Ululu Kərimlə bağlı rəvayət

Kim idi Ululu Kərimlə bağlı rəvayət
Müəllif: Ululu Kərim
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.


Ululu Kərim Zəngəzurun Ululu kəndində anadan olub. Bu kəntdə yaşayannar Uzdu tayfası addanırmış. Ahıl yaşdarında Ululu Kərim iki qardaşı ilə Şahbuz bəlgəsinə gəlir. Bıradakı Ağdüz deyilən yerdə bina salırlar. Bir müddətdən sonra qardaşdar bıradan Qızıl Qışlax kəndinə köçürlər.

Ululu Kərimin peşəsi dəlləh olup. Ərəb-farsca savadı vardı. Aşıx kimi şeirlərini məylislərdə oxuyardılar. Ustad şair idi. Saz çalardı. Amma el-el gəzməzdi. Ad-sanına Molla Sadıx adlı biri paxıllıx edərdi. Niyə ki, Molla Sadıx da şüəra idi.

Ululu Kərim çox qocalmışdı. Deyirlər 120 il ömür sürüp. Ömrünün sonlarında əli işdən düşdüyündən kasıb imiş. O, Molla Sadığa həcv də deyib. Bu həcvi aşıxlar son vaxtlaradək məylislərdə tez-tez oxuyardılar.