Qaradağlılar/Hacı Sara xanım

Fəthoğlu oymağı Qaradağlılar. Hacı Sara xanım
Müəllif: Ənvər Çingizoğlu
Hacıfəqihli oymağı
Sister Projects. Həmçinin baxın: Haqqında •


Hacı Sara xanım Məhəmmədqulu xanın qızıdır. Əhər şəhərində dünyaya təşrif buyurmuşdu. Ailə təhsili və tərbiyəsi almışdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, Iran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu Ibrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı. Hacı Sara xanımın və Ibrahim xanın qızı Fatiməbəyim xanım Əhməd xan Bayburdlu ilə ailə qurmuşdu. Əbülfət xan, Haşım xan, Hüseyn xan və Firuz xan adlı oğulları vardı.