Oğluma nəsihət (Cəfər, ey nəməti-xudayi-cahan)(Seyid Əzim Şirvani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma nəsihət
Müəllif: Seyid Əzim Şirvani


Cəfər, ey nəməti-xudayi-cahan,
Olsa bir şəhs əgər sənə mehman,
Elə ol şəhsə ehtirami-təmam,
Xidmətində dolan bəsani-qulam.
Nə qiza xahiş etsə, övladır,
Demə bu ziştdir, o zibadır...
Ey oğul, olsa süfrədə nanın,
Tikəsin sayma mərdi-mehmanın.