Olsun (Məhəmməd Molla Tağı oğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olsun (XIX əsr) Müəllif: Məhəmməd Molla Tağı oğlu |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Yaxşı sözlər deyib nəzmə çəkibsən,
Onu görüm bu dünyada var olsun.
Heyifdi, salmasın özün avaza ,
Qorxum budu, axırında xar olsun.
Axunda əl çatıb çox da laf etmə,
Kəlamım zülfüqar, dini unutma.
Hər çuğul sözünün dalınca getmə,
Arif olan kəsdə gərək kar olsun.
Kamal dərk et, özün çəkmə əlaya,
Bica qilu-qalı salma araya.
Cavansan, başını salma bəlaya,
Adın bədnam olub, iş dişvar olsun.