Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/67-ci xütbə

66-cı xütbə Nəhcül-bəlağə. 67-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
68-ci xütbə


Misirə hakimiyyətin boyunduruğunu (Siffeyn hadisəsindən qabaq) Məhəmməd ibn Əbu Bəkrin boynuna keçirdiyi (oranın xeyir-şərini, əyri və düzgününü ona tapşırdığı) vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. (Lakin Siffeyn hadisəsindən sonra) Misir onun hakimiyyətindən çıxdı, özü isə öldürüldü. Mən Haşim ibn Utbəni Misirə hakim təyin etmək istəyirdim. Əgər onu oranın hakimi seçsəydim, bir an belə onlarla (Əmr ibn As və qoşunu ilə) döyüş meydanını boş qoymazdı. Onlara (şücaət və qəhrəmanlıq göstərmək üçün) fürsət verməzdi. Haşimi mədh etməklə Əbu Bəkrin oğlu Məhəmmədi qınamaq niyyətində deyiləm. (Çünki o, qınağa layiq deyil.) O, mənim dostum və rəbibim (arvadımın oğlu) idi.