Stalinlə ixtilal xatirələri/Moskva yolunda

Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı Stalinlə ixtilal xatirələri. Moskva yolunda
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Moskvada iki il
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu


Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də həzin və mütəəssir baxışları arasında qatar hərəkət edir. Moskva yolundayıq. Normal şərtlər daxilində beşinci gün Moskvada olmalı qatar indi ən azı on beş gün yol gedəcək.

Dərbənd divarları nə üçün çəkilmişdir

Ilk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəlir. Stalin məiyyətilə bərabər Temirxan Şuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan sovet muxtariyyətinin təŞkili mərasimində iŞtirak edəcək. Onu müŞayiət edənlər arasında o zaman Moskvada intiŞar edən “Vostok” (iərq) jurnalının məŞhur müdir və mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daŞıyan inqilabçı bir emiqrant) da var. Bu imza ilə “Bakinski raboçi” qəzetində çıxan məqalədə tarixi Dərbənd divarlarına aid bir yazı dərc edilmiŞdi. Hələ Sasanilər zamanında çəkilmiŞ, sonra ərəblər zamanında təmir olunmuŞ bu divarlar, Mixayloviçin məqaləsinə görə, cənubdan gələn təcavüzlərə qarŞı yaradılmıŞ bir sədd olaraq təqdim edilirdi. Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin həqiqətə uyğun olmadığını anladım. Stalin dərhal gözlərilə aradı və bir az o tərəfdə baŞqaları ilə söhbət etməkdə olan Mixayloviçi çağırdı: - Qulaq as, - dedi. - Sən özünü tarixçi hesab edirsən, bax Rəsulzadə nə deyir. Dərbənd divarları cənuba deyil, Şimala qarŞı yaradılmıŞ bir sədd imiŞ...

Salon vaqonda kimlər vardı

Stalinin salon-vaqonuna bağlanmıŞ dəftərxana vaqonunda bizə bir kupe ayrılmıŞdı. Bu vaqonda bizdən baŞqa vaxtilə PolŞanın kiçicik qəsəbələrinin birində silah zavodunda dəzgahdar iŞləmiŞ, indi Stalinin dəftərxana müdiri olan berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər dəftərxana katibliyi vəzifəsini daŞıyırdı. Yanında əvvəlki ərindən 8 yaŞlarında bir qızı da var idi. Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra Leninqrad) pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov iŞğal etməkdə idi. Dəftərxana vaqonu bizim üçün eyni zamanda vaqon-restoran idi. Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik. Uzun sürən yolçuluğumuzun yeknəsəq olduğunu söyləsək həqiqətə çox da uyğun olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək tualetimizin zəruri iŞlərindən idi. Bununla belə dəftərxana süfrəsində aylarla çəkdiyimiz sıxıntının əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal malımız kimi yeyirdik.

Stalinin xatirələri

Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi arabir öz salonvaqonuna çağırırdı. Bəzən də dəftərxana vaqonuna gələrək oradakılarla ordanburdan danıĢırdı. Bəzən madam Berzanovskinin qızı ilə söhbət edər, zarafatyana “sən Dədə Vilsonun 14 maddəsini bilirsənmi? - deyə “lətifə” danıĢar, bəzən də öz sərgüzəĢt və macəralarına aid xatirələr söylərdi. ġimalda sürgündə olduğu eskimoslar arasında balıq ovu ilə dolandığı və bu iĢdə istifadə etdiyi üsul sayəsində yerlilərdən daha müvəffəqiyyətli olması səbəbindən onların nəzərində az qala kəramət sahibi bir övliya kimi göründüyündən və odur ki, Ģəxsiyyətinin sitayiĢ edildiyindən açıq bir zövqlə bəhs edirdi. Stalin eskimosların gözündə hər Ģey imiĢ; xəstələnəndə onun yanına gəlirlərmiĢ; o da verdiyi bəzi sadə həb və tozlarla yüngül xəstəliklərin qarĢısını alırmıĢ. Bir gün eskimos dilbərlərindən birisi müalicə üçün onun yanına gəlibmiĢ; müayinə əsnasında cinsi bəzi vəziyyətlər alıbmıĢ. Stalin əhəmiyyət verməyib. Halbuki bu dilbər, zəkası ilə eskimoslar arasında məĢhur olan bir qəhrəmandan hamilə qalmaq istəyirmiĢ... Eskimoslar arasında görünən bu cinsi toleransa müqabil, sözü Qafqaz millətlərindəki erotik əxlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə verdiyi edam əmrini bizə danıĢır. Kommunist Partiyasının inqilab sahəsində xidmətləri olmuĢ, sınanmıĢ üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə edərək, dağlı bir qızın namusuna toxunubmuĢ; Stalin onun ən böyük cəza ilə cəzalandırılmasını əmr edib. Partiya və sovet xadimləri bu yoldaĢın dəyər və xidmətlərini nəzərə alaraq Stalinin yanında onun üçün zəmanət vermiĢ, fəqət o, “qətiyyən olmaz, elə indi xalqın gözü qarĢısında edam ediləcək” demiĢdir; çünki “müsəlman xalqı bu xüsusda göz yummağı qətiyyən bağıĢlamaz!” Dağlardakı “adətlərə”, buradakı “namus” anlayıĢına hörmət hökumətə etibar baxımından əsasdır.

İrana tətbiq olunan siyasət

Yolboyu söhbətlərdə, təbii ki, hər cür mövzulara toxunulur və əsasən Qafqazda cərəyan edən hadisələrlə bağlı olaraq bir qrup tanınmıŞ Şəxslərin oynadıqları rollardan və xarakterlərindən bəhs açılırdı. Qafqazdakı Şərait və o zamankı hadisələrdən xəbəri olanlar üçün maraqlı olması Şübhə doğurmadığına baxmayaraq, dünya əfkari-ümumisini çox o qədər də ilgiləndirməyən bu təfərrüatdan sərf-nəzər edərək, yolboyu edilən söhbətlərdə toxunulan mövzuların yalnız ən mühümlərini burada qeyd edəcəyəm. Stalin bir gün Irana qarŞı tətbiq edilən siyasət məsələlərinə toxundu. - Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər Irana hücum planları hazırlayırlar. Dərhal mane oldum (o zaman Azərbaycanın sovetləŞdirilməsindən sonra yerli bolŞeviklər Iranın Gilan vilayətinə hücum edərək Iran hökuməti ilə ixtilafa düŞmüŞdülər). Nə üçün mane olduğunu belə izah etdi: - Iranı sovetləŞdirməyə baŞlamaq yanlıŞ bir hərəkətdir. Orada nəinki cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir iŞdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə giriŞmək macəraçılıqdan baŞqa bir Şey deyildir, - dedi. - YaxŞı, Iran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz; oradakı Şərait Irandakı Şəraitə bənzəmirmi? Niyə “Iran taktikasını” oraya tətbiq etməyəsiniz? Stalin bir az düŞündü: - Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmıŞ ziyalılar var, - dedi. - Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz etdim. Mübahisəni dərinləŞdirmədi.

Rus-alman əməkdaşlığı

O zamankı vətəndaŞ müharibəsi və inqilabi hadisələrin cürbəcür səhnə və məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr danıŞır və cümlələr iŞlədirdi. Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baŞ tutması üçün rus-alman əməkdaŞlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan Ropolloda bağlanmıŞ müqaviləni öyürdü. Bu müqaviləyə görə rus inqilabi imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya inqilabının müvəffəqiyyətinin qarŞısını ala biləcək bir qüvvə tapılmaz; Lenin indi tətbiq etmək istədiyi beŞillik planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları ilə təmin edəcək bir hala gətirmək əzmindədir, - deyirdi.

İngilislərə qarşı nifrət

Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluŞlarına əngəl olan dünyada bir qüvvə varsa, o da Ingiltərə imperializm qüvvəsidir, - deyirdi. Söhbət buraya gəlincə Stalinin səsi sərtləŞdi və intiqam qığılcımı saçan parlaq gözləri ilə uzağa baxaraq: - Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya qaldıraraq, bunları Şəxsən öz əlimlə öldürmüŞəm. Indi polkovnik Stoks deyilən bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm, - deyir. Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” Şəxsən tanıyıram. Onunla 1911- ci ildə Tehranda tanıŞ olmuŞdum. O zaman orada “Irani-nou” qəzetinin baŞ redaktoru idim. Avropa üsulunda Iranda ilk dəfə olaraq təsis olunan bu gündəlik demokratik qəzet getdikcə artan rus nüfuzunun intriqaları ilə bağlanırdı. O günlərdə Amerikadan Iranın maliyyəsini islah məqsədi ilə gələn məŞhur Morqan iusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə Rusiya səfaratı məni Irandan xaricə atdırmaq üçün təŞəbbüs etmiŞdi. Dünya mətbuatı bizim müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən Parisdən çıxan “Siyeql” qəzetinin Tehrana gəlmiŞ xüsusi redaktoru “Irani-nou” qəzeti ilə mənə həsr edilmiŞ böyük bir reportajdərc etmiŞdi. O zamankı Iran xarici iŞlər naziri yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim Şərəfimə verdiyi axŞam yeməyinə indi Iran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi Şəxslərlə birlikdə “Telmis” qəzetinin müxbiri ilə ingilis səfirliyinin hərbi attaŞesi Stoksu da dəvət etmiŞdi. Stoks Irandakı irtica qüvvələrini müdafiə edən Rusiya siyasətinin əzmkar müxalifətlərindəndi. Daha sonra Stoksla görüŞmüŞdük. Birinci dünya müharibəsində qalib gələn müttəfiqlər adından Azərbaycanda olan ingilis iŞğal qüvvələri komandanı general iatelvortun Ştabında siyasi müŞavir idi. Stalinin adını hiddət və təhdidlə çəkdiyi Stoks elə bu Stoks idi.

İngilis-rus rəqabəti

Söhbət bir aralıq bolŞeviklərin təqib etdikləri və edəcəkləri iərq siyasəti üstünə gəlmiŞdi. Bu məsələdə görüŞlərini izah edərkən Stalin çarlar dövründəki məŞhur ingilis-rus rəqabətilə indiki ingilis-rus, onun təbiri ilə ingilis-sovet münasibətlərinin bir-birindən radikal Şəkildə ayrıldıqlarını anladaraq: - O zaman iki yırtıcı qarŞı-qarŞıya durmuŞdular; indi isə (bir müstəmləkəçiyə qarŞı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa fürsət vermədən): - Indi isə iki xilaskar durur, - dedim. Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düŞmənlərlə biz özümüz bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim.

İran haqqında xatirələrim

Söz dönüb-dolaŞıb yenə Iran üstünə gəlmiŞdi. Bu münasibətlə mən Irandakı məŞrutə hərəkatında iŞtirakımla bağlı orada gördüyüm hadisələrə toxunan xatirələrimi danıŞırdım; o cümlədən təxminən 1911-ci ildə Irandan sürgün edildikdən sonra Istanbulda Iran inqilabı haqqında təəssüratlarımın bir qismini nəŞr etdirdiyimi, digər qisminin isə nəŞr edilməmiŞ qaldığını söylədim. Stalin dərhal maraqlandı, bunları Moskvada nəŞr edək, bizim üçün çox maraqlı olar, - dedi. - Yazılar yanımda yoxdur, Bakıda qaldı, - dedim. - Məhəmməd Əli elə indi geri dönsün, materialları gətirsin, - dedi. - Hələlik qalsın, birdəfəlik Moskvada yerləŞdikdən sonra baxarıq, lazım olarsa, Məhəmməd Əli oradan da Bakıya gələ bilər, elə deyilmi? - dedim.

Sultan Məhəmməd Fateh

Stalin bizə bolŞevik partiyasının ona vermiŞ olduğu bir mövzunu iŞləməklə məŞğul olduğunu danıŞırdı. O, dövlət və inqilab iŞlərindən boŞ vaxtlarında “Leninizmin əsasları” mövzusunu araŞdırmaqla məŞğul idi. Bu münasibətlə ideoloji və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi. Bir gün mənə: -Mamed Saltan kimdir? - dedi. -Mamed Saltanmı? Bu adı harada gördünüz? - deyə soruŞdum. Yadına sala bilmədi. Plexanovda görmüŞ olduğunu sonradan baŞa düŞdüm. Demə Mamed Saltan dediyi Şəxs Sultan Məhəmməd Fateh imiŞ. Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu sayılan MüdhiŞ Ivan (Ivan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd Fatehin idarəsini xülasə edərək yazılmıŞ bir əsər vardır. Rus sosial-demokratlarının məŞhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heç cür tanımadığı və öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd Fateh!

Müdhiş İvan bir idealdır

MüdhiŞ Ivan Stalinin dünya görüŞündə çox kök salmıŞ, nümunəvi bir simadır. O, bir dövlətin ancaq terrorun iŞləndiyi metodlarla yaradıla biləcəyinə inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur. Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləŞdirmək üçün, onun fikrincə, Ivanın etdiklərindən baŞqa bir hərəkət qabil deyildir. Tarixin inkiŞaf amili xalq deyilən amorf kütlə deyil, inqilabçı əqəliyyət (azlıq) zümrəsidir. Bu zümrə məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu plana uyğunlaŞdırmaq üçün onu zorlayar. Dünyanın bütün inqilabçıları belə etmiŞlər. Stalinə görə MüdhiŞ Ivan da bir növ inqilabçı idi. Mən terrorun bir sistem olaraq faydalı olduğunu düŞmənin doğru olmayacağını izah etmək istədim. Fransa inqilabından bəzi misallar gətirməyə baŞladım. O, bir az dinlərdi və: - Yox, - dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixindəki rolu mühümdür. Biz bolŞeviklər, təbii ki, Şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror baŞqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə Şübhəsizdir, - deyə davam etdi. - Bir adamı öldürməkdən, əlbəttə, bir Şey çıxmaz; bir çox adamı birdən öldürmək ki, kütləvi bir təsiri olsun, - dedi və əlavə etdi: “Biz tərbiyə etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.

Demokratiya məfhumuna nifrət

Kütlənin məntiqlə qandırılacaq bir Şey olmadığını isbat etmək üçün o vaxtilə Tiflisdə menŞeviklərdən Xomeriki ilə öz arasında olan bir macəranı danıŞdı. - Mən, - dedi. - Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi tərəfindən (komitənin baŞında Lenin dururdu) göndərilmiŞdim. Xomeriki də eyni Sosial-Demokrat Partiyasının Tiflis TəŞkilatı Mərkəzinin nümayəndəsi idi. Əksəriyyəti fəhlələrdən ibarət olan yerli partiyaçılar kütləsi qarŞısında mərkəzi komitə ilə yerli təŞkilatın iki nümayəndəsi sifəti ilə mənimlə Xomeriki görüŞlərimizi izah etdik. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir neçə dəfə də Xomeriki öz tezislərimizi müdafiə etdik. Nəhayət, münaqiŞələrdən bir nəticə almaq lazım gəlirdi. Bir qərar layihəsini mən, bir qərar layihəsini də Xomeriki qələmə alaraq iclasa təqdim etdik. Iki qərar layihəsindən birini səs çoxluğu ilə qəbul etməli idilər. Halbuki nə oldu. Müvəqqəti olaraq ikimizin də iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən baŞlandı və bizi də çağırdılar. Nə qədər versələr bəyənərsiniz: - Xomeriki yoldaŞı çox sevirik, illərdir bizə baŞçılıq edir, onunla bərabər iŞləmiŞik. Koba yoldaŞ da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik. DüŞündük-daŞındıq; ən yaxŞısı bu iki yoldaŞı bir otağa salaq, qarŞılıqlı anlaŞmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək, - deyə qərar verdilər. Bu hekayəni danıŞdıqdan sonra Stalin bizə xitabla: - Xomerikiyə bu da sənin demokratiyan! dedim, - deyir. Demokratiyaya nifrətini və inqilabçı əqəliyyət prinsipinə, diktatorluğa bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək. Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini idealizə etmək bir moda idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olunur, müğayir Şərtlər ortaya ataraq tətil edərsə də onu zorla iŞlətmək olmaz kimi düŞüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə “proletar əfəndilərə” təlqin olunmuŞdu. Fəhlə sinfinə bu təlqini aŞılayanların baŞında Şəxsən bolŞeviklərin özləri dururdu. Elə bizimlə ilk tanıŞlığında Şəxsən Stalin də bu sinfi seçilmiŞ, qabaqcıl bir sinif deyə öymüŞdü. “Ağ”lara qarŞı mübarizə əsnasında Volqa boyunda bir gəminin yükünü boŞaltmaq lazım gəlmiŞ, sahildəki fəhlələr iŞləmək istəməmiŞlər; Stalin o saat onların içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiŞ, gəminin boŞaldılmasını təmin etmiŞdi. Bunu bizə böyük bir iftixarla danıŞırdı.

Xalq görsə inqilab olar

Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli: - Yoldaş Stalin, bu niyə? - deyə soruşdu. - Bayırdakılar masamızı görməsinlər, - dedi. - Görürlər görsünlər, nə olar ki?.. - Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?

Trotskiyə qarşı dərin bir nifrət

VətəndaŞ müharibəsi və inqilab zümrəsi içindəki çəkiŞmələrə, bolŞevikmenŞevik münaqiŞələrinə aid cürbəcür mövzular ətrafında inqilab aktyorlarından bəhs edən Stalin, Lenindən böyük bir ehtiramla bəs edir, onun rus olduğunu yerliyersiz qeyd edirdi. O zaman adı Leninin adı ilə bərabər çəkilən Trotskinin hər Şeydən əlavə yəhudi olması səbəbindən baŞda ola bilməyəcəyini söylərdi. “Xalq dövlətin baŞındakı Şəxsə çox diqqət edir. Onun bütün sümüklərini bir-bir öyrənir, əslinə- nəcabətinə əhəmiyyət verir” - deyirdi. Bu arada bir münasibət gətirərək özünə Leninin nədən daima Lenin adı yanında bir də Ulyanov adını qeyd etməyi unutmamasının səbəbini soruŞdum (görünür, Lenin bunu özünün yəhudi deyil, əsl rus olduğunu göstərmək üçün edirdi). Bir az düŞündü və: “Bunun səbəbini bilmirəm”, - dedi. Lenin Stalin üçün “böyük bir müəllim”, “dahi bir rəhbər” idi. Nə qədər sərt və çətin əmrləri olurdusa, bunları mütləq yerinə yetirmək onun üçün bir zövq idi. Sarisın (sonra Stalinqrad) cəbhəsi müŞkül bir vəziyyətdə ikən Lenin nə bahasına olursa-olsun Sarisını əldə saxlamalısan deyə göndərdiyi teleqrama Stalin “əlim titrəməz!” deyə cavab vermiŞ və özündə zəiflik hiss edən hər kəsi güllələtmək surətilə istənilən nəticəni təmin etmiŞdi. Trotskiyə gəlincə, bu “əski menŞevik”dən Stalin istehza ilə danıŞırdı. Stalinə görə o, təmtəraq sevən, xudpərəst, qeyri-səmimi, dəyərsiz, yalançı bir dil pəhləvanı imiŞ. Uzun zaman bolŞevik əleyhdarı bir menŞevik ikən onun Leninə yalnız son dəmdə “zəfər təranəsi çalaraq gəldiyini” istehzalı bir dillə qeyd edirdi. 1919-cu ildə VarŞava altındakı məğlubiyyəti üçün Qızıl Ordu Stalinin ifadəsinə görə yalnız Trotskinin ədəbazlığına borclu imiŞ.

Antisemitizm

Trotskini tənqid və istehza edərkən Stalinin ifadəsindən çox da gizlədilməyən bir antisemitizm qoxusu gəlirdi. Bir gün qatarımızın durduğu stansiyaların birində bayırdan içəri girən Stalin müəmmalı bir əda ilə mənə xitab edərək: - Yoldaş Rəsulzadə, Siz Qaşqar proletariatını tanıyırsınızmı?- deyə soruşdu. - Orada proletariat nə gəzir! - deyə cavab verdim. O: - Hə!.. Cühudun (rusca həqarətlə deyilən “jid” təbirini işlədərək) birisi gəlib, özünü mənə Qaşqar proletariatının nümayəndəsi deyə təqdim edir, belə bir proletariatdan xəbərim yoxdur, deyə onu rədd etdim. - dedi.

Avropalılar haqqındakı hissiyatı

Çiçerinin xarici siyasətdəki rolunu da Slalin ciddi saymırdı. “Tülkü avropalılar bizim hərif diplomatlarımızı aldadırlar” deyirdi. Gürcü və rus dillərindən baŞqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə Leninlə görüŞmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa mədəniyyəti deyilən Şey haqqında yüksək bir fikir sahibi deyildi. Onun üçün bu mədəniyyət slavyanofillərin düŞündükləri kimi çürümüŞ bir mədəniyyət idi. Əsl yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir iŞıq yayılacaqdı. Bu gün Rusiyada artıq çəkinmədən təriflənən mədəni sahədəki rus liderliyi Stalinin söhbətlərində hələ o zaman sezilirdi. Rus onun üçün dünyanın mənən olduğu kimi təbiətcə də ən məhsuldar bir milləti idi. Kənddə rast gəldiyi hamilə rus qadınının “on beŞ uŞağım var, on altıncısı da elə buradadır”, deyə böyük bir iftixarla qarnını göstərdiyini, bəhs etdiyi qadını təqlid edən bir jestlə canlandırırdı. Avropa kapitalistləri öz mədəniyyətlərini ya Ingiltərə və Fransa kimi əllərinə keçirərək müstəmləkələrinə çevirdikləri ölkələr hesabına, ya da Almaniya kimi məğlubiyyətə uğratdığı Fransanı hərraca qoymaq surəti ilə təmin etmiŞlər. Sənayecə bu millətdən çox geri qalan Rusiyanı inkiŞaf etdirmək üçün daxili müstəmləkəçilikdən istifadə etməkdən baŞqa bir çarə qalmamıŞdır. Leninin təsəvvür etdiyi beŞillik plan isə inqilabi Rusiyanı bir an əvvəl sənayeləŞdirməyə yönəlmiŞ bir əzmdir. Rusiyada əzəmətli bir sənayeləŞdirmə planı tətbiq olunacaq; bu sahədə əsrlərin nəticəsi olan gerilik aradan qaldırılacaq; kommunist inqilabını bütün dünyaya yaymaq üçün müstəmləkə və yarımmüstəmləkə halında olan bütün iərq millətlərinin Qərb kapitalistlərinə qarŞı apardıqları istiqlal mübarizəsinə özləri həm dayaq, həm də rəhbər olacaq. Stalinin bu yolda elə “siqayi-müzari” ilə (indiki-gələcək zaman formasında) bəhs etdiyi planlara qarŞı cəbhədən hücum etmək bizim vəziyyətimizdə olanlar üçün bir “nəzakətsizlik” olardı; /onun/ nəzəri-diqqətini görülmək üzrə olan iŞlərin bu xüsusda çox da ümidverici bir halda olmadığına iŞarə etməklə təmin edirdik; Sovet sistemində insanın bir fərd və bir Şəxsiyyət olaraq ortadan qaldırıldığını irəli sürürdük.

Millətlər məsələsi

Stalinin qızğınlıqla mübahisə açdığı məsələlərdən biri də milli məsələ idi. BolŞevik partiyasının milli məsələ sahəsindəki nəzəriyyəsi və praktikası üzrə mütəxəssisi sayılan Stalinin bir də Millətlər komissarı olması təsadüfi idi?.. MenŞeviklərin milli məsələdəki taktikasını Şiddətlə rədd edən Stalin Avstriya sosialistlərindən Otto Bauerin müəyyən bir əraziyə bağlı olmadan millipersonal (milli-mədəni) muxtariyyət prinsipinə dayanan sistemini Şiddətlə tənqid edir. Bir millət üçün yalnız mədəni iŞlərdən ibarət bir muxtariyyətin qətiyyən kifayət etməyəcəyini, millətləri təmin edən Şeyin hər Şeydən öncə özlərini Şəxsən idarə etməkdən ibarət olmasını deyir. Rusiya daxilindəki millətlər üçün millipersonel deyil, milli-territorial (milli-ərazi) bir muxtariyyətin qəbul edilməsi lüzumunu irəli sürür. Sovet hökumətinin iŞ baŞına gələr-gəlməz nəŞr etdiyi məŞhur dekreti dəlil kimi göstərirdi. Fəqət mən nəzəriyyədə “dekretləŞmiŞ” olan prinsipə, praktikada çox da riayət edilmədiyinə və bunun ən yeni misalı olaraq müqəddəratına Şəxsən sahib olmaq istəyən Azərbaycanın qüvvə tətbiq edilərək sovetləŞdirildiyinə iŞarə edərkən o: - Əsasında Şayani-təqdir olan təyini-müqəddərat hüququ mütləq deyil, fəhlə inqilabının baŞ mənafeyinə tabeli bir hüquqdur, - dedi. - Bu kimi Şərtə aid qeydlərlə ən mükəmməl prinsipləri praktikada güddükləri məqsədlərin tam əleyhinə olan nəticələrə çıxarması mümkündür, - cavabını verdim. Stalinlə bu söhbət mənə 1917-ci ilin mayında Moskvada Rusiya Müsəlmanları Qurultayında olan mübahisələri xatırlatdı. Orada mən Rusiyanın milli-territorial muxtariyyətlərə ayrılması prinsipini müdafiə edir, Əhməd bəy Salkov isə Rusiyanın mərkəzi demokrat bir hökumət halında qalaraq millətlər üçün yalnız milli-mədəni iŞlərlə məhdudlaŞdırılan “milli-personal bir muxtariyyət” tələb edirdi. Nəticədə qurultay əksəriyyətlə bizim istiqlal tezisimizdən çıxan milliterritorial muxtariyyət tələb edən qərar layihəsini qəbul etmiŞdi. Qurultaydakı bu mübahisələri sözgəliŞi danıŞdığım zaman Əhməd Salkov haqqında Stalin: - Məqsədsiz, rusofil bir menŞevik deyilmi? - dedi. - Və biz də bu günlərdə inqilab hazırlığı ilə məŞğul idik, - deyə əlavə etdi.


Müəmmalı bir hadisə

Səfərimiz Türkiyə-sovet münasibətlərinin çox gərgin bir dövrünə təsadüf etmiŞdi. Kamalçı Türkiyədən Moskvaya bir heyət göndərilmiŞdi. Heyət Moskvada müzakirələr apardığı vaxt Ankara hökumətinin o zamankı xarici iŞlər naziri Bəkir Sam bəyin Fransada imzaladığı birtərəfli müqavilə sovetlərin narahatlığına səbəb olmuŞdu; Türkiyəyə göndərilməkdə olan hərbi sursat göndərilməsi dayandırılmıŞdı. Bu münasibətlə Ankara ilə Moskva arasında yazıŞmalar davam edir, dalbadal alınan teleqramlarda Stalinin mülahizəsinə müraciət olunur, onun fikri soruŞulurdu. Moskvadan gələn narahatlıqlarla dolu bu təcili teleqramları Berzanovski ona göstərdikcə Stalin: - Ziyanı yox, gözləyərlər, - deyə cavab verirdi. Əhəmiyyətli teleqramların yağmaqda olduğu bu günlərdən birində salonvaqon rəisi Davidov bizim yanımıza gəldi: - YoldaŞ Stalin sizi o biri vaqona köçürmək istəyir, hazırlaŞın, - dedi. Bu zərurət nədən doğdu? Davidovdan bir Şey soruŞmadıq. Hər halda bu yaxŞı bir əlamət deyildi, narahatlıq içində baŞımıza nələr gələcəyini acizanə Şəkildə gözləyirdik. ieylərimizi yığdıq; hər saat yerimizi dəyiŞməyə hazır bir vəziyyət aldıq... Xəbər günorta verilmiŞdi. AxŞama qədər bir hadisə olmadı. Gecəni narahatlıqla keçirdik. Səhər oldu. Davidov bir neçə dəfə gəldi-getdi, bir Şey demir. Öz-özümüzə “təhlükə sovuŞdu” deyirik, amma xəbərin səbəbini heç cür izah edə bilmir, maraq içində gözləyirdik. Məsələni Berzanovski və ya Stalindən soruŞmağa da münasib görmürük. Nəhayət, zehinlərimizi müəmma ilə yox, hazırkı vəziyyətlə məŞğul etməyə baŞladıq, özümüzü bizi bezdirən həŞəratlardan kupeni təmizləmək iŞi ilə məŞğul etməyə üstünlük verdik. Hadisənin nədən ibarət olduğunu sonra bildik. Irəlidə anladacağım kimi Moskvada onunla bir tavan altında yaŞadığımız Davidov bir gün bizə danıŞdı. Yolda gələrkən sizi baŞqa kupeyə köçürəcəkdik, sonra bundan vaz keçdik, səbəbini bilirsinizmi? - dedi və izah etdi: - Berzanovski gəlib, Stalinə Türkiyə məsələsi üzrə teleqramlar gəlir-gedir, Rəsulzadələr də dəftərxana vaqonunda, iŞin məxfi tərəfi pozulur, demiŞdi. Stalin bundan sonra mənə sizi baŞqa bir kupeyə köçürmək əmri vermiŞdi. Sonra məndən Rəsulzadələr özlərini necə aparır deyə soruŞdu. Mən də çox təmkinli və sakit insanlardır, yeməklərini yeyib, sonra öz kupelərinə çəkilir, baŞqa heç bir Şeyə qarıŞmırlar, dedim. - Mən onları yaxŞı tanıyıram. Onları rahat burax. Yerlərində qalsınlar, - dedi.