Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ət-Təkasur surəsi
←Əl-Qariə surəsi | Quran. Ət-Təkasur surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əl-Əsr surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir – birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
2. O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
3. Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
4. Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
5. Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk – şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
6. Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
7. Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.
8. Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız.