Oğluma (Cəfər, ey qönçeyi-gülüstanım)(Seyid Əzim Şirvani)
Oğluma Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Cəfər, ey qönçeyi-gülüstanım!
Ey mənim bülbüli-xoş elhanım!
İki yüz yetmiş üçdə, bəd həzar
Mötədil fəsl idi zəmani-bahar,
Səni haqq mən fəqirə qıldı əta,
Kəbeyi-qəlbimə yetişdi səfa.
On beş ildir ki, ey ətayi-əzim,
Sənə adab eylərəm təlim.
Yetibən əqlə sərfraz oldun,
Dəxi menden ki, biniyaz oldun.
Demirəm mən gedən təriq ilə get,
Əqli tut, ol gözəl rəfıq ilə get.
Sənə bürhan deyil teriqi-pədər,
Gör nə yol getdi zadeyi-Azer.
Demirəm, nıs ya müsəlman ol.
Hər nə olsan, get əhli-ürfan ol,
Demirəm sünni ol və ya şiə
Tek hədəf olma tiri-teşniə.
Demirəm şeyxi ol və ya babi,
Her nə olsan, tək olma qüllabi.
Ey gözüm nuru, ey ətayi-xuda,
Sənə Şirvanda oldu neşv-nüma.
Lillahül-həmd xütteyi Şirvan
Saniyi-İsfəhandır bu zaman.
Gərçi virane oldu zəlzələden,
Çıxmayıb mərifet bu merhelədən.
Vardır hər güşədə yüz əhli-kamal,
Hər biri əhli-elm sahibi hal.
Xassə kim abü xakinin əsəri,
Qabili terbiyət qıhr həcəri.
Remzi-hel yestəvi müdəlləl imiş,
Bilməyendən bilen kəs əfzəl imiş.
Haqq buyurmuş ki, ixtilafi-lisan
Nemetimdəndir, ey gümhi-cahan!
Kim ki, bes bir dil eyləse hasil,
Oldu bir nemətə o kes vasil.
Cəhd qıl nemeti-tamama yetiş,
Elm tehsil qıl məqamə yetiş.
Ey oğul, bir lisanaol rağib,
Xassə ol ms elminə talib.
Onlara ehtiyacımız çoxdur.
Bilməsək dil, əiacımız yoxdur.