Məni candan eylədi
Məni candan eylədi Müəllif: Aşıq Qurbani |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Pəncərədən hayıl-mayıl baxan yar,
Baxan dilbər məni candan eylədi.
Nuru dəydi, canım odlara yaxdı,
Yaxan dilbər məni candan eylədi.
İnnabı ləbləri yaqut və yəmən,
Məst olar, səst olar onlardan əmən
Açıldı düymələr görsəndi...
Yaxan, dilbər, məni candan eylədi.
Qorxum yoxdur sultanından, xanından,
At oxların gəlib keçsin canımdan,
Ağ əllərə Qurbaninin qanından,
Yaxan dilbər məni candan eylədi.