Kitabi-tarixi Qarabağ/On altıncı fəsil
←Kitabi-tarixi Qarabağ/On beşinci fəsil | Kitabi-tarixi Qarabağ On altıncı fəsil |
Kitabi-tarixi Qarabağ/On yeddinci fəsil→ |
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
QƏLƏBƏ İLƏ GƏNCƏNİ ALMAĞIN VƏ
GƏNCƏ HAKİMİ CAVAD XANI, OĞLUNU
MƏQTUL EDİB, ŞƏHRİ-GƏNCƏNİ
Çün sərdar Sisianov Car və Balakən sövbindən qayıdıb Gürcüstana gəldi. Gəncə hakimi Cavad xanı itaətə götürməyi nəsbül-eyn himmət qıldı. Əvvəl bir kağız yazıb, Cavad xana təklif etdi ki, itaəti-dövlətibehiyyeyi-Rusiyanı qəbul qılsın. Təriqi-tüğyan, üsyan və müxalifəti tərk edib müti və münqad olsun ki, bu dövlət əbədi müddət müxalifətindən xəsarətdən qeyri, bir səmərə gəlməz. Ədavət, qeyrəz, nədamət bir bəhrə görməz. Cavad xan şöylə nəsayeh və möizə qəbul etməyib haman vaxt Qızılbaşiyə dövlətinə şaiq və mail idi. Bir Məhəmmədhüseyn xan adlı, adı Sərdar, amma qoşunu yox, bir xan dəxi, Fətəli şah yollamışdı ki, Gəncə qalasında Cavad xanın yanında ola. Buyurmuşdu ki, 5 min qoşun Azərbaycan vilayətlərində onun üstünə və ixtiyarına cəm olalar ki, Gəncə qalasını mühafizə edib, Cavad xana kömək olalar. O, dəxi orada var idi. Amma qoşun hazır olmamışdı. Hənuz bir kimsə, onun təhti ixtiyarına gəlməmişdi. Cavad xan sərdar Sisianovun kağızına məğruranə cavablar deyib, itaət etməzdi. Kusi-müxalifəti-bülənd avaz edib rast yola getməzdi. Buna görə sərdar knyaz İşpextor Sisianov səneyi-məsihiyyə 1803-cü tarixdə ilin əvaxirində ki, Ramazan idi cuyuyişi-bəhri xüruş ilə o səmtə hərəkət edib, Gürcüstandan və Qazax Şəmsəddinlidən süvarilər cəm edib və soldatı dəxi götürüb cəmiyyəti-şayani ilə Gəncə üstə gəldi. Cavad xan dəxi fərahəm ləşkər edib, müqabilə əzm qıldı. Gəncənin iki verstliyində vaqe olan Quru-qobuda təlaqiyi-əsgəreyi və iştiali-nəvayiri-şurişin əmələ gəlib Cavad xan yaxşı mərdanəlik ilə savaş edib, axır tabi-müqavimət göstərməyib, qayıdıb Gəncənin qalasına daxil oldu. Bənaye-qaladarlıq qoyub, ixtiyari-təhəssün qıldı. Pəs Rusiya qoşunu gəlib, qəleyi-Ərkin dörd ətrafını əhatə edib, şəhər və qalanı təngnayi-mühasirəyə saldılar. Çün onlar bir aya yavuq mühasirədə qaldılar. Cavad xan və o Məhəmmədhüseyn xan nə qədər gözlədilər ki, bəlkə Qızılbaşiyə tərəfindən bir kömək gələ, olmayıb, axır Ramazanın 30-cu gecəsi ki, sabahı bayram idi - fıtir idi sərdar əmr eyləyib, qoşun qalaya yürüş etdi. Nərdivanlar tərtib edib, iki yerdən bayıra qalxdılar. Cavad xan dəxi rəşadət birlə süud edənləri həməlati-mərdanə və sədəmati dəliranə ilə rəf və dəf edirdi. Axır ki, mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) baruyi-həyatından sərazir oldu. Dəxi Hüseynqulu ağa adlı bir oğlu da, orada qətlə yetişdi. Pəs soldatlar haman saat dörd tərəfdən hücum edib, daxili-Ərk oldular. [1] O bayram gününü onlara qara edib, müddəti-üç saat tamam, o şəhərdə xalqı kütləvi şəkildə qırdılar. Bir növ ki, süknayi-bigünahların xuni-nahaqları ilə şəhərin səhrayi-vəsnül - fəzası laləzar və türfeyi-gülzar oldu. Üç saatdan sonra sərdar qadağan qıldı ki, dəxi səfəki-dəmadan əl götürüb, giriftar olanları hüzura gətirsinlər. Xalqı qaladan kənara çıxarıb, qalanı xalqdan təmizləsinlər, haman Məhəmmədhüseyn xan məzbur ki, Qızılbaşdan gəlmişdi, odun anbarında gizlənib, oradan uzun saqqalını qırxıb, erməni övrətlərinin içində çölə çıxıb, 4 günə Gəncədən Şuşa qalasına gəlmişdi. Pəs rus sərdarının təbarükül hökmündən sonra əhaliyi-şəhrin əyalını şəhər və Cavad xanın övlad və ətfalını məscidə apardılar. Sonra məsciddən dəxi çıxarıb, aparıb bir qeyri evdə üstlərində qarovul təyin etdilər. Bəd əz an sərdar orada divanxana və komendant təyin edib və əhli-vilayətə ümid və təsəllilər verib, ondan Gürcüstan vilayətinə müraciət qıldı. Həqiqətən bu cür qala almaq və bütöv qətli-am olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə və bu məmalikdə görülməmişdi. Ona görə bu tərəflərin xalqına Rusiya qoşunundan çox əzim xoflar və vəhşətlər hasil oldu. Mail və raqib olanlar dəxi rub və istibad qıldı.
Qeydlər
redaktə- ↑ Gəncə ruslar tərəfindən 1804-cü il yanvarın 3-də tutulmuşdur