Qarınqulu abid
Qarınqulu abid Müəllif: Seyid Əzim Şirvani |
Bar idi bir qarınqulu abid,
Əhli-təqva, müqəddəsü zahid.
Hər gecə nan yeyirdi on batman,
Sübhəcən xətm edirdi bir Quran.
Onu da sübhədək namaz üstə,
Əsl məbuduna niyaz üstə.
Bir nəfər şəxs eşitdi ani, dedi:
-Nim nan gər yesəydi, yatsa idi,
bu ibadətdən çox əfzəl idi.
Hiç şəkk yox ki, mərdi-əkməl idi.
Qarnuvu qıl təamdan xali,
Olasan ta ki, hikmətə hali.
Qıl tənavül təami sən kəm-kəm,
İbni adəmsən, olma ibn-şikəm.