Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/74-cü məktub

73-cü məktub Nəhcül-bəlağə. 74-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
75-ci məktub


İmam Əli əleyhis-salamın Rəbiə və Yəmən əhli üçün yazdığı əhdnamələrdəndir (ki, onda onlarla Qur’ani-Kərimə tabe olmaq, vəhdət və birlik barəsində əhd bağlayıb.) Bu əhdnamə (Əbul Münzir) Hişam ibn (Saib) Kəlbinin xətti ilə nəql edilmişdir. Bu, Yəmən əhli və Rəbiə qəbiləsinin həm məskunlaşmışları, həm də köçərilərinin Allahın kitabı (ona əməl etmək) barəsində bir araya gəldikləri əhddir ki: (başqalarını) ona tərəf dəvət etsinlər, onun əsasında əmr etsinlər, ona dəvət edib əmr verəni (onun sözlərini) qəbul etsinlər, onun müqabilində heç bir şey almasınlar və onu dəyişdirməyə razı olmasınlar. (Bu əhdə sadiq qalsınlar və dünya malı əldə etmək üçün aldanıb Qur’andan əl götürməsinlər.) Həmçinin onlar müxalif və etinasızların qarşısını almaq üçün vəhdət (birlik) yaradaraq bir-birlərinə köməkçi olsunlar: çağırışları (sözləri) bir olsun, birinin töhmət vurması və qəzəblənməsi və ya bir dəstənin digər bir dəstəni təhqir etməsi və söyməsinə görə əhdlərini pozmasınlar. Onların hazır və qaibləri, ağlı az olanları və alimləri, həlim və nadanları bu əhdnamədə möhkəmdirlər. Beləliklə, bu əhdnamə ilə Allahın peymanı onların öhdəsinə düşdü (və gərək ona əməl etsinlər). (Çünki) Allahın peymanı barəsində sorğu-sual ediləcəkdir. (Bu əhdnaməni) Əli ibn Əbi Talib yazdı.