Sələbiyyə/Tülkünün yuxu görməsi
←Tülkünün xoşhal olması və fal açması | Sələbiyyə Tülkünün yuxu görməsi Müəllif: Məhəmməd Bağır Xalxali |
Qurdla tülkünün söhbəti→ |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xülasə, çün bu fikrə düşdü Tülkü,
Qəmü qüssə odunda bişdi Tülkü.
Uşaqların salardı hey xəyalə,
Tökərdi göz yaşın, eylərdi nalə.
Əyalın fikr edib gəldi fəğanə,
Ucaldı şölə ahi asimanə.
Düşərdi xatirinə qövmü qardaş,
Ələrdi gözlərindən müttəsil yaş.
Müsibət riştəsinə bəstə oldu,
Zibəs döydü özünü, xəstə oldu.
Zəlalət mövcünə qərq oldu, batdı,
Başını qoydu bir daş üstə yatdı.
Yuxuda gördü bir şəxsi-mücəlləl,
Gəlib lütf ilə çəkdi başına əl.
Mücəlləl çün Kəlimi-adiyi-Tur,
Dirəklənmiş üzündən göylərə nur.
Buyurdu dur, nədəndir, ey bəlakeş
Ki, olmuş böylə əhvalın müşəvvəş.
Nə var başında, ey məhzuni-külbaş,
Tökər daim gözün peyvəstə qan-yaş:
Yaxan parə, gözün yaşlı, pərişan,
Olub şüğlün dəmadəm ahü əfğan.
Nə dərdin var düşübsən ruyi-xakə,
Səməkdən övc edib ahın səmakə.
Eşitcək bu sözü Rubahi -xəstə,
Ayağa durdu ol zarü şikəstə.
Səlam eylüb, buyurdu rəsmi-təslim,
Əlin qoydu döşünə, qıldı təzim.
Vurub cəlladi-qəm boynuna dürtmə,
Töküb göz yaşını, çaldı ögürtmə.
Çəkib övzai-əhvalin bəyanə,
Bu nəhv ilə deyərdi yanə-yanə:
"Tərəhhüm qıl, ağa, didəm yaşınə,
Məni çöndər uşaqların başinə.
Düşübdür yadıma əhli-əyalim,
Odur tüğyan edibdir əşki-alim.
Atam acdir, anam ac, külfətim ac,
Müsibət oxlarına oldum amac...
Dedi ol şəxs yatma, dur ayağa,
Təlaş eylə, dayanma, çıx bu dağə,
Görərsən orda bir qurt, eylə təzim,
Əlindən hər nə gəlsə, eylə təkrim.
Onunla yoldaş ol, gəz bu aradə,
Bu tezliklə yetərsən sən muradə.