Oğluma nəsihət (Cəfər, ey sərvi-sərfərazi-pədər)(Seyid Əzim Şirvani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma nəsihət
Müəllif: Seyid Əzim Şirvani


Cəfər, ey sərvi-sərfərazi-pədər,
Məhrəmi-sirri-eşqi-razi-pədər.
Hər bəla olsa dəhrdə hadis,
Bil ki, dildir olan ona bais.
Fariğ ol kəsrəti-məşağildən,
Sövmi-sümt ilə qövli-batildən...
Dilüvü saxla kizbü qeybətdən.
İstəsən gər nicat möhnətdən.
Seyyida, hər bəla ola hadis,
Bil ki, dildir ona olan bais.