Mişkatu-l-ənvar/Yolu azmaq

Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması Mişkatu-l-ənvar. Yolu azmaq
Müəllif: Abbasqulu ağa Bakıxanov


Oz arzuna catmaq ucun etsən kimə sən nifrət,
Bəslayirsən urəyində ona min cur ədavət.
Sonra da bu ədavətdən dərdə dəva umursan,
Urəyində fitnə-fəsad atəşinə cumursan.
Konlundəki qızğın atəş varlığını məhv edər.
Bundan boyuk, vahiməli əzab varmı de məgər?
Bu zəhmətlə oz omrunə son qoyursan bil tamam,
Nə var, nə var duşmənindən alacaqsan intiqam.
Bilməyirsən kinli duşmən nə fikir, nə haldadır,
Bəlkə tale bu əməldə, yazıq, səni aldadır?
Bil ki, iki tərəfə də zərərlidir kin, qisas,
İnsanlarda bədbəxtlikdir xəbis duyğu, ehtiras,
Yolumuzun ustundəki toru niyə gorərək,
Ozumuzu bu tələyə atmış olaq biz gərək?!
Azğın nəfsin tələbidir, fitnə, fəsad, hiylə, qan.
Aqil adam uymaz belə xəyallara hec zaman.
Təmsil
Nəfsin elə bir ağacdır, zəhərlidir hər barı,
Cəhənnəmdən gətirilmiş bil ki, onun tumları.
Ondan qacıb oz canını qurtar, əgər ağlım var,
Unutma ki, zəhərlidir verəcəyi bəhər-bar.
Peşmancılıq meyvəsini yeyəcəksən sən bir gun,
Həyatını zəhərləyər bu meyvələr busbutun.
Ey ilahi, ozun yazıq Qudsiyə bir imdad et,
Belə alcaq duyğulardan urəyini azad et!
Oz eşqinin kədərilə fərəh verib hər zaman,
Qurtar onu oz nəfsinin əlindən, ey yaradan!