Stalinlə ixtilal xatirələri/Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı

Çarlığa qarşı mücadilə yarım yüzil öncə Stalinlə ixtilal xatirələri. Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Moskva yolunda
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu


1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. Təntənəli Şəkildə ifadə olunmuŞ bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmıŞ, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmiŞdi. Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiŞ, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmıŞdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləŞdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, iŞdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maŞını) durmadan çalıŞır (iŞləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir Şəxsiyyət buraxmırdı.

Bakıda “Osobı Otdel” həbsxanasında

Bu Şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə arkadaŞlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiŞ, əski iirvan vilayətinin mərkəzi iamaxı civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə gizlənmiŞdik. Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəŞf edilmiŞ, yaxalanaraq Bakıya geri gətirilmiŞ və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqəladə iŞlər Şöbəsi olan “Osobı otdel”ə təslim edilmiŞdik. “Osobı otdel”də bizi həbsxana halına gətirilən əski, böyük bir binanın bir otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəŞ görməyən qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və ümumiyyətlə, mebel namına heç bir Şey yoxdu. Üstümüzə üzərimizdəki yay paltosunu çəkə bilsək də altımıza döŞəyəcək bir Şeyimiz yox idi. Ilk düŞüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaŞ Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamıŞ adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir Şey bulunamazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeŞik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döŞəyərək eləcə yatdıq. Bir-iki gün iki yoldaŞ mətbəxin yeganə sakinləri idik, iki gün sonra “mətbəx ailəsi” yeni gətirilən bir-iki “müsafir”lə də bollaŞdı. Bunlardan Şəhərdə olubbitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimizin əhali üzərindəki ilk əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu təlqin edən Pankratov kimi birisinin müdir bulunduğu “Osobı otdel” həbsxanasındakı müqəddəratımız hər kəsi əndiŞədə buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn təsiri-icradan geri qalmırmıŞ. Mətbəxdə bulunduğumuz üçüncü və dördüncü günü idi. Ilk dəfə olaraq xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya qədər ötürən birisi vardı. Ismini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının baŞ caddələrindən birində zərgər mağazası tutardı. Indi bolŞeviklərin özəl (xüsusi) iŞlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu “bolŞevik casusu” deyə tanıyır. Indi bu “casus” bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir “rekomendasiya” almaqdır. iəhərdə hər kəs onu bizə qarŞı pis rəftar etməklə ittiham edirmiŞ. Halbuki bizimlə nə qədər yaxŞı rəftar etdiyinə Şəxsən biz Şahidik. Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muŞtuluqlamaq üçün gəlibmiŞ. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o bunu onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxŞılıq yapmıŞ olduğunu isbat etsin. Onu təskin etdim: “Söylənənlərə əhəmiyyət vermə - dedim. - Madam ki, bir neçə gündən sonra hürriyyətə qovuŞacağıq, o zaman bir ziyafət verər, orada sizin bizə nə qədər yaxŞılıq etdiyinizi deyərik, məsələ bitər”. Beləcə, əcaib bir Şəkildə istənilən etibarnaməni rədd etdik. Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmiŞdi. Yeməklər bir qəzet kağızına bükülmüŞdü. Bu kağız bir neçə gün əvvəl intiŞar edən türkcə “Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti nə cür bir ciddi cəhdlə oxuyacağını, Şübhəsiz, təxmin edərsiniz. Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir Şəkildə burada nəql edirəm: “Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermiŞdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düŞməməsini tövsiyə edirik”. Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını təsdiq mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi” də bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə Iran məŞrutə hərəkatında mənimlə bərabər çalıŞdığım Heydər xan Əmioğlunun da böyük bir əlaqəsi olmuŞdur. Heydər xan Iranın ən yaxın tarixində mühüm rol oynamıŞ qafqazlılardan biridir. O, Iran məŞrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) deyə məŞhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli Şahın baŞ naziri məŞhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi Təbrizdə yenə məŞrutiyyət mücadilələri əsnasında Şah tərəfdarı, məŞhur irticaçı iücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində dərin bir nüfuz və təsiri vardı. O zaman Iran inqilab hərəkatlarında Şah tərəfdarı əski rejimlərə qarŞı mücadilədə yerli tərəqqipərvər və məŞrutiyyətçilərə yardım üçün gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda olur və baŞındakı bir qrup mücahidlərlə Iran hərəkatlarına iŞtirakla əlaqədar bəzi kombinasiyalar düŞünürmüŞ. Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca, Irandakı məŞrutiyyət hərəkatı zamanı yaranmıŞ dostluq naminə həmən hərəkətə keçmiŞ, baŞda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu Şəxslərinə baŞ vuraraq, “Məmməd Əminin baŞından bir tük belə əskik olmamalıdır!” demiŞdi. Anormal “mətbəx həyatı” yavaŞ-yavaŞ özünəməxsus bir forma alır. Saatlar saatı, günlər günü qovalayır. Gələn yeni “müsafirlərdən” duyulan cürbəcür söyləntilərdən gündəlik “həvadislər” alır, müqəddəratımızı gözləyirik. Bütün bunları və mətbəximizdə öz formasını alan hər Şeyi burada təfsir etmək niyyətində deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaŞıq suyu andıran Şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat yazmaq deyildir. Təfərrüata yalnız ələ aldığım əsl mövzu ünsürlərini bir-birinə bağlamaq surətilə təmas edirəm.

Həbsxanada Stalinlə başbaşa

“Mətbəx”in yeni “müsafir”lərindən Şəhərdə olub-bitənlər haqqında məlumat alırdıq. Bunlar Şəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin kəŞf edildiyindən bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl Ordu tərəfindən yeni iŞğal olunan Bakıda, burada qalan türkiyəli əski mühacir zabitlərindən bir qismi ilə limanda olan matroslar arasında guya ki bir anlaŞma olmuŞ, bunlar yerlilərdən bir qismi ilə sözləŞərək, hökumətə qarŞı qiyam hazırlayırmıŞlar. “TəŞkilat” üzvlərinin görüŞ yeri Şəhərin əski Nikolay, sonra Parlament, indi də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləŞən bir dükan imiŞ. Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon” deyirmiŞlər. “Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi. Mənə xitab edərək, yoldaŞ Rəsulzadə (məhbuslara da yoldaŞ deyə xitab olunurdu), arxamca gəlin, dedi. Saat 17 idi, axŞamın bu gec saatlarında kameradan bu Şəkildə götürülənlər, adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır. Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaŞ Abbasqulunun rəngi qaçdı, məlul və məhzun gözlərilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla qucaqlaŞdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırmıŞ kimi ayrıldım. O, titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə təsəlli verirdim. Mən öndə, gözətçi də arxada gedirik. Qaranlıq koridorlardan keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa yandırılmaz). Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bu koridorla Pankratovun hüzuruna aparılmıŞdım. Burada bir heyət məni istintaq etmiŞdi. Hiss etdim ki, yenə Pankratovun yanına aparılıram. Gəldik. Elə buradır. Iki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır. Zabit məni qarŞılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq: - YoldaŞ Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi. - Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim. Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən Pankratova müraciətlə, bizi buraxın, dedi. Pankratov çıxdıqdan sonra mənə: - Çətin günlərdə bərabər çalıŞdıq, indi isə toqquŞduq, - dedi. - Dünya belədir, hər Şey ola bilər, - dedim. - Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi. Mən bir ləhzə gözünün içinə baxdım. - “Müsavat” partiyasına mənsub olmaq töhmətilə iŞçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxŞı olacağını düŞünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur. Stalin mövzunu əlüstü dəyiŞdirdi. - Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Sizinlə görüŞəcəyimi yalnız dr. Nərimana söylədim, - dedikdən sonra sözünə davam etdi. - Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz əski mübarizə yoldaŞısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarŞı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir Şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə Şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər - istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. DüŞünün, daŞının, bəlkə də bizimlə əməkdaŞlıq yaratdınız!.. Stalinin “Rusiya”dan bəhs açan rəsmi “müqəddimə”dən əski “mücadilə dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni Şəkildə cavab vermək lazım idi. - Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaŞlıq” müzakirə mövzusu ola bilməz, yoldaŞ Koba, - dedim. - Bəli, haqlısınız, biz 1918-ci ildə buraya iaumyanı göndərməyəcəkdik, - dedi. Bu cümlə ilə nəyə iŞarə edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxŞı anlamazlar. Bunun üçün bir az təfsilat verim: iaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə komissarlığına təyin olunmuŞ kommunist bir erməni idi. Hələ bolŞeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama eyni zamanda iərqi Anadoluda hənuz rus orduları iŞğalı altında olan vilayətlərdə Böyük Ermənistan təŞəkkülü məqsədilə bir referendum təŞkil etmək vəzifəsi də bir dekretlə bu iaumyanın öhdəsinə buraxılmıŞdı. 1905-ci ildən bəri tanıdığım iaumyan 1918-ci ilin baŞlarında Bakıda mənimlə görüŞərək öz missiyasından bəhs etmiŞ və “Müsavat” firqəsinə əməkdaŞlıq təklifində bulunmuŞdu. Bizdən hüsniqəbul görməyən iaumyan sonra Tiflisə getmiŞ, orada gürcü menŞeviklərinin Şiddətli bir müxalifətilə qarŞılaŞaraq təkrar Bakıya qayıtmıŞ və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləŞmiŞ rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmiŞdi. Stalin indi bu hadisəyə iŞarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini iaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolŞevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi. Stalinə dedim: - Məsələ iaumyanın Şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə deyil, siz buraya indi də gəlməməli idiniz! Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə “nə üçün” deyə soruŞurdu: - Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən baŞqa bir Şey ola bilməz, - deyə soruŞurdu. - Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən baŞqa bir Şey ola bilməz, - deyə davam etdim. Fikrimi bir misalla izah edərək əlavə etdim: - Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, bu necə olar? - deyə soruŞdum: - Bizdən daha yaxŞı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi. - Fəqət rus xalqı da daha yaxŞı idarəni necə qəbul edər?.. Təxmin edə bilməzsinizmi? - cavabını verdim. Stalin mənalı bir baxıŞla üzümə baxdı... Bu baxıŞda rus xalqının ruhiyyatını mən daha yaxŞı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə düŞündükdən sonra mövzunu dəyiŞdirdi. - YaxŞı, dedi, - olan olub, keçən keçib. Indi nə düŞünürsünüz, ondan danıŞaq. - Sizin, - dedim, - burada Pankratovun bu masası baŞında bir heyət məni istintaq edirdi. Istintaqı idarə edən müstəntiq, fəhlədən yetiŞmə bir gənc idi. Məndən soruŞurdu. - Dağlarda dolaŞırdınız, orada yaxalandığınız zaman nə düŞünürdünüz? - deyə məndən cavab gözləyirdi. Ona: - Hadisələri müŞahidə ilə məŞğul idim, - cavabını verdim. Qane olmadı. Məni daha çox danıŞdırmaq istəyirdi, dedi ki: - Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarŞısında passiv bir müŞahidə durumunda qaldığına inana bilərəmmi? Biz sizin həbsxananızda ikən düŞünür, özümüzə görə bəzi planlar qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir Şey düŞünmür, sadəcə, müŞahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? - deyə müstəntiq üzümə baxdı, ona: - Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiŞ olar, - cavabını verdim. Onunla səmimiyyətlə, əlbəttə ki, danıŞa bilməzdim; çünki məni yaxŞı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir Şey deyə düŞünər, səmimi qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danıŞan Kobaya müstəntiqin anlamadığı “ədalət”in əsl səbəbini izah edə bilərəm. Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaŞadığımız Şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr iərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düŞmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün Azərbaycandan keçid istəmək Şüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı aldadırsınız. YaranmıŞ bu Şərtlər daxilində biz iki od arasında qalan bir adam vəziyyətində idik. Bu vəziyyətdə bizə əlveriŞli vaxt gəlincəyə qədər gözləmək lazım gəlirdi. Müstəntiqinizin anlamadığı Şey bir “ətalət” deyil, bir “intizar” idi. Sovet iŞğalını tanımayaraq yenidən fəal mübarizəyə baŞlamaq haqqını saxlamaqla əlveriŞli bir Şərait yaranıncaya qədər gözləyəcəkdik. Stalin: - YaxŞı, fərz edək istədiyiniz Şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarŞı nə edərdiniz? - deyə soruŞdu. - Heç düŞünmədən həmən sizə qarŞı qiyam qaldırarıq, - dedim. - YaxŞı, amma siz kiçik bir məmləkətsiniz, öz baŞınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; baŞqa böyük bir dövlətlə necə də olsa, anlaŞmanız lazımdır, - dedi; mən: - Bu təqdirdə biz yenə böyük qonŞumuz olan sizinlə anlaŞardıq, fəqət Nərimanın anlaŞdığı tərzdə yox, - dedim. Stalin güldü: - Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla; anlaŞdıq?! - dedi. Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hürriyyət”ə gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim ki: - Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düŞünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində sağlam bir baŞ ilə düŞünüb, həll etməyə üstünlük verirəm. - YaxŞı, - deyə razılaŞdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruŞması münasibətilə anlatmıŞ olduğumdan, içəri girən Pankratova: - Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüŞmək imkanı verin, - deyə əmr etdi. Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarını sevinc içində idilər. Abbasqulu arkadaŞımın isə Şadlığı intəhasız idi. Belə ha, demək bu gediŞ “xərclənmə” gediŞi deyilmiŞ!..

Xüsusi otaq

Iki-üç saat sonra gözətçi təkrar gəldi. “ƏŞyanızı yığın, yoldaŞ Pankratov Sizi münasib bir otağa köçürmək haqqında əmr verdi”, - deyir. Mətbəxdəki dostlarıma təkrar bir hüzn və əndiŞə gəlir. Bu hiylə olmasın deyə düŞündükləri üzlərinin ifadəsindən, gözlərinin baxıŞından bəllidir. Mən dostlarımdan çox da ayrılmaq istəmirəm, amma rədd etmək də yaxŞı düŞməz. Baxaq görək sonrası necə olur... Dostlarımla vidalaŞır, gedirəm; gözətçi əŞyalarımı arxasına alıb, dalımca gəlir. Məni Pankratovun özünün yaŞadığı mənzilin yanında qapısı müŞtərək balkona çıxan xüsusi bir otağa gətirirlər. Çıl-çılpaq olan bu otağın mətbəxdən fərqi yerinin taxta olması və bir də çarpayı yerini tutan taxtadan bəsit bir çarpayının olmasıdır. Payızın sonları olduğundan otaqda isitmə sistemi olmadığından insanın iliklərinə iŞləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən taxta parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa isinirdik. Əlavə olaraq orada maddi istilikdən baŞqa mənəvi bir hərarət də var idi; bir icma halında yaŞayır, dərdləŞirdik. Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir fürsətlə balkonun kənarına gəldim və oradan özümün salamat olduğumu göstərdim. Sevinclərini uzaqdan bildirdilər. Abbasqulu hava öpüŞləri göndərirdi. Bir gün belə tənhalıqda keçdi. Ertəsi gün məni rəfiqəmlə görüŞdürdülər. Evdəki və Şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti söylədim və Stalinlə olan söhbətin xülasəsini bildirərək, dostların nə düŞündüklərini və nə tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim. Beləliklə, dostlarla aramızda bir əlaqə yaranmıŞ oldu. Bu vasitə ilə Şəhərdə olub-keçənlər haqqında əməlli-baŞlı məlumat ala bildim. Bizim tutularaq Şəhərə gətirilməmizin ümumi bir həyəcan doğurduğunu, rəsmi hökumət xəbərinin bu həyəcanı sakitləŞdirmək məqsədilə belə bir diplomatik əda ilə yazılmıŞ olmasının səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim xatirimə etdiyi cəsuranə demarŞın təfsilatını xəbər aldım. Dostlar Moskvaya getməyimi daha münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiŞ, hər cür sürprizlərə hər zaman məruz qala bilərəmmiŞ.

Vəziyyətimizin aydınlaşmasını istəyirəm

Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi “azadlıqdan” bir əsər-əlamət yoxdur... ƏndiŞəm artır. Vəziyyəti aydınlaŞdırmaq üçün ağlıma bir tədbir gəlir. Pankratovla görüŞürəm; ona: - İŞim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir. YoldaŞ Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülübsə, bu nə zaman gerçəkləŞəcək? Bu bir; sonra mənim iŞimlə əlaqədar Məhəmməd Əli ilə Abbasqulu da tutulmuŞlar. Bunların da mənimlə bərabər azad olunmasını rica edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi? “Mənim iŞim” təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum Abbasqulu ilə bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə bizimlə əlaqə saxladığı üçün həbs edilmiŞdir. Bundan baŞqa ta çarlığa qarŞı mübarizə illərindən bəri sıx əlaqələrlə bir-birimizə sıx bağlı idik. Məhəmməd Əli də Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daŞıyan yoldaŞlarım olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuŞdu. 1911-ci ildə Bakıda “Müsavat” firqəsinin təŞəkkülündə bu iki dost mərhum Nağı oğullarından Nağı ilə birlikdə gizli təŞkilatın ilk üçlüyünü təŞkil etmiŞdilər. Pankratov xahiŞimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə ikən mümkün edə bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiŞ edirəm: - Mənə ayırdığınız otaq, Şübhəsiz, daha təmiz, havalı və müstəqildir, təŞəkkür edirəm; fəqət orada yoldaŞlarımla birlikdə bir yerdə idim, məni təkrar yoldaŞlarımın yanına qovuŞdurmaq lütfünü əsirgəməyin, - dedim. - YaxŞı, - dedi, ayrıldıq. Təkrar mətbəxdəyəm. Məhbus yoldaŞlarımla bir neçə günlük ayrılıq həsrətini ortadan qaldırır, duyduqlarımız (eŞitdiyimiz) yeni hadisələri bölüŞdürür, dərdləŞirdik.

Yoldaş Stalin inciyib

Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir, gedirəm. “Osobı otdel” Şefi ciddi əda ilə: - YoldaŞ Stalin Sizdən inciyib, - deyir. Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək Stalinin: - YoldaŞ Rəsulzadənin etimadsızlığını haradan qazandıq. Mənim vədimə niyə Şübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından bunları deyir: - Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. Ġstəsəniz ailənizi də Özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst olacaq, həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada qalmalı olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq. YoldaŞlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər. Nəticəni evə və onların vasitəsi ilə yoldaŞlara çatdırdım. Yolçuluğa hazırlaŞır, hərəkət gününü gözləyirik.

Tam yerinə yetirilməyən vədlər

Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd Əlini saxladığı baŞqa bir həbsxanadan “Osobı otdel”ə köçürdülər, mənimlə birlikdə azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona icazə verməmiŞlər. Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuŞ iki aylıq oğlum Azər yatırdı. Atasının öpüŞündən oyanan uŞaq ağlayır. Onun və digər ailə üzvlərinin və bu anda evə toplaŞan yaxın qohumların üzüntüləri və xeyir-duası içində vidalaŞaraq, qapıda gözləyən maŞına minir, vağzal yoluna çıxırıq. Dükan-bazarı bağlı, dərin bir hüznə dalan Bakının səssiz, həzin küçələrindən keçirik. Vağzala gəldik. Moskva qatarı gözləyir. Stalinin gedəcəyi salon-vaqona mindirildik, baŞda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan Semyon Midivaninin doğma qardaŞı) və baŞqaları burada idi. Stalin bizi qarŞılayır. - Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər. nədənsə onun əleyhinə böyük hiddət var, - deyir. Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə salamlaŞır və dərhal: - Abbasqulu hanı? - deyə soruŞdu. Abbasquluya icazə vermədilər deyirik. O, tam bir heyrət içində: - Hm.., biz onun da getməsini demiŞdik... - deyir. - Siz ola bilsin ki, demiŞdiniz, amma olan oldu, icazə vermədilər...