Qaradağlılar/Toxmaqlı oymağı
←Soyun kökü:Ustaclı el | Qaradağlılar. Toxmaqlı oymağı Müəllif: Ənvər Çingizoğlu |
Toxmaqlı-Qaradağlılar→ |
Ustaclı elinə qatılan oymaqlardan biri də Toxmaqlıdır. Tarixi qaynaqlarda Toxmaqoğlu kimi də yazılır. Toxmaqlı oymağı Qaradağda məskunlaşmışdı.
Toxmaqlı oymağı öncə Sivas vilayətində yaşam sürürdü. 1 Şah Ismayılın yürüşü ərəfəsində elliklə gəlib, ona qoşuldular. Qızılbaşlar dövlətinin yaranmasında önəmli rol oynadılar.
Toxmaqlı oymağı I Şah Təhmasibin hakimiyyəti dönəmində Azərbaycan əyalətinin Qaradağ vilayətində yerləşdilər. Şah bu oymağın nümayəndələrinə Dizmar mahalını tiyul, soyurqal kimi yeyimlik verdi.
Oymağın ünlü nümayəndələrindən danışmazdan öncə Qaradağ vilayəti haqqında bilgi vermək yerinə düşər.