Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/183-cü xütbə

182-ci xütbə Nəhcül-bəlağə. 183-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
184-cü xütbə


İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır. Bürc ibn Müshir «hökm ancaq Allaha məxsusdur» deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu: Ey mırıx (batini çirkin olan ağılsız), sus! Allah çirkinləşdirsin səni! And olsun Allaha ki, haqq (İmam əleyhis-salam) zahir oldu və sən onda (qoşunun içində) arıq və aciz idin (heç kəs sənə etina etmirdi) və səsin gizlin idi (sözünə qulaq asan yox idi). Elə ki batil və nahaq fəryad qopartdı, (bu sözləri deməyə cürət tapdın və) keçinin buynuzunun aşkar olması kimi zahir oldun.

Buradan başlayaraq xütbələr fəslinin sonuna kimi «Nəhcül-Bəlağə»nin əlyazma və çap nüsxələrində xütbələrin sıraları bir-birindən fərqlidir. Bəzi nüsxələrdə yüz yetmiş səkkizinci kəlamdan sonra sıralar bir-birindən fərqlənir