Mir Cəfərə xitab (Cəfər, ey ahiyi-biyabanım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mir Cəfərə xitab
Müəllif: Seyid Əzim Şirvani


Cəfər, ey ahiyi-biyabanım,
Ey biyabani-dildə ceyranım!
Ey maralım, gəvəzni-xoşnigəhim,
Bürci-dildə cəmalı mehrü nəhim!
Belə yazmış bu rəmzi danalər,
Əhli-idrakü əhli-mənalər –
Ki, cahan içrə var elə işlər
Nəzərə ibtidadə xoş görünür.
Lakin axır verər nəticə yaman.
Buna şahiddir ayeyi-Quran.
Elə işlər də vardır, ey sərvər,
Sənə zahirdə çox yaman görünər,
Leyk axır verər nəticeyi-sud,
Olur ol mr sülləmi-məqsud.
Huş ilə guş qılsın, ey güli-tər,
Bu hekayət sənə kifayət edər.