Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/57-ci məktub
←56-cı məktub | Nəhcül-bəlağə. 57-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
58-ci məktub→ |
İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Cəməl tərəfdarları ilə müharibə etmək üçün) hərəkət edərkən Kufə əhalisinə olan məktublarındandır (ki, onda, onlardan kömək istəyib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mən öz qəbiləmin məkanından (Mədinədən, Bəsrəyə getmək qəsdi ilə) çıxdım, halbuki (həqiqəti dərk etməyib öz zəmanəsinin imamını tanımayan şəxsin nəzərində) ya zalımam, ya da məzlum, ya təcavüzkaram, yaxud da təcavüzə məruz qalan. (Hər halda) mən, Allahı bu məktubum çatan hər bir kəsin yadına salıram ki, tez yanıma gəlsin. Əgər hərəkətim düz olsa (görsə ki, bu işdə düzgün davranıram), mənə kömək etsin. Hərəkətimin düz olmamasını gördükdə isə, məndən düzlüyə və onların razı olduqları şeyə qayıtmağı istəsin.