Sənə qurban (Aşıq Cəfərqulu)
Sənə qurban Müəllif: Aşıq Cəfərqulu |
Aşıq Cəfərqulu 1885-ci ildə Laçın bölgəsinin Seylanlı kəndində dünyaya gəlib. |
Neşdər kipriklərin tökdü gözümü,
Qan axır yaramdan gəl, sənə qurban.
Söylə bilirsənmi öldürsən məni,
Sənə cəllad deyər el, sənə qurban.
Divanə olmuşam, xəyalım çaşıb,
Dərdlər qalaqlanıb başımdan aşıb.
Danışa bilmirəm, dilim dolaşıb,
Xiffətdən olmuşam lal, sənə qurban.