Oğrunun vəqəsi

Oğrunun vəqəsi
Müəllif: Seyid Əzim Şirvani


Vardı bir düzdi-şəbrəvü əyyar,
Eylədi bir oğurluq ol məkkar.
Getdi bazaar satmağa xəlvət.
Bir libası ki, eylədi sirqət.
Onu ondan apardı düsdi-digər,
Əliboş gəldi acizü müztər.
Dedi yoldaşları ki, ey əyyar,
Neçəyə satmısan, elə izhar.
Dedi: - Ol qiymətə ki, almışdım,
Ələ ol növ ilə ki, salmışdım.