Məni (Aşıq Xəlil)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: Aşıq Xəlil |
Mənbə: Seyfəddin Qəniyev, 1918-ci il Şamaxı soyqırımı şəhidlərindən iki nəfəri - Əngəxaranlı Aşıq Xəlil və Aşıq Sədrəddin, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.24-30. |
Mən o yarə çox yalvardım,
Atdı tez kənarə məni.
Bir vurmuşdu, usanmışdı,
Oxladı dübarə məni.
İltica etdim ərəndən,
İçirib badə verəndən,
Günəş camalın görəndən,
Edib günü qarə məni.
Xəliləm, ona mailəm,
Yaxasında həmailəm,
Ondan əl çəkən deyiləm,
Çəksələr də darə məni.