Nazimin ifadəsi
Müəllif: Seyid Əzim Şirvani


Ol zamandan ki, etdi həft aba
Ümməhat izdivacini peyda,
Gəldi ondan vücudə çox fərzənd,
Bəzi biəqlü bəzi danişmənd.
Mən dəhi bir yeganə fərzəndəm,
Deyiləm naxələf, xirədməndəm.
İki yüz əlli birdə bədi – həzar,
Əsri-Sultan Məhəmmədi-Qacar,
Rumə Əbdülməcid idi sultan,
Oldu darül-viladətim Şirvan.
Hansı Şirvan, o gülsitani-qədim –
Konda Şirvanşəhilər oldu müqim,
Nə Şəmaxi ki, onda İzzəddin
Nəzmdən zahir etdi sehri-mübin.
Məsqətür-rəsi-paki-Xaqani,
Hünərin Zülfüqari-bürrani.
Nə Şəmaxi ki, onda sübhü məsa
Verdi rüxsari-şeri-Bədr ziya,
Nə Şəmaxi ki, onda təbI-Bahar
Etdi yüz min baharlər izhar.
Qıldı Rusiyyə çün onu təsxir,
Oldu rövnəqdə saniyi-Kəşmir.
Olmuş ikən səfadə rəşki-cinan,
Tapdı eynül-kəmaldən nöqsan.
Etdi Şirvanı payimali-məlal,
Rəcfətül-ərzü sədmeyi-zilzal.
Xəlqi-Şirvan olub pərakəndə,
Hər biri bir qəribə məskəndə.
Dağılıb, şəhri qoydular bərbad,
Etdilər Badkubəni abad.
Qaldı bir parə bisərü saman –
Ki, yoxuydu fərarə tabü təvan.
İmperaturi-Rusi-valaşan
Əhli-Şirvanə qıldı çox ehsan.
Qıldı çox xanə xəlq üçün təmir,
Leyk təqdirə olmadı tədbir.
Əhli-Şirvan hənuz edəllər hesab
Küreyi-ərzi qətreyi-simab.
Müddəti-ömrdə məni-dilgir
Neçə yol xanə etmişəm təmir.
Eyləyib axirət evin bərbad,
Eylədim xanimanımı abad.
VəzI-həml etdi çün məni madər,
Pədərim dari-xüldə etdi səfər.
Adımı qoydular çü Seyyid Əzim,
Düşdü bəhri-qəmə bu dürri-yetim.
Oldum on gün ki, çardəh salə,
Düşmədim fikri-dövlətü malə.
Eylədim arifanə kəsbi-ülum,
Gah Bağdad məskənim, gah Rum,
Eylədim Misrü Şamdə məva,
Gah yerim Jəsrib oldu, gah Bətha.
Oxudum nəhvü sərfü fiqhü üsul,
Hikmətü heyət eylədim məhsul.
Ta ki, müstəcmii-ülum oldum,
Nəzəri-əhli-əsrə şum oldum.
Olmadı çünki məndə malü mənal.
Mənə öz elmim oldu vizrü vəbal.
Eylədim ta ki, hər büsatə güzər,
Məni gördükdə xəlq söylədilər:
Budu gəldi səfahətin kani,
Hacı Seyyid Əzim Şirvani!
Var cahanda gözəl hekayətlər,
Neçə min nazənin rəvayətlər.
Nəzm qıl, “Qisseyi-Güləndam”i,
Eylə məlu eşqi-Bəhrami.
Kərəmin Əsli ilə yaz vəslin,
Kəşf qıl Əsli xanımın əslin.
De “Koroğlu”, cahanı canə gətir,
Qıratın vəsfini bəyanə gətir.
Söylə nəqli – Qəribdən hərdəm –
Ki, onun yari idi Şahsənəm.
Eşidənlər kəlamın olsun şad,
Söyləsinlər ki, mərhəba, ustad!