Mişkatu-l-ənvar
Mişkatu-l-ənvar (1828) Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,
Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Küfrilə din heyran qalıb, onlar kimi arayır?
Daraq, kimin mişk ətirli saçlarını darayır?!
Mən duyuram ruh oxşayan yar ətrini inanın,
Can mülkündən xəbər verir iltifatı cananın.
Nəşə verdi yar camından nuş etdiyim hər damla,
Bir ad ilə bəzədim bu kitabımı inamla.
Ki onun pak hümmətinin feyzi ilə hər zaman,
Parlaq günəş zühur edər adi qara torpaqdan.
Hər nə qədər tərifini mən söyləsəm var yeri,
Odur bizə kəşf eyləyən bilinməyən şeyləri.
O səadət günəşidir mənə odur nur verən,
Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən.
Bu canımdır ancaq onun bir mişkatül-ənvarı,
Bu qəlbimin xəznəsidir onun gənci-əsrarı.
Bu kitabda istəyirəm yazım onun sirrindən,
Qoy «Mişkatül-ənvar»--deyə adlandırım onu mən.
Qəribədir, tarixi də sanki doğmuş əsrardan,
Hasil oldu can adı da bu «Mişkatül-ənvar»dan.
Ey misilsiz cavan, çalış hümmət eylə hər işə,
Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə.
Cavanlıqda dərdlər məni tez qocaltdı, durma get!
«Var»ın «yox»un cəfasından varlığını xilas et!
Ey işıqsız gözlərə nur bəxş eyləyən gün kimi,
Ey zavallı aşiqlərin dərdlərinin həkimi,
Bu xəstəyə öz qəmzəndən lüft et bir dərman göndər,
Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər,
Qüdsini sən bu səhrada qoyma qalsın sərsəri,
Öz yolunu itirənin axı sənsən rəhbəri.
Həqiqətə çatmaq üçün mənə doğru yol göstər,
Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər!
Mündəricat
redaktə- Bəyani-hal
- Məqsədin kəşfi
- Fikrin izahı
- Nəfsin qorunması
- Mətləbin tədriclə açılması
- Əsl məqsədin bəyanı
- Can yaxan eşqin işığından bir şüa
- Düzlər məsləkini izləyənlər dastanının davamı
- Muştuluq xəbəri
- Eşqdə təmizlik haqqında
- Məhəbbət və vəfa şərtlərinin şərhi
- Məslək yolçularına şadlıq xəbəri
- Alçaq nəfsdən şikayət
- Fikri sübut
- Şikayətin sonu
- Vəziri məhv etmək üçün fitnəkarların tədbiri
- Vəzirin tədbir ilə təhlükədən xilas olması
- Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması
- Yolu azmaq