Müəllif:Əliağa Vahid

V hərfi ilə müəlliflər Əliağa Vahid
(1895–1965)
Sister Projects. Həmçinin baxın: Bioqrafiyası • Şəkilləri • qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (17 iyun 1943), Azərbaycanın ilk Dövlət Mükafatı laureatı.
Əliağa Vahid


Qəzəllər

redaktə

Bir zaman mən də əsiri-rəhi-meyxanə idim

Həvəsi badə ilə aşiqi-peymanə idim


Bir dəqiqə yerə düşməzdi əlimdən badə

Gözlərin şövqi ilə öylə ki məstanə idim


Bütün ömrüm keçib aləmdə şərab içmək ilə

Badədən xali olan yerlərə biganə idim


İndi təklifi şərab eyləmək artıqdı mənə

Mən ki meyxanədə bir xanəsi viranə idim


Şə'mə pərvanə yanırdı gecələr sübhə kimi

Məndə öz sevgilimin şəminə pərvanə idim


Çalışırdım saçının fikri başımdan çıxsın

Görməsəydim səni bir gün dəli-divanə idim


Məni Vahid bu pəriçöhrələr etmişdi əsir

Məndə Məcnun kimi dillərdə bir əfsanə idim

Tərcümələri

redaktə

Mahnılar

redaktə