Oğluma nəsihət (Bilmiş ol, ey nəcib fərzanə)(Seyid Əzim Şirvani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma nəsihət
Müəllif: Seyid Əzim Şirvani


Bilmiş ol, ey nəcib fərzanə,
Ulular bəzmidir ədəbxanə.
Bilmək adabıdır sənə vacib,
Rəsmi-adabə olgilən rağib.
Biədəb olsa məclisə daxil,
Olu məlum kim, odur cahil.
Ədəbin rəsmidir cavabü xitab,
Bəlkə rəyi-mətinü qövli-səvab.
Hərəkətdən olur ədəb məlum,
Qövlü göftardan olur məfhum.
Bu rümuzi bilir ülül-əbsar,
Fikrsiz aqil eyləməz göftar.
Eyləməz, ey yeganeyi-dü səra,
Ehtiyat etməmiş əməl dana.
Bir sualə olursa ol şaiq,
Ver onun sən cavabını layiq.
Mətləbindən ziyadə vermə cavab,
Xahiş etsə deyil bu nəqsi-xitab.
Məclisə daxil olsan, ey dana,
Yuxarı başda eyləmə məva.
Sahibi-məclis eyləsə ikram,
Sənə versə yuxarı başda məqam,
Mizəbanın çox eyləsə ilhah,
Keç yuxarı, əgər varındı səlah.
Gər qolundan tutub edə ikram,
Qıl təvazölə sədri-bəzmi məqam.
Soluva, sağuva elə kürnuş,
Etmə bihudə söhbət ilə xüruş.
Sakit ol qeyri eyləsə göftar,
Danışan şəxsə eyləmə azar.
Özgə kəs gördün eyləyir söhbət,
Sakit ol, eyləmə ona diqqət.
Diqqit etsən sənə ədavət edər,
Cəhldən ol sənə şəmatət edər.
Cünki ol kəs ki, başlayıbdı xitab,
Özünü aqil eyləyibdi hesab.
Seyyida, əq əgər ola mədum,
Kimsə öz cəhlin eyləməz məlum.