər kimsə ki, qeyri vilayətlərin xanlarından düşmənliyə gəlsə idi, onun yanında olub və ona gəlib bələdlik qılıb, Pənah xan ilə dava edərdilər. Aqibətül-əmr heç bir zad Pənah xana və İbrahim xana başarmayıb müzməhil oldular və Pənah xana həqq-taala nüsrət verdi. Hamı mahalati-Xəmsə və ilati-Qarabağ küllən itaət və inqiyad qıldılar.
Qeydlər
redaktə- ↑ Mirzə Adıgözəl bəydə onun adı Məlik Mirzə xan kimi verilmişdir. Bax: Qarabağnamə, səh.60.