Oğru və fəqir
Oğru və fəqir Müəllif: Seyid Əzim Şirvani |
Tutdu bir düzdi-nabəkarı əsəs,
Bağladı bir sütuna möhkəmü bəs.
Ol gecə var idi pərişanhal,
Sübhədək eyləyirdi fikrü xəyal.
Gördü ki, bir fəqir edir nalə,
Fəqrdən ol düşüb yaman halə.
Dedi oğru ona ki, ey əhməq,
Ol xəmuş, eylə şükri-neməti-həq.
Fəqr ilə gərçi binəvasan sən,
Nə mənim kimi mübtəlasan sən.
Möhtəsib çəkməyib sütunə səni,
Salmayıb haləti-zəbunə səni.
Şükr elə, sən olan zaman bimar,
Səndən əhvalı bəd olanlar var.
Tapmasan saf, dürdə ol qane-
Ki, sənə kimsənə deyil mane.
Nə birincin, əgər nə yağın var
Şükr qıl sağ əlin, ayağın var.
Şükrlər qıl xudayi-mənnanə-
Ki, səni qərq edibdir ehsanə.