Türkcə divan (Nizami Gəncəvi)/Sultan Camalın qəsidəsi

Türkcə divan Sultan Camalın qəsidəsi
Müəllif: Nizami Gəncəvi
Tərcüməçilər: Sədyar Vəzifə Eloğlu, Hüseyn Türksoy
Sister Projects. Həmçinin baxın: Haqqında •

SULTAN CAMAL
Şükr kim sultan-i gərdun hişmət-i əncüm həşəm
izz ilə basdı büsat-i səltənət üzrə qədəm
rəzm-i bəhram ilə yunan taxtını fəth eyləyib
qəsr-i kixosroda dara kimi tutdu cam-i cəm
dürri-i çərx-i cəlal o dürr-i dəryay-i kərəm
qami’-i küfr o zilal o cami’-i xülq-i şiyəm
aftab-i o’c-i dövlət mah-i bürc-i səltənət
mənbə’-i cud o mürüvvət, mə’dən-i lütf o kərəm.
şəhriyar-i növcavan, Sultan Cəmal ol ŞAH kim
xosrov-i ali əlmdir, vali-i vala himəm
xosrova sənsən bu gün ol şah-i sahib ədl o dad
kab-i tiğin yer üzündə qoymadı gərd-i sitəm
bəhr olub covdun, qəm ilə gövhəri oldu nəsim
bar-i ehsanınla ta tutdu fələk püştünü xəm
sərvəra beş barmağındandır kifayət cud ilə,
aftab o mahtab ilə səhab o kan o yəm
çərx-i ə’zəm, xan-i ehsanınla buldu imtila
gərçi kim başdan ayağadək vücudidir şikəm!
mən necə təşbih edim füshətdə səni aləmə
kim sənin işin kərəmdir, aləmin əfsun o dəm
sən durarkən kimsəyə layıq deyildir səltənət
gün varikən aya laf-i hüsn dəyməz lacərəm
qible-i iqbal edərlərdi ayağın toprağın
bulsalarda qeysər-i rum ilə kəsray-i əcəm
də’vət-i hişmət sənə dəydiginə şahid budur,
qazi-i çərx eşiyin toprağına içər qəsəm
ol sikəndərsən kim oldu şərq o qərb ona müti’
ol süleymansan kim oldu ins o cin ona həşəm
həm cəlal-i qədr ilə, qədrin eşiyidir fələk
həm kəmal-i əmn ilə mülkün hərimidir hərəm
sidre-i cənnət kimi qədrin məqami müntaha
sahət-i səhn-i hərəm kimi hərimin möhtərəm
çərx-i gərdun gər tamaşa edə çətrin qübbəsin
nilgün şəkli xəcalətdən tutar rəng-i bəqəm
lütf ilə ehsanını zikr eydəcək can bülbülü
dəmbidəm bu mətlə’i tikrar edib eylər nəğəm:
ey ki qapında “bulammı” diyən, “ənva’-i ni’əm”
gəlmız ehsanın lisanından cavab, illa nə’əm
sevməyənlər zatını bir dərdə olsun mübtəla
konların dərdinə olmaya ölümdən qeyri əm
düşməninin eyləsin hadis vücudin mümtəni’
ol kim onun zatının vəsfinə lazımdır qidəm
zatını bu lütf o cud ilə görən der: məzhəri
raziq-i mu’tinni’əmdir, xaliq-i mühyerriməm
ey məsihadəm nəsim-i lütfün əssə aləmə
yer yüzündə qalmaya dərd o ələm, rənc o sitəm
hişmət ilə düşmənin ol dəm öysər sana kim
haq qatında bula əhməd hörmətini, bulhəkəm
yoluna baş qoymayanalrın hərifidir bala
qapına qul olmayanların nədimidir ni’əm
kimsə eşitmiş deyil əhdində fəryad o fəğan
çəng o bərbətdən məgər kim nale-i zir ilə bəm
ədlin əyyamında, ey sultan-i adil dil, həmin
zülf-i dilbərdir pərişan, çəşm-i saqidir dijəm
sərvəra axır yasağın irirşə bir həddə kim
şir o ahu həmdəm olub, sülh edə ze’b o ğənəm
xalq-i aləm böylə bula nəzm’ sayəndən, kola
mərtə’i, ahu-i çinin bişe-i şir-i əcəm
rayının nurinə nisbət xosrova bir zərrədir
gün ki tabından cəhanı doldurar hər sübhdəm
sinəsində adını çü nəqş öysər, xosröva!
xalq içində möhtərəm olsa əcəb olmaz, dirəm
xosrova gər əks-i tiğin düşsə umman bəhrinə
lə’l kimi dür sədəf içində ola qərq-i dəm
afərin eylərləridi görsələrdi zərrini
ardəşir o rüstəm o pur-i pəşəng o qosthəm
ərməyə qədrin əlini öpməyə dəst-i xiyal
gər doquz kürsüsün əflakın qoya təhtülqıdım
yaraşar sana xudavənda, bu miqdar ilə kim
çənbər-i təblin ola gərdun, günəş tac-i ələm
əql azanda eşini ki çərxə nisbət eylədi
çıqzınardı çərx ol zövq o səfadan dəmbidəm
mində birinin mədhini yazmağa yetməz xosrova
bəhr-i hibr olub olursa müddət-i dövran qələm
çünkirayin oldu şaha qəhrəmani aləmin
olmuya şimdən bəri zülm ilə gərdun müthəmim
var umudum haqqa kim haq ilə batil fərq ola
(ol ikinin) arasında çünki hökmündür həkəm
illər ola kim şəha sə’y ilə etdim costocu
dəftər-i aləmdə bulmadım sə’atdən rəqəm
bunu buldum çarə kim busə’d ilə olam qərin
ola kim feyz ola zatından sə’adət bana həm
sənsən ol əhl-i sə’adət kim vücudundan sənin
neçə mənim kimilər oldü və olur müğtənəm
tərbiyət qılıb günəş derlər ki ki daşı lə’l edər
nə günəşdən aşağa sən, nə daşdan mən də kəm
olmoşam şaha hiqarət torpağında payimal
məni torpaqdan götür, çün sən günəşsən, mən də nəm
başımı əyyirir izz o cah ilə mənim
yə’ni kim qapında kəmtər qullarına eylə zəm
arifə bir hərf bəsdir dedilər əhl-i kəmal
şah çü arifdir nə hacət kim sözü tətvil edəm
necə kim zövq o ələmdir həmdəm-i şadi o qəm
necə kim şadi o qəmdir mucib-i zövq o ələm
həmdəm olsun xosruva dayim sənə və düşmana
sənə şadi ilə zövq o düşmana dərd ilə qəm
əskik olmasın cahan içində zatın izz ilə
(artırılsın) dövlətin sa’at bə sa’at dəmbidəm.
( divan nizami gəncəvi_ birinci çap Tehran, əndişeyi no . s.40)