Qaradağlılar/Şeyxlər oymağı

İlyas xəlifə Qaradağlılar. Şeyxlər oymağı
Müəllif: Ənvər Çingizoğlu
Şəmsəddin xəlifə


Ustaclı elinin oymaqlarından biri də Şeyxlərdir. Əsasən Güney Azərbaycanda məskunlaşmışdı. Təyinat səbəbi ilə Irəvan civarına köç etmişdilər. Bir qrupu Şirvanda yaşayırdı. Şeyxlər oymağının səsli əmirlərindən biri Məhəmməd bəydir. Məhəmməd bəy öncə sultan, sonra xan ünvanı almışdı. Məhəmməd xanın Məntəşa bəy adlı oğlu vardı. Məntəşa bəy Şah Təhmasibin sevimli əmirlərindən sayılırdı. Bəzi qaynaqlara görə qorçubaşı Sarı Piri bəyin qardaşıdır. Şah ona «lələ» deyə müraciət edirdi. Sultan ünvanı almışdı. Çaldıran savaşına qədər Azərbaycan bəylərbəyi olmuşdu. Bir arada Çuxur Səd əyalətinə başçılıq etmişdi. Məntəşa sultan 1547-ci ildə vəfat etdi. Bu oymaqdan çıxan ünlü oğullardan biri də Müsənna sultandır. Müsənna sultan I Şah Ismayıla xidmət etmişdi. Müsənna sultanın Teymur bəy adlı oğlu vardı. Teymur bəy I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı almışdı. Sistan vilayətinə hakim təyin edilmişdi. Teymur xan şahzadə Bədiəzzəman mirzənin lələsi idi. Teymur xanın Murad bəy adlı oğlu vardı. Murad bəy də I Şah Təhmasibdən öncə sultan, sonra xən ünvanı almışdı. Sarayda süfrəçi vəzifəsində çalışmışdı. Lahican vilayətinə hakim təyin edilmişdi.