Saqinin
Saqinin Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Varmı mənim kimi bir qanı dolmuş,
Eyşin qurmuş otağında saqinin.
Çahar zülfü bir-birinə vurulu
Qanlar oynar buxarında saqinin.
Ay ilə gün bir-birinə çatılı,
Sevdiciyim yağnan bala qatılı,
Doğram-doğram olub gözə tutulu,
Qara bağrım bıçağmda saqinin.
Humay kimi dövr elərəm havada,
Babam öldü, yetim qaldım yuvada,
Bir əli əllərdə, ağzı duada,
Bir əli də ayağında1 saqinin.
Qurbani der: bu dərd mənə qalınca,
Canım çıxıb yar xətrini alınca,
Payız gecələri sabah olunca,
Çeşmim yağı çırağmda saqinin.