Qurban olduğum (Gülalı Məmməd)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qurban olduğum Müəllif: Gülalı Məmməd |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Ağ əllərin oynar bağda gül ilə,
Dindirərəm səni şirin dil ilə.
Qapında əylənib qallam il ilə,
Oyan, gözlərinə qurban olduğum.
Bahar olcaq bağçanıza bar gələr,
Payız olcaq dağınıza qar gələr,
Səndən ayrı düşmək mənə ar gələr,
Oyan, gözlərinə qurban olduğum.
Gülalı Məmmədəm, qadan alayım,
Ölməyəyim, qol boynuna salayım,
İstərsən qapında qulun olayım,
Oyan, gözlərinə qurban olduğum.