Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Qariə surəsi
←Əl-Adiyt surəsi | Quran. Əl-Qariə surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Ət-Təkasur surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.
2. Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!
3. Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).
4. O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.
5. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.
6. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs
7. Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.
8. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə
9. Məskəni və pənah yeri Haviyə olacaqdır.
10. Sən nə bilirsən ki, Haviyə nədir?
11. Olduqca qaynar və yandırıcı bir oddur.