Mişkatu-l-ənvar/Şikayətin sonu

Fikri sübut Mişkatu-l-ənvar. Şikayətin sonu
Müəllif: Abbasqulu ağa Bakıxanov
Vəziri məhv etmək üçün fitnəkarların tədbiri


Zalım kəfsin min başı var, min rəngi var dunyada,
Hər an başqa cilvə ilə uz gostərir bir əda.
O hər kəsdə bir ayrı cur zuhur edir hər zaman,
O gah qızğın atəş olur alovlanır onda can.
Bu fikrimi subut ucun, bax ≪kitabi-Məsnəvi≫,
Əsərində nə kəşf etmiş alicənab Moləvi.
Həris nəfsin yuz başı var, hər başında bir əməl,
Əl catmayan asimandan yer altına atmış əl.
Birisinin uşaq dərdi, dovlət dərdi, mal dərdi,
Gor ≪innəma əmvaləkum≫ necə duzgun xəbərdi.
Biri kefə duşgun olub arxalandı zoruna,
O birisi əsir duşdu cirkin şəhvət toruna.
Bir başqası şirin nemət həvəsilə yaşadı,
Birisi də əlvan xələt həvəsilə yaşadı.
Bir digəri cahu cəlal axtardı hey durmadan,
Birisi də kolgəsindən qorxub oldu hərasan.
O birisi ləzzət aldı nokərcilik etməkdən,
Başqası da ad qazandı elm ardınca getməkdən.
Bir başqası hiylə qurub, gəldi xalqa min kələk,
Zohdu təqva toru qurdu hər an misli-horumcək.
Hər birisi məqsədinə catmaq ucun calışır,
Oz omrunu puc eləyir, boş işlərə alışır.
Boşa cıxır əməlləri, kəsilirsə əlacı,
Bar vermirsə arzusunun, istəyinin, ağacı,
Hiylə qurub bidad edər istər qanlı intiqam,
Qərəz ilə, qəzəb ilə tutmaq istər bir məqam.
Hər cur rəzil vasitəyə əl ataraq o qəddar
Hər vəchlə zalım nəfsə cıxmaq istər tərəfdar.
Bilməz sonra nə zərbələr dəyəcəkdir nəfsinə,
Bəlkə birdən işlər tamam cevriləcək əksinə.
Zulmu həsəd hiylə ilə bu dunyada iş aşmaz,
Hər bir işin bir ziddi var, qafil olmaq yaraşmaz.
Bu barədə xatirimə duşdu gozəl hekayət,
Hər əməlin mukafatı veriləcək nəhayət.
Hekayət
Hindistanda bir şah vardı ədalətli, bəxtiyar,
Dunyaları fəth edərdi bu qudrətli hokmdar.
Sonsuz idi, qəzəbi tək, onun lutfu, şəfqəti,
Hər tərəfə yayılmışdı adı, şanı, şohrəti.
O şah əgər etiqadca atəşpərəst olsa da,
Xudpərəstlik badəsilə məst deyildi dunyada...
Xudpərəstlik--dinsizlikdir, bu bir aydın həqiqət
Cəmiyyətə ondan yetir yuz bəla, yuz fəlakət.
Cox yazıqdır oz nəfsinə əsir olan dunyada,
Axır onun gedəcəkdir omru, həyatı bada.
Catmaq ucun arzusuna, nəfsə uyan hər insan,
Oz işini salar daha cətinliyə anbaan.
O yazığın işi daim olar həsəd, sitəm, kin,
Bu dunyada halı budur nəfs ardınca duşənin.
Layiq deyil belə alcaq sifət, məncə hec kəsə
Xususilə unvanına şah deyilən bir şəxsə.
Şahın hokmu olmalıdır xalq rəyinə muvafiq,
Elə bir iş tutmalı ki, xalqa olsun o layiq.
Hər zalim şah olkəsində zulmə edərsə adət,
Hec bir zaman xalq icində hokm surməz ədalət.
Şah bir etsə zulmu, onun xadimləri yuz edər,
Olkənin hər iqtidarı , rovnəci əldən gedər.
Bu, halları gorən zaman soyləmişlər atalar:
Olkədə şah zalim olsa, xadimləri can alar.
Viran edər oz yurdunu zulm eyləyən padşah,
Həqiqəti yox eyləyər dini, imanı təbah.
Şah kafər də olub əgər iş gorsə ədalətlə,
Olkəsini abad edər yad olunar rəhmətlə...
Xulasə, o padşahın var idi bir vəziri,
Ki, olkəni duzəldərdi onun hər bir tədbiri.
Hər kəs əgər dondərsəydi xaqandan uz arabir,
İşi islah etmək ucun calışardı o vəzir.
Qəzəblənib əgər xaqan versəydi yersiz fərman,
Onu yanlış fərmanından dondərərdi hər zaman.
Vəzirdən cox razı idi xaqan da, rəiyyət də,
Onun fikri əsas idi hər işdə, hər sohbətdə.
Onda xalqın xeyri ucun boyuk bir hummət vardı,
Şaha sadiq idisə də, xalqa da havadardı.
Bir gun şahda hiss edildi bir zəiflik əsəri,
Fələk onun boğazına tokdu olum zəhəri.
Bu durumsuz dunyada bir boşluq oldu qisməti,
Bu qanundur, gərək hamı icə olum şərbəti.
Səltənətə varis onun təkcə bir oğlu vardı
Onun da ki, nə qanacaq, nə də bir ağlı vardı.
Cıxıb şahlıq taxtına o fərəhləndi oldu şən,
Lakin sonra zəifliyə uz qoydu şahlıq, vətən.
Vaxt getdikcə hər tərəfdən duşmənlər qaldırdı baş,
Dostlar isə xidmətindən cəkildi yavaş-yavaş.
Biri ona zulm oyrətdi, biri hiylə, biri fən,
Olkə icrə nizamsızlıq coxaldı gunu-gundən.
Biri xoşa gəlmək ucun yaltaqlandı gulərək,
Biri qurub kef məclisi işlətdi minbir kələk.
Biri dedi:--Sənin kimi ləyaqətli sərdara,
Sənin kimi hokmdara, şucaətli sərdara.
Layiq deyil omr eyləyə min bir qovğa icində,
Gərəkdir şah daim ola kefdə, sovda icində.
Filankəsin bir qızı var,--dedilər,--mələk xislət,
Gunəş cəkər cəmalının qarşısında xəcalət.
Bir yol ilə bu saraya duşməlidir o dilbər,
Sənə layiq yaranmışdır ancaq o nadir govhər.
Bir başqası deyirdi ki, şərab nəşədir cana,
İcib məst ol kef icində sarıl bir şux canana.
Biri dedi: Bir cavan var, calan zaman o rudu,
Gozəl, şaqraq nəğməsilə heyran edər Davudu.
Məlahətli səsi verər ruha misilsiz ləzzət,
Hokmdarın cəlalından cox ustundur bu nemət.
Pustə ağzı, saz səsilə oxuyanda nəğmələr,
Bu nəğmənin hər cəhcəhi butun dunyaya dəyər.
Xulasə, şah elə daldı sonsuz eyşə, işrətə,
Ki, unutdu şahlığını, laqeyd oldu dovlətə.
Hokmdarlıq qudrətini verdi yelə, tufana,
İşə duşdu saqi, şərab, saray oldu meyxana.
Əvvəllər o məhrumdusa duşuncədən, ağıldan,
İndi daha dəlidən də dəli oldu o nadan...
O ağıllı vəzir isə olmayıb bir an rahət,
Bu sayqısız padşaha hey verirdi nəsihət.
Nə etməli, cahillərə nəsihət etməz əsər,
Qəlbirdə su qalmaz onu doldursan da nə qədər.
Şah işini, qanmırdısa, vəzir yaxşı qanırdı,
Şahın axmaq işlərinin odunda o, yanırdı.
Calışırdı ifşa etsin hər hiyləni qərəzi,
Təbib kimi o sağaltmaq istərdi hər mərəzi.
Xəbərsizdi lakin ona qurulan kələklərdən,
Bilməzdi ki, onu necə məhvə calışır duşmən.