Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/203-cü xütbə

202-ci xütbə Nəhcül-bəlağə. 203-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
204-cü xütbə


İmam Əli əleyhis-salamın (səhabələri Şam əhli ilə mühari-bədə süstlük edib bəhanə gətirərək onun əmrlərini yerinə yetirməkdən boyun qaçırarkən onlardan şikayətləndiyi) xütbələrindəndir. Allahım, Sənin bəndələrindən kim bizim zülm və sitəm deyil, ədalət və düzlük, fitnə-fəsad deyil, din və dünyanın islahı üçün dediyimiz sözləri eşidəndən sonra onu qəbul etmirsə, onun müxalifət etməsinin səbəbi Sənə yardımdan boyun qaçırmaq və Sənin dinini izzətli etməkdə tənbəllik göstərməkdən başqa bir şey deyil. Buna görə də ey bütün şahidlərin ən böyüyü, Səni və yer və göylərində sakin etdiyin şeylərin hamısını (cin, insan və mələkləri) ona qarşı (onun, Sənin dininə etinasızlıq mənasında olan mənə qarşı müxalifət etməsinə) şahid tuturam (ki, mən Sənin əmrlərinin təbliğində səhlənkarlıq etməmişəm). Belə olan halda, bu şahid tutmaqdan sonra Sən (bizi) onun yardımına ehtiyacsız edən və onu günahına (bizimlə müxalifətinə) görə cəzalandıransan.