Olmaz (qoşma, Aşıq Qurbani)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmaz Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
1-ci variant
Ey Salatın, aşiqlərin sərində,
Sənin zülfün kimi bişitab olmaz!
Camalinə Pəri, müştaq olalı,
Bidar olan, gözlərimdə xab olmaz.
Misir şəhri derlər, ona varmışam,
Yusif, Kənan sevdasma girmişəm,
Mən fələk aymı göydə görmüşəm
Yerdə sənin kimi mahi-tab olmaz.
Qurbani der: budu səndə nəzərim,
Mən səni sevmişəm gülüzlü yarım,
Ta sən sağ ol, şirindilli nigarım,
Mən ölsəm bu aləm, heç xarab olmaz.
2-ci variant
Ey şәmi-pәrvanә, Salatın pәri,
Sәnin hüsnün kimi mahtab olmaz.
Didarına sәnin müştaq olanın
Bidar olur, gözlәrindә xab olmaz.
Misir şәhri derlәr, ona gәlmişәm,
Yusif Kәnan sevdasına girmişәm.
Mәn fәlәk ayını göydә görmüşәm,
Yerdә sәnin kimi mahtab olmaz.
Ey qaşları kaman, kipriklәri ox,
Gözlәri hәrami, qәmzәlәri şux,
Gözәl adam, sәni sevdim dәxi çox,
Könül versә hamı, kimsә bab olmaz.
Qurbani der: Sәndә çoxdur nәzәrim,
Burqәdә yazıla sәn mәnim yarım,
Ta sәn sağ ol, tuti dilli nigarım,
Mәn ölsәm, bu alәm heç xarab olmaz.
Xarici keçidlər
redaktə- Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.