Qara hey (Xəstə Hasan)
Qara hey Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.448; ISBN 978-9952-571-42-4 |
Mən deyirəm, bu dünya da beş gündü,
Mən bilirəm beşini də qara,hey!
Mən aşığam, qara hey,
Oxu dərsin qara,hey.
Seyrağubu görmüşəm,
Qamətini qara,hey.
Sağlıq xəbərimi yara versələr,
Dost sevinər, düşmən geyər qara,hey.
Xəstə düşdüm, döşək ilə dər saldım,
Cəfa çəkdim, dünya üçün dər saldım.
Eyləmi, dərs aldım,
Eşiyinə dər saldım.
Eşitdim seyrağub gəlir,
Onun üçün dərs aldım.
Ağlı kamil bir ustaddan dərs aldım,
Oxumuşam əlif,əbcət,qara,hey.
Bayqu məskən salıb, yara deməzlər,
Leylidən Məcnundur yara,deməzlər.
Aşıq, yara deməzlər,
Sirri yara deməzlər.
Sizlərdə necə qaydadır,
Dərdə çara deməzlər.
Xəstənin öldüyün yara deməzlər,
Baxarsan ki, məzarımdı qara,hey!