Səndən, gözəlim, özgə kəsdə nəzərim yoxdur

Səndən, gözəlim, özgə kəsdə nəzərim yoxdur
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Əliağa Vahid


Səndən, gözəlim, özgə kəsdə nəzərim yoxdur,
Dərdü qəmi-eşqindən başqa kədərim yoxdur.

Dünyanı bütün gəzsəm, olmaz sənə oxşar can,
Avarə bu könlümtək heç yanda yerim yoxdur.

Baş qoysam ayaqların altında, nə qorxum var.
Vəslin mənə mümkünsə, başdan xətərim yoxdur.

Tək bir gecə də olsa, tərk eyləmərəm kuyin.
Hər daş ola bir darğa, xövfüm, həzərim yoxdur.

Səndən mənədək, canan, min illik uzun yoldur,
Məndən sənə bir addım yoldur, xəbərim yoxdur.

Milçək kimi, Xaqani, sərsüfreyi-vəslində,
Cimçəşmə əgər gəzsə, bil ki, zərim yoxdur